At çapar
Tanınmış şair, tərcüməçi Səxavət İzzəti-Əndəlib 1966-cı ildə Cənubi Azərbaycanda, Qaradağ mahalında doğulub. İki yaşında atasını itirib.
1977-ci ildə ailəsi Təbrizə köçüb, Qaradağ mahalının başqa uşaqları kimi ədəbiyyata marağı laylalarla, nağıllarla, dastanlarla oyanıb.
On yeddi yaşında şeir yaradıcılığı ilə diqqət çəkən Səxavət İzzəti əsl ədəbiyyat adamı kimi tezliklə cəmiyyətdə tanınır. İyirmi iki yaşında "Nəğməli dastanlar" kitabını nəşr etdirir, bir il sonra məhəbbət dastanlarına dair kitabı çıxır, bunun ardınca isə "Aşıqlardan işıqlar" adlı kitabını çap etdirir.
Bir çox Azərbaycan şairinin şeirini istər kitab şəklində, istər internet saytında yayımlayıb.
Yiyəsiz qalan zəmidə,
Talan at çapar,
at çapar.
Yallı
gedər çəritgələr,
İlan
at çapar, at çapar,
İlqar,
iman puç olanda,
Qayda-qanun
heç olanda,
Düz danışmaq suç olanda,
Yalan at çapar, at çapar,
Xeyir yox fikirsiz işdə,
İş gedər fikirdə,
huşda,
Fikri düz olmayan başda,
Gələn at çapar, at çapar,
Qədərimlə şərik küçə
Bu şəhərdə bir qocalmış küçə
var,
Məni
görcək xumar-xumar
danışır,
Bir nağıl var bu küçənin yadında,
Kərpic-kərpic, divar-divar danışır.
Burdan nə çox qış ötüşüb,
yaz gedib,
Aşiq
gedib, dastan gedib, saz gedib,
İllərdi ki, bir çatmaqaş qız gedib,
Arxasınca burda nə var,
danışır.
Bu küçəylə qədərimiz
birdi, bir,
Gəlişimiz, gedərimiz birdi,
bir,
Ay Əndəlib, kədərimiz
birdi, bir,
İkimizdə bir ahuzar danışır.
Ay ana
Ay ana, məzar daşını,
Versənə, geyim, ağlayım.
Səsimi
atıb başıma,
Bayatı deyim, ağlayım.
Hələ var ayaq, gəzirəm,
Əlimdə çıraq gəzirəm.
Bir isti qucaq gəzirəm,
Başımı qoyum, ağlayım.
Hər işi çaş bir zamanda,
Ayağı baş bir zamanda.
Çörəyi daş bir zamanda,
İçimi yeyim, ağlayım.
Tapmadım şənliyin yerin,
Axtarsam da dərin-dərin.
Heç
olmasa bir çöl verin,
Dərdimi sayım ağlayım.
O üz
Aşmaqdayam bu dağı,
Görən o üz hamarmı.
O üzdə bu üz kimi
Həyat yolları darmı.
Göyərdi yolumuzda,
Min uçurum, min gədik.
Dərdin
dağarcığına,
Çarəsiz həyat dedik.
Süründük dizin-dizin,
Bəlkə aşaq bu dağı.
Mən ki yaman özlədim
O üzdə yaşamağı.
Görəsən oranın da,
Dəni tuşda əkilir?
Atı sümük gəmirir,
İtinə yem tökülür?
Görəsən oranın da,
Ciziyi var, cizi var?
Günə çıxan əyrisi,
Qandallanan düzü var?
Meydan açırmı orda
Vədə qəhrəmanları?
Əjdahalar əlində
Əsir qalıb suları?
Oranın
da görəsən
Acı çoxdur
toxundan?
Tələsirəm bu üzdən,
Gedib görəm
yaxından.
Dolanır
İlin
günün harasıdır,
Gözümdə yağış dolanır.
Ürəyim yanır, yaxılır,
Başımda qar-qış dolanır.
Nə imiş dərdi fikrimin,
Dərdi göyərdi fikrimin.
Dağılıb yurdu fikrimin,
Çöl gəzir, örüş dolanır.
Dinir bir qız ürəyimdə,
Gülür bir göz ürəyimdə.
Gecə-gündüz ürəyimdə,
Bir əziz
görüş dolanır.
"Əndəlib"əm, totdu
dolu,
İtirdim çəməni gülü.
Könlümün sarı bülbülü,
Yerində bayquş dolanır.
Gedirəm
Gəldim
günəşli bir gündə,
Dumanda, çəndə
gedirəm.
İzimi
görənlər bilər,
Nə halda-gündə gedirəm
Gedən
dostlarıma deyin,
Bu qədər yeyin
getməyin.
Siz
Allah, məni gözləyin,
Dayanın mən də gedirəm.
Eh dünya, nəsən, unutma,
Çöp olub gözümə batma.
Qəbirdən məni qorxutma,
Mən ora gündə gedirəm.
Səxavət
İZZƏTİ-ƏNDƏLİB
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.15.