Multikulturalizmin Azərbaycan modeli
Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır.
İlham
Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Monoetnik cəmiyyətlər tarixən
mədəni-mənəvi baxımdan
kasıb və kasad təsir bağışlayıblar. Qohum evliliklərdən
bir çox halda qüsurlu, irsi və genetik
xəstəliklərin daşıyıcısı
olan uşaqlar dünyaya gəldiyi kimi, monoetnik cəmiyyətlər də
adətən kompleksli
nəsil yetişdirir.
O cəmiyyətlər zəngindir
ki, rəngarəng və polietnikdir. Yalnız
universal dəyərlər sisteminin
formalaşdığı toplumda
fəqli mədəniyyətlərə
mailk, müxtəlif dini inanclara tapınan xalqların adət-ənənələri çuğlaşa
bilir.
Şərqlə Qərbi birləşdirən
Böyük İpək
Yolunun üzərində
yerləşən Azərbaycan
ta qədimlərdən
ən müxtəlif xalqların, mədəniyyətlərin
və dinlərin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma
şəraitində yaşadığı
unikal bir məkan olub. Bu coğrafi məkanda tarixən mütərəqqi
milli-mədəni və
etnik-dini münasibətlərin
kök salması, dinc yanaşı yaşayan ayrı-ayrı xalqların, etnik qrupların ümumi Azərbaycançılıq məfkurəsi
ətrafında birlik və həmrəylik nümayiş etdirmələri
bütün dünya üçün açıq
olan mənəvi-mədəni
dəyərlərimizin mahiyyətindən
irəli gəlır.
Bu gün Azərbaycançılıq
ideyası bizim ortaq dəyərlərimizin
ali prinsipini
təşkil edir. Bu isə milliyyətindən
və dinindən asılı olmayaraq ölkəmizdə yaşayan,
bu diyarı özünə vətən
bilən hər bir vətəndaşın
Azərbaycan sevgisinin gücü ilə bağlıdır. Çünki
Azərbaycanda multikulturalizm
ideyalarının siyasi
banisi olan Ulu öndər Heydər Əliyevin təbirincə desək, dini, irqi, siyasi,
dil mənsubiyyətindən
asılı olmayaraq bütün Azərbaycan vətəndaşları eyni
hüquqa malikdir və onların hüquqları Azərbaycan
dövləti tərəfindən
qorunur, mühafizə
olunur. Təsadüfi deyil ki, çağdaş dünyamızda
sivilizasiyalararası və
mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda fərqli-fərqli
mədəniyyət və
din daşıyıcılarının əmin-amanlıq, qarşılıqlı
hörmət və etimad şəraitində yaşaması əcnəbi
siyasətçilərin və
diplomatların da diqqətindən yayınmır.
Bu aspektdə ABŞ-ın
Azərbaycandakı keçmiş
səfiri xanım Enn Dörsinın müsahibələrinin birində
dediyi bir fikir yada düşür:
"Azərbaycan dünyaya
təkcə neft, qaz və başqa
məhsullar yox, tolerantlıq da ixrac etməlidir".
Özündə "çoxmədəniyyətlilik" anlamını ifadə edən multikulturalizm iki əsas sütuna
malikdir. Multikulturalizm birinci halda siyasi model kimi cəmiyyətdəki etnik,
irqi, dini və mədəni müxtəlifliklərin qorunmasını
ifadə edir. İkinci sırada isə multikulturalizmin ictimai inkişaf kontekstində xalqların həyat tərzinə çevrilməsi
amili dayanır. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi ən yüksək mərhələ
sayılır. Təsadüfi deyil ki, bu
tendensiyanın əsas
götürüldüyü bütün dövlətlərdə
olduğu kimi, multikulturalizm bu gün Azərbaycanda da həyat tərzi
və alternativi olmayan dövlət siyasətidir.
Multikulturalizmin məfhum kimi dini və etnik
çoxçalarlılıq olmaqla iki əsas
istinad nöqtəsi
var. Qeyd etdiyimiz kimi, Azərbaycan qədim zamanlardan üzü bəri müxtəlif dini və etnik qrupların
birgə yaşadığı,
sivilizasiyaların qovuşduğu
məkanda yerləşib. Ayrı-ayrı
dövrlərdə Azərbaycan
ərazisində zərdüştilik,
bütpərəstlik, yəhudilik,
xristianlıq, islam və bir çox dini cərəyanlar yayılıb və müəyyən səviyyədə
inkişaf mərhələsi
keçib. VII əsrdən
etibarən islam
dini dünyanın müxtəlif ərazilərində
olduğu kimi, Azərbaycanda da yayılmağa başlayıb.
Bu gün Azərbaycan
əhalisinin 95 faizi islama, qalan hissəsi
isə başqa dinlərə etiqad edir.
Tarixi mənbələr
zərdüştiliyin təkcə
Cənubi Azərbaycanda
yox, Şimali Azərbaycan ərazisində
geniş yayıldığını
təsdiqləyir. Qafqaz Albaniyasında 313-cü ildə
xristianlığı dövlət
dini səviyyəsinə
qaldıran Alban hökmdarı
Urnayrın zərdüştlüyə
qarşı apardığı
mübarizə də ondan xəbər verir ki, erkən
orta əsrlərdə
Şimali Azərbaycan
ərazisində Zərdüştün
təliminə etiqad bəsləyənlərin sayı
az olmayıb.
