"Uğur qazanmaq tənbəllikdən daha
asandır"
Müsahibimiz Biznes təlimçisi,
yaddaş texnikaları
üzrə mütəxəssis,
Azərbaycanda ilk dəfə
olaraq "Super yaddaş"
layihəsinin rəhbəri
Elnur Rəhimovdur.
- Yaddaşın inkişafı
üçün müəyyən
vaxt tələb edən müxtəlif metodlar və texnikalar mövcuddur. Metodologiyamıza görə, texnikaların
öyrənilməsi prosesinin
birinci mərhələsinin
müddəti 14 gündür.
İlk iki həftə ərzində hər gün bir texnikadan
istifadə olunmaq şərti ilə nəzəri biliklər artırılır. 14 gün
bitdikdən sonra isə 1-2 gün ara vermək
lazımdır. İki günlük
fasilədən sonra praktiki məşğələlərə
keçmək lazımdır.
Fasilənin ardınca 24 günlük
məşğələ proqramı
gəlir. 24 günlük məşğələ
proqramı kitabda oxucuya təqdim edilir. 24 günlük
məşğələdən sonra, artıq siz öyrənməyin yolunu öyrənmiş olursunuz. Bütün
bunların hamısı
bu kursu alan insanın
potensialından asılıdır.
Burada xatırlatmaq istəyirəm
ki, düzgün təkrar vasitəsi ilə öyrənilən
məlumat onun daha yaxşı mənimsənilməsinə kömək
edir.
- Bu üsul ən çox hansı yaş üçün optimaldır? Yəni hansı yaşda
olan insanlar texnikanızdan istifadə edərək yadda saxlamaq bacarıqlarını
inkişaf etdirə bilərlər?
- Metodologiyamızdan istifadə
edərək yaddaşı
inkişaf etdirməyə
7 yaşından, yəni
uşağın məktəb
həyatına qədəm
qoymasından sonra başlaya bilərsiniz. 7 yaşdan 12 yaşadək
olan uşaqlar üçün təlim bir ilədək davam edə bilər. 12 yaşdan
17 yaşa qədər
olan insanlar təxminən 6 ay ərzində
yaddaşlarını gücləndirə
bilərlər. Orta məktəbdən
sonra texnikanı mənimsəmə müddəti
azalır. Yəni 17 yaşdan
sonra, insan 3 ay ərzində super yaddaş
texnikalarını öyrənə
bilər. Burada qeyd
etmək istərdim ki, ən effektiv
yaş aralığı
12 yaşdan 18 yaşa
qədər olan insanlar üçündür.
Bu dövrdə təhsil prosesi yeniyetmənin həyatında
daha mühüm yer tutur. Bu yaş dövründə
o, kurikulumu öyrənmək
və asanlıqla qəbul imtahanlarından keçmək üçün
yaddaşını gücləndirmək
ehtiyacını hiss edir.
- Müasir dünyada smartfon telefonlardan istifadənin artması, sosial şəbəkələr
və s. digər səbəblərdən hər
iki və ya üç insandan birinin yaddaş problemi olduğunu söyləyə
bilərik. Xüsusilə də gənc
nəsil arasında daha çox nəzərə çarpır.
Ancaq heç kim onu
problem kimi qəbul etmir. Bu problemin
mübarizə aparılması
mümkün olabilən
bir çətinlik olduğu qənaətinə
necə gəldiniz?
- Düzünü desəm,
insan bir problemi özündə yaşayanda hiss edir. Məsələn, magistraturanı bitirdikdə
yaddaşın inkişaf
etdirilməsi texnikalarını
öyrənməyə başladım.
Yaddaşımı inkişaf etdirməyin
ən yaxşı yolunu axtarırdım, amma təəssüf ki, mənə uyğun olanı tapa bilmirdim. Məlumat aclığı vardı.
İnternetdə, kitablarda tapdığım
materiallar əskik idi nəyinsə çatışmadığının fərqində idim. Buna görə fərqli
metodları öyrənməyə
və öz üzərimdə tətbiq
etməyə başladım.
Hər şey tibb sahəsində
olduğu kimidir.
Bir insan xəstə olduqda, başlanğıc
mərhələdə bir
çox insan həmin xəstəliyin
ilk simptomlarını başa
düşmür. Həkim isə
xəstənin bədənində
nə baş verdiyini görür və başa düşür və müvafiq müalicəni təyin edir. Xəstə yalnız sağalma görəndə müalicənin
effektivliyinə inanır.
