AzMİU-da memarlıq təhsilinin 100 illiyinə
aid sərgi açılıb
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində
(AzMİU) Azərbaycanda
Memarlıq təhsilinin 100 illiyinə həsr edilmiş kurs və buraxılış işlərindən ibarət
sərgisinin açılışı
mərasimi olub.
Tədbirdə dövlət və özəl qurumlardan nümayəndələr, ölkəmizin
nüfuzlu universitetlərinin
rektorları, partnyor təşkilatların rəhbərləri
iştirak edib.
Tədbir
iştirakçıları əvvəlcə sərgi
işə tanış
olublar. Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova sərgidə
nümayiş olunan işlərlə bağlı
qonaqlara məlumat verib. Dekan vurğulayıb ki, sərgiyə Memarlıq fakültəsinin şəhərsalma,
bina və qurğular, dizayn, memarlıq abidələrinin
bərpası, landşaft ixtisasları
üzrə 30-a yaxın
buraxılış işi
və 100 kurs işi təqdim olunub. Həmin işlər sırasında bu il MOOCAO-nun Rusiya
Federasiyasının Nijniy
Novqorod şəhərində
keçirilən XXVIII müsabiqənin
qalibləri olmuş işlər də nümayiş olunur.
Sərgiyə baxışdan sonra
AzMİU-nun rektoru,
professor Gülçöhrə Məmmədova qonaqları
salamlayıb, Azərbaycanda
memarlıq ali
təhsilinin tarixindən,
keçdiyi inkişaf
yolundan danışıb.
Məlum
olub ki, respublikamızda Memarlıq
ixtisası üzrə
kadr hazırlığı
işinə 1920-ci ildən
sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutu
adlanan təhsil ocağının İnşaat
fakültəsinin Memarlıq
bölməsində başlanılıb,
1951-ci ildən isə
Azərbaycan Politexnik İnstitutunun İnşaat
fakültəsinin Memarlıq
bölməsində davam
etdirilib. 1968-ci ildə bu bölmənin
əsasında ayrıca
Memarlıq fakültəsi
yaradılıb. Rektor
vurğulayıb ki, 100
ilə yaxın tarixi olan Memarlıq
fakültəsi öz
ənənələrinə görə həm Universitetin digər fakültələri, həm
də memarlıq ixtisası tədris olunan digər ali məktəblər
arasında həmişə
seçilib. Mikayil Useynov, Ənvər Qasımzadə, Leonid Bretanitski,
Qəzənfər Əlizadə,
Davud Axundov, Boris Revazov, Həsənağa
Məcidov,
Eldar Kanukov, Mürsəl Nəcəfov,Fikrət
Hüseynov kimi memarlıq üzrə alim və mütəxəssislər
uzun illər bu fakültədə pedaqoji fəaliyyətlə
məşğul olublar.
G.Məmmədova Memarlıq fakültəsinin
bu günündən də danışıb. “Fakültə memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər
hazırlayır və
təhsilin hər iki pilləsində 1100-dən
artıq tələbə
təhsil alır, onlardan 300-ə yaxını
əcnəbidir. Fakültənin
professor-müəllim heyətinin
böyük qismi memarlıq layihələndirilməsi
- şəhərsalma, dizayn,
abidələrin bərpası
sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hazırda fakültədə
AMEA-nın 1 müxbir
üzvü, 11 memarlıq
doktoru, 17 professor, 33 memarlıq
üzrə fəlsəfə
doktoru, dosent öz dərin nəzəri və praktik biliklərini tələbələrimizlə paylaşır. Onlardan 1 nəfəri “Şərəf”,
2 nəfəri “Şöhrət”
ordeni laureatı, 14 nəfəri “Əməkdar memar”, 1 nəfəri
“Əməkdar müəllim”,
1 nəfəri isə
Respublika Dövlət
mükafatı laureatı
fəxri adlarına layiq görülüb.
Rektorun çıxışından
sonra təbriklər səsləndirilib. Təhsil Nazirliyiin Aparat rəhbərinin müavini
Yaqub Piriyev, Bakı şəhərinin
Baş memarı Akif Abdullayev, MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov, Dövlət Turizm Agentliyinin nümayəndəsi
yubiley münasibəti
ilə universitetin
professor-müəllim heyətini
və tələbələri
təbrik ediblər.
Azərbaycan Memarlar İttifaqının
İdarə Heyətinin
sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi
və şəhərsalma
kafedrasının müdiri,
professor Elbay Qasımzadə
qonaqları salamlayıb
Nijniy Novqorod şəhərində keçirilən
müsabiqədə 19 bakalavr
işi və 4 magistr dissertasiyasınınfəxri
diplomlara layiq görülməsi, 14 nəfərin
I dərəcəli, 9 nəfərin
isə II dərəcəli diplom qazanması münasibəti
ilə universitet və fakültə rəhbərliyini təbrik
edib. E.Qasımzadə
qeyd edib ki, görülən işlər uğurlu nəticədir və eyni zamanda tanınmış memarlıq məktəbləriylə yarışmağa qadir olmağımızın
gözəl nümunəsidir.
Təbrik çıxışlarından sonra qonaqlar Nijniy Novqorod şəhərində
keçirilən müsabiqədə işləri qalib olan tələbə
və məzunlara, onların rəhbərlərinə diplomlar təqdim ediblər.
S.Qarayeva
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.10.