Asfalta çəkilmiş rəsmlər
İnternetdə rast gəldiyim bir fotoşəkil məni dərindən sarsıtdı. Yüzlərlə istifadəçinin şərhlərindən, şəklə
yazdıqları statuslardan
məlum oldu ki, anasının atıb getdiyi körpəcə qız uşağının şəklidir
bu.
Sən demə,
özünün uşaq
təxəyyülündə canlandırdığı anasının
obrazını təbaşirlə
soyuq asfalt üzərinə çəkmiş,
sonra da o təsvirin sinəsini ana qoynu sanıb
başını köksünə
qoyub yuxuya getmişdir. Bu görüntüdən
təsirlənən saysız
- hesabsız internet istifadəçilərinə
mən də qoşuldum, az
qala hönkürə
- hönkürə bu
sətirləri yazdım.
Ağzında süd qoxusu, əllərin təbaşirli
Arzun ana qucağı, məsum çöhrən
fikirli
Qalx ayağa gözəlim, soyuq kəsər, qurudar
Anan atıb gedibsə,
səni kimlər ovudar?
O möhtəşəm rəsminə
min əhsən deyir hərə
Səttar baban görərsə, fırçasın qoyar yerə.
Çəkdiyin o əsəri Allah baban
görəcək
Mələklərin göndərib sənə
yiyə duracaq.
Bir azca döz balacam,
qoy havalar isinsin
Anan bu şəkli
görüb bəlkə
insafa gəlsin.
Ürəyimə damıb ki, sənətkar olacaqsan
Allahın köməyilə səadət
bulacaqsan.
1 dekabr 2017.
BALACA
ƏZABKEŞ
İstedadlı müğənni xanımla
"Apar məni" adlı son dərəcə
təsirli bir mahnı - duet oxuyan azyaşlı oğlana üz tutdu.
Səni
bu səhnəyə kim çıxarıbdı
Sən hardan biləsən ayrılıq
nədir?
Oxuma, balaca, o sənlik deyil
Ayrılıq əzabın çəkənlər
bilər.
Boyun bircə qarış, səsin ilahi
Saxla göz yaşını, gərəyin olar
Dərd,
ələm yaşınca,
boyunca deyil
Hər yaşın
öz sözü, öz ahəngi var.
Ağzından süd iyi getməyib hələ
Düş ordan, oxuma, xamsan, uşaqsan
Ayrılıqdan başın çəkməyib
hələ
Hicran tonqalında
qovrulmamısan.
Uşağın öz yolu, gəncin öz yolu
Bu gidi dünyanın öz qanunu var
Səni
öz yolundan salıb aralı
Məsum duruşundan faydalanırlar.
Çıxma ekranlara hələ
körpəsən
İçini dərd, ələm
ovanda oxu
Əl açıb mərhəmət
umduğun adam
Səni qapısından qovanda oxu.
Kim səni salıbdı bu dağa, daşa
Hönkürtü, göz yaşı sənlikdi məyər?
Çəkil get, inanma küyə,
alqışa
Başına gələnlər başmaqçı
olar.
Bilirsənmi oğlum, dost məclisinə
Borc alıb
könülsüz getmək
necədir?
Can verən ananın son nəfəsinə
Çatmayıb yollarda qalmaq necədir?
Dünyada hamıdan güclü
sandığın
Atan qamətini əyəndə
oxu
Anan körpəsinin urvalığıyçın
Qonşu qapısını döyəndə
oxu.
"Apar məni" deyib kövrəltdin məni
Səni
kim itirib
kim axtaracaq
Anası
Dubayda azan yetimin
Günü, güzaranı çətin
olacaq.
Biri zurna çalan, biri dəf vuran
Nəfsinin, qarnının quludur
çoxu
"Apar məni" deyib hönkürən oğlan
Di haydı, yeri get dərsini oxu.
14 fevral 2016.
DƏRİN
YUXU
Orxanın dul anası adlı - sanlı həkimdi
Əri öləndən
sonra bir dula ərə getdi.
Kişinin ilk nigahdan üç
şuluq oğlu vardı
Qadın ögeyləri də balası tək sevərdi.
Çox
vaxt doğma övladın gözdən
iraq qoyardı
Üç dəcəli daha çox əzizləyib oxşardı.
Gün keçir, aylar ötür, uşaqlar böyüyürdü
O üç qardaş bir olub Orxanı döyürlərdi.
Sonra da bir gün
axşam ... deməyə
dilim gəlmir
Orxan öz yatağına
döşənib sayaqladı.
Bayılıb sustalmışdı xəstə uşaq ağrıdan
Arıq, zəif bədəni yanırdı qızdırmadan.
Xəyalında doğmaca atasını
görüb sağ
Uçunurdu ki, gəlib yanına aparacaq.
Sonra onu çox ağır, dərin yuxu apardı
Ögey qardaşlarından, anasından
ayırdı.
Buz kəsilmiş təniylə
qalxaraq yatağından
Kiminsə qucağında havaya qalxdı yerdən.
Bir də gördü o qollar
atasının qoludur
Getdiyi yol işıqlı axirətin
yoludur.
Qışqırdı canım ata, qoyma qayıdam
geri
Apar məni, tez apar görüm olduğun
yeri.
... Sarmaşıb bir birinə iki ruh yol gedirdi
Anasa Orxanının cismin qucaqlayırdı.
18 mart 2017
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2019.- 27 noyabr.- S.22.