AMEA-da
"Dünyanı gəzən
Molla Nəsrəddin"in
təqdimatı
Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasında
AMEA Folklor İnstitutunun
təşkilatçılığı ilə Molla Məsrəddin lətifələrinin
nəzəri-metodoloji kontekstdə
araşdırılmasına həsr olunmuş "Molla Nəsrəddin lətifələri: müasir
elmi yanaşmalar və milli folklorşünaslıq
təcrübəsi" mövzusunda
respublika elmi konfransı və "Dünyanı gəzən
Molla Nəsrəddin"
kitabının təqdimatı
keçirilib.
Tədbiri giriş sözü
ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli qeyd edib ki,
bütün dünyada
məşhur olan xalq gülüş qəhrəmanı Molla Nəsrəddinlə bağlı
lətifələrin araşdırılması
elmi və ümumictimai əhəmiyyətə
malikdir. Folklor İnstitutu ilə
SOCAR AQŞ-nin birgə
əməkdaşlığı ilə bu istiqamətdə
görülən işləri
müsbət dəyərləndirən
akademik Teymur Kərimli "Dünyanı
gəzən Molla Nəsrəddin" kitabının
mühüm əhəmiyyətə
malik olduğunu deyib. Akademik Molla Nəsrəddin
lətifələrinin müasir
elmi-nəzəri prinsiplər
əsasında araşdırılması
zərurətindən də
danışıb.
T.Kərimli bildirib ki, Molla
Nəsrəddin lətifələri
folklor nümunələri
içərisində öz
lakonikliyi, fəlsəfi
dərinliyi ilə xüsusi seçilir. Lətifələrdə xalq müdrikliyi özünün bütün
dolğunluğu ilə
əks olunub. Bu mənada Molla
Nəsrəddin lətifələrinin,
o cümlədən, digər
xalqların folklorunda olan lətifələrin tərcüməsi və nəşri, geniş ictimaiyyətə çatdırılması
olduqca böyük əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov son illər Molla Nəsrəddin lətifələrinin tədqiqi
ilə bağlı rəhbərlik etdiyi elmi müəssisə ilə SOCAR AQŞ arasında
əməkdaşlıqdan bəhs
edib, bu istiqamətdə həyata
keçirilən işləri
diqqətə çatdırıb.
Akademik bildirib ki, Molla
Nəsrəddin lətifələrinin
müasir nəzəri-metodoloji
aspektdən araşdırılması
institutun prioritet elmi istiqamətlərindən
birini təşkil edir və bu
sahədə xeyli uğurlar qazanılıb.
Konfransda
SOCAR AQŞ-nin baş
direktoru Ramin İsayev çıxış
edərək son illər
rəhbəri olduğu
qurumla Folklor İnstitutu arasında sıx əməkdaşlıq
əlaqələrinin formalaşdığını,
artıq bu əlaqələrin konkret
elmi nəşrlərdə,
kitab və məqalələrdə öz
əksini tapdığını
bildirib. İki cilddən ibarət
Molla Nəsrəddin lətifələri, nüfuzlu
bazalara daxil olan beynəlxalq elmi jurnallarda dərc olunmuş bir sıra məqalələr,
mollanasreddin.az portalı əməkdaşlığın
bariz nümunəsidir.
Bakı
Dövlət Universitetinin
Filologiya fakültəsinin
dekanı, filologiya üzrə fəlsəfə
doktoru, dosent Elçin Məmmədov çıxış edərək
Molla Nəsrəddin lətifələrinin tədqiqi
istiqamətində həyata
keçirilən tədbirlərin
və "Dünyanı
gəzən Molla Nəsrəddin" kitabının
əhəmiyyətindən danışıb.
Daha sonra
AMEA Folklor İnstitutunun
böyük elmi işçisi, "Dünyanı
gəzən Molla Nəsrəddin" kitabının
tərtibçisi Qumru
Şəhriyar nəşrlə
bağlı ətraflı
məlumat verib.
Tədbirdə AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Sərxan Xavəri "Molla Nəsrəddin lətifələri
xalq gülüşünün
sosial-antropoloji semantikası
kontekstində", filologiya üzrə fəlsəfə
doktoru Səfa Qarayev "Dəlilik və vəlilik kontekstində Molla Nəsrəddin obrazı"
və filologiya üzrə fəlsəfə
doktoru Hikmət Quliyev "Real və
virtual mühitdə Molla
Nəsrəddin lətifələri:
yeni sosial şərtlər və mədəni təzahürlər"
mövzusunda məruzələrlə
çıxış ediblər.
Sonda Molla
Nəsrəddin lətifələrinin nəzəri-metodoloji
spektlərdən təhlili istiqamətində suallar
ətrafında geniş fikir
mübadiləsi və müzakirələr aparılıb.
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.9.