Bakı Dövlət Universitetində Məzun Forumu

 

 

Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib. Tədbirdə Təhsil nazirinin müavini  Məhəbbət Vəliyeva, dövlət qurumlarının rəhbərləri,  ali təhsil müəssisələrinin rektorları, dünyanın  müxtəlif ölkələrində çalışan BDU məzunları, elmi tədqiqatçılar, müxtəlif təşkilatların birliklərin nümayəndələri, xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin yaranması tarixindən ənənələrindən danışıb. Rektor qeyd edib ki, forumun əsas məqsədi "Universitet - məzun" münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması inkişafı məqsədilə insan resurslarının inkişaf etdirilməsidir. 1919-cu ildə yaradılan sözügedən ali təhsil müəssisəsini indiyədək 180 minə yaxın məzunun bitirdiyini deyən E.Babayev bu forumda məzunların bir araya toplaşmasından məmnunluğunu ifadə edib.

Forumda iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə ali təhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb. M.Vəliyevanın sözlərinə görə, bir əsrlik yaşı olan BDU-nun bu gün özünün müasir dövrünü yaşaması dünya təhsil sisteminə uğurla inteqrasiya etməsi sevindiricidir.  Nazir müavini BDU digər ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin əksəriyyətinin bu təhsil müəssisəsinin məzunu olduğunu qeyd edib. M.Vəliyeva çıxışının sonunda BDU-nun məzunlarının  bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklərinə əminliyini ifadə edib.

Forumda iştirak edən  İnsan hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BDU-nun tarixi ənənələrindən, ölkənin bu qocaman ali təhsil müəssisəsi, onun müəllimləri  barədə xoş xatirələrini bölüşüblər. Çıxış edən qonaqlar BDU-nun bütün məzunlarını təhsil müəssisəsinin 100 illiyi münasibətilə təbrik edib, Azərbaycanın inkişafında BDU-ya davamlı uğurlar arzulayıb.

Həmçinin, Bakı Dövlət Universitetinin məzunlarından BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli,  Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar  tədqiqatlar laboratoriyasının müdiri,  professor Qərib Mürşüdov, Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut,  Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov  ölkəmizin elm təhsil həyatında, yüksəkixtisaslı kadrların hazırlanmasında  BDU-nun  mühüm rolundan  danışaraq  universitet-məzun əlaqələrinin yaradılması istiqamətində  təkliflərini  səsləndiriblər.

Forum öz işini "Bakı Dövlət Universitetinin məzunlarının  gələcək birgə fəaliyyət istiqamətləri" mövzusuna həsr olunmuş çıxışlarla davam etdirib. Məzun Forumunda qloballaşan dünyada universitetlərin rolu, yeni çağırışlar gözləntilər, universitet məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq universitetin öz məzunları üçün "BDU Xatirələrdə" KİV nümayəndələri arasında elan etdiyi "100 ilin zirvəsində" adlı müsabiqənin nəticələri açıqlanıb.

Yazılar universitet nümayəndələrinin bəzi KİV rəhbərlərinin təmsil olunduğu Münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qaliblərdən bəzilərinin yazısı "Bakı Universiteti" qəzetinin "BDU-100" xüsusi buraxılışında dərc olunub.

 

 

 

525-ci qəzet.- 2019.- 27 noyabr.- S.8.