Eyni şey təhsil sistemində də baş verir. Doğru texnika seçildikdə materialı mənimsəmək
daha asan olur. Sualınıza qayıdıram. Yaddaş texnikalarının
bütün mövcud
mərhələlərini keçdikdən
sonra bir şeyi başa düşdüm: düzgün
xatırlamaq metodikası
bizə uşaqlıqdan
öyrədilsəydi, tədris
prosesində əldə
olunan bəzi biliklər itirilməzdi.
- Yəni yaddaşın yaxşılaşdırılması texnikasından istifadə edərək təhsil proqramının mənimsənilməsi
prosesini sürətləndirmək
mümkündürmü?
- Müasir təhsil sistemimiz çox mürəkkəbdir və
uşaqlar həddən
artıq yüklənir.
Misal üçün fərz edin ki, 17-ci əsrdə yaşayırsınız
və sizə bir hektar ərazini
1 saata şumlamaq tapşırılıb. Hər hansı
bir texnikanın (traktor) varlığından
xəbəriniz yoxdursa,
anında məsələni
həll etmək üçün sizə
100 nəfər və
yüz ədəd də bel lazım
olduğunu deyərdiniz.
Amma texnikadan istifadə etməklə siz (1 nəfər) 1 hektar ərazini 20-30 dəq ərzində şumlaya bilərsiniz. Bu üsullardan hansı ən effektivdir? Təbii ki, texnikadan istifadə olunan. Təhsil həyatında olduğu kimi. Super Yaddaş
texnikalarından istifadə
edərək, bir insan istənilən materialın mənimsənilməsinə
sərf olunan vaxtı xeyli azaldar. Beləliklə, insan vaxtını
daha məhsuldar şəkildə idarə
edə bilər.
Prinsipcə, yadda saxlama
prosesini sürətləndirmək
üçün müxtəlif
texnikaların tətbiqi
insan həyatını
asanlaşdırmaq üçün
xüsusi olaraq hazırlanmışdır.
- Sizcə, müasir təhsili sisteminin əsas problemi nədir? Niyə uşaqlar bu
gün, sovet təhsil sistemindən daha çətin öyrənirlər?
- Əslində, bu
gün təhsil sistemi Sovet sistemində
olduğundan daha çox yüklənir. O zamanki
təhsil daha səthi daha yüngül idi. Məktəbdə, universitetdə əldə
olunan biliklərin daha yaxşı yadda qalması üçün uşağın
beyni daha çox istirahət etməlidir. İkinci sinif
şagirdi ilə işlədim. Bütün tədris
ilində yaddaş texnikaları ilə məğul olduq və ilin sonuna
kimi sinif yoldaşları arasında
birinci yeri tutdu. Yaddaşını inkişaf etdirən
bir insan ümumiyyətlə həyatının
keyfiyyətini və xüsusən də öyrənməyi yaxşılaşdıra
bilir. Texnikalardan istifadə edib
mükəmməl nəticəni
görəndə düzgün
yolda olduğunuzu başa düşürsünüz.
- Hansı metodlardan istifadə edirsiniz?
- Məsələn, Leonardo Da
Vinçinin Loci texnikasını
misal olaraq verə bilərəm, room
metodu olaraq da bilinir. Kökü
lap qədimə yunanlı
natiqlərə qədər
gedib çıxır.
Yunanlı şair Simonidesin
adı ilə bağlıdır. Link texnikası,
Number shape system texnikası, peg metodu, beyin xəritələri,
xarici dildəki
sözləri öyrənmə
metodu və s. metodlardan istifadə edərək öyrənmə
fəaliyyətini daha
da yaxşılaşdırırıq.
Yəni qısacası yeni və köhnə məlumatlar arasında şüurlu bir əlaqə yaradaraq uzunmüddətli, qalıcı
bir yaddaş formalaşdırırıq.
- Bu texnikanı inkişaf etdirmək üçün
nə qədər vaxt lazım oldu?
- Ümumiyyətlə, texnikaların
inkişafı bir il çəkdi.
Bu müddət ərzində onu sistemləşdirdim və
14 günlük bir kursa uyğunlaşdırdım.
Fərqli müəlliflərin fərqli sistemləri var. Lakin apardığım araşdırmalara görə,
14 gün yaddaş metodlarını mənimsəmək
üçün ən
optimal müddətdir. Biz uğurlu bir
gələcək üçün
yola çıxdıq.
Sahib olduğumuz bilik və bacarıqlarımızı
bir-birimizlə paylaşmalıyıq
ki, gələcəyimiz
gözəl şəkillənsin.
Əla bir yaddaşa sahib olmaq, uğur qazanmaq tənbəllikdən
daha asandır.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.10.