"Müasir
çağırışlar: dini durum və vəzifələr" mövzusunda konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və
Zərdab Rayon İcra
Hakimiyyətinin (RİH) birgə
təşkilatçılığı ilə noyabrın 27-də
"Müasir çağırışlar:
dini durum və vəzifələr" mövzusunda
konfrans keçirilib.
Tədbiri giriş sözü
ilə açan Zərdab RİH başçısının
Aparatının
İctimai-siyasi və
humanitar məsələlər
şöbəsinin müdir
müavini - dini qurumlarla işin təşkilatçısı Murad
Həsənov qeyd edib ki, Ulu
öndər Heydər
Əliyev dərin biliyi, mətin iradəsi, yüksək bacarığı, böyük
dövlət idarəçiliyi
təcrübəsi, düzgün
və uzaqgörən
siyasəti sayəsində
dövlət-din münasibətlərinin
düzgün qurulması
üçün zəruri
addımlar atılıb.
Murad Həsənov vurğulayıb
ki, Ümummilli Liderin bu istiqamətdə
həyata keçirdiyi
siyasəti Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.
Son illər multikulturalizm,
sivilizasiyalararası, mədəniyyətlərarası
dialoq mövzularına
həsr olunmuş bir çox beynəlxalq tədbirlər
bizim ölkəmizdə
keçirilir. Onun sözlərinə görə,
cari ilin 14-15 noyabr tarixlərində Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif
ölkələrin siyasi,
ictimai, elm və din xadimlərinin, eləcə
də beynəlxalq təşkilatların nümayəndələrinin
iştirakı ilə
keçirilən Dünya
dini liderlərinin 2-ci
Bakı Sammiti buna bariz nümunədir.
Çıxış edən DQİDK sədrinin
müavini Gündüz
İsmayılov dini düşmənçilik, radikalizm
və fanatizmin buna meyl edən
cəmiyyətlər üçün
ciddi təhlükə
mənbəyi olduğunu
bildirib. O qeyd edib ki, son illərdə
Yaxın Şərqdə
hökm sürən siyasi proseslər fonunda ümumilikdə dini ektremizmin və dinin siyasiləşdirilməsinin
böyük dağıdıcı
amilə çevrilməsi
hamıya məlumdur. Həm milli, həm də ideoloji sayılan belə təhlükələrə qarşı
dövlətlər, cəmiyyətlər,
eyni zamanda həqiqi dindarlar birgə mübarizə aparsalar daha effektiv nəticələrə
nail olmaq olar.
Sədr müavini Azərbaycan əhalisinin əksər hissəsinə xas olan inanclar barədə
danışaraq bildirib
ki, əsas məqsədi cəmiyyət,
dövlət və ailə üçün faydalı nümunəvi vətəndaş formalaşdırmaq
olan İslam vəhdət və qardaşlıq dinidir. İslam meydana
çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi,
təhsil almağı
ibadət səviyyəsinə
qədər yüksəldib.
Xalqımıza məxsus milli-mənəvi dəyərlərin vacibliyinə də diqqət çəkən G.İsmayılov vətəndaşları, xüsusilə gəncləri əsrlərlə formalaşıb gələn və bu gün dövlət siyasətinin mühüm istiqamətinə çevrilən tolerant və multikultural ənənələrin mühafizə olunması istiqamətində səy göstərməyə səsləyib. Rayon Təhsil şöbəsinin müdir əvəzi Mübariz İsmayılov keçirilən bu cür tədbirlərin gənclərin dini cəhətdən maarifləndirilməsi istiqamətində mühüm rola malik olduğunu deyib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2019.- 29 noyabr.- S.6.