"Hidayət və teatr"
kitabı təqdim olunub
Noyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi
İftixar Piriyevin
"Hidayət və teatr" kitabının təqdimatı olub.
Kitab Əməkdar
incəsənət xadimi,
şair, dramaturq, publisist, ictimai-siyasi xadim Hidayətin dramaturgiya və teatr sahəsindəki fəaliyyətinə həsr
edilib.
Kitabın elmi redaktoru sənətşünaslıq doktoru,
professor, Əməkdar incəsənət
xadimi Məryəm Əlizadə, ixtisas redaktorları Səfalı
Nəzərli, filologiya
üzrə fəlsəfə
doktoru Şəfəq
Əliyeva, rəyçi
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent, "İrəvan Mədəni
İrsinin Təbliği"
İctimai Birliyinin sədri Nərminə Ağayevadır.
Təqdimatı giriş sözü
ilə açan Universitetin elm və yaradıcılıq işləri
üzrə prorektoru Məryəm Əlizadə
qeyd edib ki, işığına toplaşdığımız, teatr
tariximizə töhfə
olan nəfis tərtibatlı bu kitab vasitəsilə İftixar milli teatr prosesimizdə Hidayətin yerini tapa bildi və
Hidayəti İnsan-Ziyalı
nümunəsində bədii
təhlilə cəlb
etdi, Hidayətlə bağlı teatr taxçamızdakı boşluğu
doldura bildi.
Professor Gülşən Əliyeva "Hidayət və teatr" kitabında oxucunun diqqətinə çatdırılan
Hidayətin şəxsiyyəti,
milli ədəbi, mədəni, ictimai mühitdə yeri, rolu və təhlil
aspektləri barədə
məlumat verib. Təqdimat
mərasimində Xalq artisti, professor Ağakişi
Kazımov, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət
işçisi Vaqif Yusifli, şair-publisist,
"Qafqaz media" İctimai
Birliyinin sədri Azadə Taleh Hüseynova, tənqidçi-ədəbiyyatşünas
Qurban Bayramov, YAP Binəqədi rayon təşkilatının
sədri Ramiz Göyüşov, pedaqoqika
üzrə fəlsəfə
doktoru, dosent Həsən Bayramov, filoloq-jurnalist Zərəngiz
Mansurova, şair-nasir,
dramaturq İmir Məmmədli, Əməkdar
artist Azad Şükürov, Xalq artisti Bəsti
Cəfərova, şair-publisist,
Əməkdar mədəniyyət
işçisi Qəşəm
Nəcəfzadə, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent, "İrəvan Mədəni
İrsinin Təbliği"
İctimai Birliyinin sədri Nərminə Ağayeva, pedaqogika üzrə fəlsəfə
doktoru Hicran Sadıqova, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Məlahət Ağayeva çıxış
ediblər.
Tədbirdə diqqətə çatdırılıb
ki, monoqrafiya Hidayətin dramaturgiya və teatr sahəsindəki
nailiyyətlərinə həsr
edilmiş ilk tədqiqat
əsəridir. Kitabda Hidayətin pyeslərinə
quruluş vermiş müxtəlif üsluba malik rejissorların fərqli dəsti-xətləri
araşdırılmış, müqayisə edilərək
maraqlı mülahizələr
irəli sürülmüşdür.
Çıxış edən
görkəmli ziyalılar,
mədəniyyət və
incəsənət xadimləri,
aktyorlar, rejissorlar, dramaturqlar, publisistlər Hidayət dramaturgiyasının
ötən əsrin ikinci yarısı və əsrimizin əvvəllərində milli
teatr prosesinin sənətkarlıq səviyyəsinin
yüksəlməsində müstəsna
rol oynadığı,
eləcə də publisistika və teatr-estetik görüşlərinin
Azərbaycanın ədəbi-ictimai,
mədəni ənənələrinin
milli mədəniyyətimizin
inkişafındakı xidmətlərini,
Hidayətlə bağlı
təəssüratlarını, onun milli mədəniyyətimizin,
teatr sənətimizin
inkişafı yolunda yüsək təəssübkeşliyi
barədə dəyərli
fikirlər söyləyiblər.
Monoqrafiya aktyor, rejissor, şair-dramaturq, publisist, bacarıqlı teatr təşkilatçısı kimi
tanınan İftixarın
bütün əsər
boyu insan-ziyalı nümunəsi hesab etdiyi fədakar teatr xadiminə böyük hörmət və ehtiramının təzahürüdür. İftixar
Piriyevin uzun illər teatr sahəsində çalışması,
nəzəri biliklərə
malik olmaqla yanaşı, teatr işinin təşkili, yaradıcılıq problemləri
ilə praktiki olaraq qarşılaşması,
teatrın bütün
sahələrinə dərindən
bələd olması,
eləcə də dəyərli insan Hidayət Orucovun şəxsiyyətinə, həyat
yoluna, yaradıcılıq
mövqeyinə bələdliyi,
vaxtilə Hidayətin
direktoru olduğu Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrına 2000-ci ildən
hazırkı dövrə
qədər rəhbərlik
etməsi, bu teatrı respublikanın qabaqcıl teatrları sırasında saxlaya bilməsi - bütün bunlar umumilikdə oxuculara təqdim olunan və çağdaş mədəniyyət
tariximizə və teatrşünaslıq elmimizə
layiqli töhfə olacağına inandığımız
"Hidayət və teatr" monoqrafiyasının
mükəmməlliyini isbatlayan
amillər sırasındadır.
Kitab teatr və dramaturgiya
ilə məşğul
olan mütəxəssislər,
müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr,
eləcə də mədəniyyətimizlə maraqlanan
oxucular üçün
nəzərdə tutulub.
Təqdimatda "Hidayət və
teatr" kitabının
müəllifi İftixar
Piriyev "Qafqaz
media" İctimai Birliyinin
sədri Azadə Taleh Hüseynova tərəfindən "İstedadlı
qələm sahibi"
diplomu ilə, "İrəvan Mədəni
İrsinin Təbliği"
İctimai Birliyinin sədri Nərminə Ağayeva tərəfindən
İrəvan mədəni
irsinin təbliği və yaşamasında uzun illər göstərdiyi əvəzsiz
xidmətlərə görə
fəxri diplomla təltif edilib.
Sonda İftixar
Piriyev tədbirin təşkilatçılarına və iştirakçılara
minnətdarlığını bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.8.