Kamal Abdullanın "Sehrbazlar dərəsi" Buxarestdə təqdim edildi

 

 

Xalq yazıçısı Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında təqdim olunub.

 

Hər il keçirilən yarmarkada 400-dən çox rumın xarici nəşriyyatlar, tipoqrafiyalar, mədəniyyət mərkəzləri institutlar, ədəbi agentliklər, kitabxanalar s. təmsil olunur.  Üç mindən çox müəllifin iştirak etdiyi kitab yarmarkasında 26 ildir ki, Azərbaycandan yeganə müəllif olaraq Kamal Abdullanın adı çəkilir.  

Tərcümə prosesindən danışan tərcüməçi Lyudmila Bejenaru Rumıniyada bu romanın maraqla qarşılandığını diqqətə çatdırıb. O, "Sehrbazlar dərəsi"nin K.Abdullanın yaradıcılığında mühüm rol oynayan əsərlərdən olduğunu deyib. Tərcümə prosesindən danışan ədəbiyyatşünas fərqli mədəniyyətə malik olduqlarına görə tərcümənin asan olmadığını söyləyib.

Mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən dərvişin hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının görüşündən, Sufi dərvişlərin həyatından bəhs edən mistik roman müxtəlif dillərdə müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib. Müxtəlif dillərdə çap olunan "Sehrbazlar dərəsi" romanı orta əsrlərdə sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

K.Abdullanın yaradıcılığından danışan şair Daniel Korb deyib ki, paralel dünyaların təsvirlərini verən Kamal Abdulla  bütün təsvirləri xalqının adət ənənələri fonunda təqdim etməyi bacarıb.

Vurğulanıb ki, yazıçı Kamal Abdullanın oxucunun diqqətinə müxtəlif dillərdə təqdim edilən "Sehrbazlar dərəsi" romanı orta əsrlərdə sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

Qeyd edək ki, kitabı rumın dilinə Rumıniyanın "Al Kuza" Yas Universitetinin dosenti Lyudmila Bejenaru onun tələbəsi İrina Milea tərcümə edib.    

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 27 noyabr.- S.13.