Qələmsiz yazılanlar
status-esselər
"Çox sözdə
yalan olar, çox pulda haram!"
Hülusi Kılıc bu məsəli hələ Bakıda səfir kimi fəaliyyətə başlayanda çıxışında
işlətmişdi. Bəyənmişdim. Tez-tez də xatırlayıram.
Özünün də
yadına saldım son
görüşümüzdə...
***
İntellektual, kreativ fırıldaq!..
***
Səviyyəli şirkət müştərisinin
yanlış addımını
görəndə xəbərdarlıq
etməlidir. Görməməzliyə vurmaq yanlışlığı
dəstəkləməkdir.
***
Bu yaşda nə
tərəqqi?!
***
Təcrübə sirləri faş edir.
***
Xaricdə oxumaqla deyil ki! Gərək başın yerində
olsun.
***
Şəbədə qoşmaq xalqın köhnə şakəridir.
***
Biz xaşı heç
vaxt qaşıqla yemədik.
***
Hərdən karikaturaya bənzəyirik.
***
Tiflisə getmək istədim.
***
Arvadı erməniydi. Köçüb getdilər Yessentukiyə.
Qocalığı orda
yaşadılar...
***
Yalvarsam, elə ona yalvarardım
də.
***
Sənət dingişlik deyil.
***
Deyir, keçmişdəki doğma
məkanları ziyarət
etmək altzheymer xəstəliyindən qoruyur
adamı...
***
Bəyənmədiyim rəyləri silirəm, inciməyin! Bu, mənim redaktor
vərdişimdir. :)
***
Hələ siz ona bir inşa..., yox, imla yazdırın,
sonra danışarıq...
***
Toplumun xarakterini yaxşı bilirdi...
***
Nəsiminin canıyananları yaman çoxalıb.
***
40 dərəcəlik yanacağın təsiri olan statuslar qoxusundan bilinir. :)
***
Bu niyə qışqıra-qışqıra
danışır ki?!
***
İTV-nin "Diqqət
mərkəzi" verilişi
aktual mövzulara səviyyəli yanaşmasıyla
seçilir. Fərqli baxışları olan qonaqların diskussiyasında həqiqəti
axtarmaq cəhdləri
tamaşaçının da
səviyyəsinə təsir
edir.
***
Keçmiş təəccübləndirir...
***
İndi hamı hər şey deyir. Heyrətlənəsi nə var ki?!
***
İndi hər şeyi layihə adlandırırlar. Lap evlənməyi
də...
***
Kim kimlə nə qədər yazışıb,
kim neçədə
yatıb?!.
Mark hamısını bilir. )
***
Toyda, məclisdə
verilən sözə
inanmayın.
***
Teatra nifrət edirdi...
***
Mən təkəm, siz çox...
***
Biraz hündürdən
baxanda hamını və hər şeyi aydın görmək olur.
***
Pulu hamı
istəyir. Baxır necə verirsən...
***
Xəcalət hissi olmayanlardan uzaq durmaq lazımdır. Qorxuludurlar.
***
Uzun çıxışların
zamanı keçib.
***
İt saxlayan qadınları başa düşürəm artıq. )
***
Bayraq kimi adamlar da var.
***
Bayaq TV-də Səməd Vurğunun məşhur misrasını diktor elə belə də dedi:
- Ucarda turacdı, qacarda ceyran!..
:)
***
Habil Əliyev
Filarmoniya bağında
bir müğənninin
ah-ufla gəldiyini görür, səbəbini
soruşur.
Müğənni qayıdır ki:
- Habil müəllim, həkimdən gəlirəm,
dedi başdan ayağa duzlaşmısan.
Habil müəllim özünəxas
təmkin və yumorla təskinlik verir:
- Ə, ürəyinə salma, həkim səhv edir, ölkədə səndən DUZsuz adam yoxdur.
)
***
"Ağlına qurban bunun"
Birdən diqqət etdim ki, iki yaşlı
nəvəm İpəyi
ağlına görə
əzizləyirəm. Gözəlliyi, şirinliyi, qılığı
öz yerində.
Amma ağlına reaksiyam intuitivdir. Deməli, Qadında ağıl daha çox təsirləndirir məni...
***
Gizlində, ürəyində sevənlər
ən maraqlılarıdır...
***
Qalın-qalın əsərləri bir
cümləyə sığışdırmaq
mümkündürsə...
***
İndi bunların səsi var?! İstedadı var?! Yaxşı müğənnidirlər?!
Sevilirlər?!.
***
2 yaş, 32 yaş, 62 yaş! Xarakter və reaksiya eynidir!
***
ADAM az olanda
problem də azalır...
***
Hamı
nankor və naxələf deyil ki! Dünya sədaqətli və
etibarlı insanlarla gözəldir.
***
Gül kimi qızlar var - saf, təbii,
təmiz... Şehi yanağında...
***
Tıxacda tıncıxmaq...
***
Deyir, sıxıldınsa, stresdəsənsə,
adam içinə
çıx.
İzahın biri də belədir - çıxıb
görəcəksən ki,
elə hamı sən gündədir və təskinlik tapacaqsan... )
***
Hamı hoqqa çıxarmaq istəyir. Amma hoqqa da var, hoqqa da.
) Hamıda alınmır.
***
Gecənin bir aləmi, yuxun ərşə çəkiləndə niyə
qəfil yadına Təbriz düşməlidir
ki?!
***
Aqil jurnalist olmaq da hər kəsin
işi deyil!
***
700 manatlıq biletlər pulu çox, yumoru az
olanlar üçündür.
:) Cem Yılmaz isə istedadlı və iti yumoru olan
sənətkardır.
***
İTV-nin "Diqqət
mərkəzi" verilişində
nağıl qəhrəmanımız
Cırtdanı bic və kreativ adlandırdım. Düzmü dedim?!)
***
Martin Cavanşiri: "İki gün bundan öncəyəcən özümü
iranlı və polyak hesab edirdim.
İndi başa düşürəm
ki, azərbaycanlıyam.
Söz verirəm, Azərbaycan dilini mükəmməl öyrənəcəm".
***
İndi
burnu orijinal, özününkü olan
qadınla rastlaşmaq,
az qala,
dinozavr görmək kimi bir şeydir.
)
***
Qadın dırdırı şiddətin
ən öldürücü
növüdür. :)
***
Əgər siz Mirzə Cəlillə Həmidə
xanımın məzarının
Fəxri xiyabanda yanaşı olduğunu bilmirsinizsə, Martini qınamağa
haqqınız yoxdur.
(Biri yazıb ki, görəsən, Cavanşirləri Həmidə
xanımın da məzarına apardılarmı?! )
***
...
Mahiyyəti çox pərdələmək
olmur.
***
Başa düşdü ki, bu kitabların hamısını oxuyub bitirə bilməyəcək.
***
"Quruluş Osman" dizisinin ilk bölümündən
belə çıxır
ki, Osmanı da xristian qadın
xilas edir...
Rejissorun
mesajı belədir hər halda...
***
İndi hər şey sürətlə köhnəlir.
***
Sumqayıt şəhərinin 70 illik yubileyi ilə
bağlı təltif olunanların siyahısında ədəbiyyat
adamlarının üstünlük təşkil
etməsi sevindirici oldu.
Təbriklərimi çatdırıram.
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibi, "525-ci qəzet"in baş
redaktoru
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.11.