Xristianlıq Azərbaycan ərazilərində
hələ İsa Məsihin şagirdləri
dövründən yayılmağa
başlayıb. O dövrlərdə
Kiş kəndində
(Şəki rayonu)
"Şərq kilsələrinin
anası" kimi məşhurlaşan Qafqazın
ilk xristian kilsəsinin
əsası qoyulub.
2500 il əvvəl
Babil çarlığından
dünyanın dörd
bir yanına sürgün edilən və Azərbaycana üz tutan yəhudilərin
xələfləri indinin
özündə də
Quba rayonunun Qırmızı qəsəbəsində
yaşayırlar. Həm
Qubada, həm də Bakıda onların dini məbədləri - sinaqoqları
var.
Əsrlər boyu Azərbaycan ərazisində yayılmış
və təşəkkül
tapmış fərqli
dini cərəyanlara məxsus məbədlər
və ziyarətgahlar bu günümüzədək
qorunub saxlanılmaqdadır. Belə fərqli
dini abidələrin çoxluğu və əksəriyyətinin bu günə gəlib çatması ilk növbədə
Azərbaycanda xalqlar və dinlər arasında tarixən
tolerant və multikultural
dəyərlərə söykənən
münasibətlərin formalaşmasının
bariz nümunəsidir.
Bu münasibətlər qarşılıqlı ehtirama,
əməkdaşlığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə
əsaslanır. Həmişə olduğu kimi, bu gün də
Azərbaycanda yaşayan
bütün dini icmalar və etnik qruplar bir-birinə
qarşılıqlı hörmətlə
yanaşırlar. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin bu günlərdə Bakıda keçirilən
II Sammitindəki çıxışında
dediyi kimi, "Azərbaycanın qədim
dinlərarası ənənələri
var. Azərbaycan ictimai-siyasi
quruluşundan asılı
olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi
ölkə kimi özünü göstərib.
Əsrlər boyu ölkəmizdə
bütün dinlərin,
bütün etnik qrupların nümayəndələri
bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma
şəraitində yaşayıblar.
Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük
sərvətimizdir".
Azərbaycan müxtəlif xalqların
dinc, dostluq, qardaşlıq şəraitində
yaşadığı örnək
bir coğrafi məkandır. Bu məkanı qədim Qafqaz albanlarının yadigarlarından
olan udilər, inqloylar, buduqlar, xınalıqlılar, qrızlar,
habelə yəhudilər,
talışlar, ruslar,
avarlar, ləzgilər,
gürcülər, kürdlər
və digər xalqlar, etnik qruplar öz ortaq vətənlərinə
çevirə biliblər.
Bu gün Azərbaycanda
yaşayan bütün
xalqların və etnik qrupların nümayəndələrini, demək
olar, bütün fəaliyyət sahələrində,
o cümlədən, siyasətdə,
iqtisadi sferada, təhsildə, mədəni-mənəvi
müstəvidə görmək
mümkündür. Azərbaycan dövləti
ölkədə məskunlaşmış
bütün xalqların
və etnik qrupların nümayəndələrinə
- hər bir vətəndaşına bərabər,
eyni münasibət göstərir.
Dövlətin apardığı məqsədyönlü
siyasətə uyğun
olaraq neçə illərdir bu istiqamətdə ardıcıl
addımlar atılır. 2011-ci ildən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü
ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilir. Bununla yanaşı, Azərbaycançılıq
məfkurəsinə uyğun
olaraq tolerantlığın
və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını
təmin etmək, habelə ölkəmizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə 2014-cü ilin
mayında Prezident sərəncamı ilə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılıb, bunun ardınca 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. 2016-cı
ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının
7-ci qlobal forumu keçirilib. Bu yaxınlarda Azərbaycan Türk Şurasına və Qoşulmama Hərəkatına sədr
seçilib. Nəhayət, son günlər Bakıda Dünya dini liderlərinin II Sammiti gerçəkləşdirilib. Bütün bu addımlar məhz Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin səviyyəsindən
xəbər verir.
Multikulturalizmin və tolerantlığın təbliği ilə bağlı ardıcıl olaraq Azərbaycanda tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun müstəsna rolu var. Fondun təşkilatçılığı ilə bu xarakterli tədbirlərin ölkə sərhədlərindən xaricdə mütəmadi surətdə təşkili Azərbaycanın dünyada multikultural və tolerant bir ölkə kimi tanınması baxımından böyük əhəmiyyət daşıyır. Məhz Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkə ərazisindəki məscid, sinaqoq və kilsələrdə təmir-bərpa işləri aparılıb, Fransanın Normandiya regionunda yerləşən, orta əsrlərdən qalmış Saint Paterne kilsəsi, Roma katakombaları bərpa olunub, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidə ucaldılıb, bir sıra abidələr restavrasiya edilib, Azərbaycan dini mərkəz kimi tanınan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Bütün bu addımları həm də multikultiralizmin ən ali nümunələrindən biri kimi dəyərləndirmək lazımdır. Bu gün Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var.
Azərbaycan artıq dünyada müxtəlif sivilizasiyaların qovuşduğu məkan, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Mübaliğəsiz deyə bilərik ki, tarixən azərbaycanlıların həyat tərzi olan multikulturalizm və tolerantlıq bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının həyat normasına və gündəlik həyat tərzinə çevrilib.
Zaur İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının 1-ci kurs tələbəsi
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.10.