Musiqiyə dair bir
kitab: "Piano dillərində
rəqs edənlər"
"- Uşaqkən xəyal
etdiyinizi həyata keçirmiş oldunuz, elə deyilmi?
- Təbii. İnsanlara sevdirmək. Məni sevsinlər istədim.
Boz bütün sənətçilər
uşaq kimi, bapbalaca pişik kimiyik. Məni sevin yəni... Bizim hamımızın dərdi
budur. Başqa bir şeyin
var olduğuna inanmıram".
Murad Bayerin beş çağdaş Türk
musiqiçisi - pianoçusu
ilə musahibələrinin
toplusu olan "Piano dillərində rəqs edənlər", Fahir Atakoğlunun yuxarıdakı
cavabı kimi, saysız maraqlı, əyləncəli, və
zehin açan müşahidələrlə dolu
bir kitab. Bayerin təqdimatı, Fahir Atakoğlu, Hüseyn Sermet, Kərəm Görsev və Ufuk-Bahar Dördüncü qardaşlar
kimi dünyaca məşhur, haqlarında
"dahi", ya da "böyük istedad" kimi təyinlərin tez-tez zikr edildiyi pianoçularımızla
olan reportajlardan ibarət bu əsər, 2019-cu ildə
əlimə keçən
ən qiymətli mütaliə imkanlarından
biri oldu.
Ümumi olaraq, kitab musiqiylə
bağlı bir çox məsələni
ifrata varmadan araşdırmağı ilə
yuxarıda adları çəkilən sənətçilərimizin
hazırkı dinləyicilərini
qane etməklə yanaşı, Bayerin ağıllı və incə düşünülmüş
sualları nəticəsində
bu tərz musiqiyə marağı olmayan oxucuların da xoşuna gələcək məqamlarla
zəngindir.
Yazıçının (məsələn
Fazil Hüsnü Dağlarca ilə) öncədən olan reportajlarına toxunmalar və mükəmməl bir axtarışın nəticəsi olaraq hazırladığı ağıllı
suallar Bayerin jurnalist kimliyini də sərgiləyir:
"Yaradıcı qürurlu
ola bilər
(baxmayaraq ki, aralarında ən böyükləri təvazökar
olanlarıdır), virtuoz
isə özünü
bəyənən biridir"
- fikrini illər öncə Andre Jid deyib. Bəstəkar yanaşması ilə
icraçı yanaşması
arasındakı bu davranış fərqinin bu gün də
aktual olduğu söylənilə bilərmi?"
Bayerin bu tərz sualları
təqdirəlayiqdir və
qarşısındakı sənətçini
də əsaslı cavablar verməyə məcbur edir.
"Piano dillərində rəqs edənlər"
sözügedən pianoçuları
yaxından tanımaq üçün onların
öz dillərindən
öz təriflərini
təqdim edərək
gözəl bir imkan da açır. Fahir Atakoğlunun klassik musiqiyə dair düşüncələrini, ustad
Hüseyin Sərmətin
"Saz ruhun/bədənin əlavəsidir"
şəklindəki musiqiçi
tövsiyələrini, Kərəm
Görsevin musiqidən
əlavə, yaşamağa
dair zərif görüşlərini və
Dördüncü qardaşların
ilhamverici əmək və uğur hekayələrini bir kitabda bütün dürüstlükləriylə oxumaq müdhiş bir hədiyyədir.
Çağdaş Türk musiqisinə şahidliyindən əlavə,
Bayerin "Piano dillərində
rəqs edənlər"i
sadəcə piano/musiqisevərlərə
deyil, bu ölkənin havasını
udmuş, bu mədəniyyətdə mayalanmış
bütün sənətsevər
və oxuculara çox şeylər ifadə edəcək bir işdir.
Əmrə QARACAOĞLU
Tərcümə: Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.13.