Vətən sevgisilə yaşamaq
və yaratmaq
Qanadı qırılmayınca qatarından ayrılmaz, karvanından qalmaz durnalar. Əsrlər boyudur pozulmaq bilmir bu qatarın düzümü! Min illərdir bizə də nəsib edilib füsünkar, ecazkar tarixin keşməkeşli zamanlarını yaşamış, çox nadir millətlərə nəsib olan el-oba yurd həsrətiylə qovrula-qovrula yaşamaq qisməti.
İnsan oğlu sahib olduğunu qeybə çəkildiyini görəndə şam kimi əriyib və torpağa qovuşmaqla sanki sahib olduğuna çatıb. Əsrlər boyu ürək ağrıdan tarixi proseslərin cərəyan etdiyi bir ölkədə yaşayan insan övladı öz tarixini, mədəniyyətini, yaşadıb gəlib bu günə üzü ağ çıxıbsa, sirli-sehirli gerçəklikləri düyün düşmüş, unudulmuş həqiqətləri görə-görə gəlib və sonda öz müstəqilliyini qazanıbsa, o millət doğrudan da ölməzdir!
Bu yazımı tədqiqatçı, publisist, filologiya elmləri üzrə elmlər doktoru Abid Tahirli haqqında, necə deyərlər, bir neçə kəlmə demək düşüncəsilə qələmə aldım.
Ən azından yaxın qonşu və kitablarının ilk oxucularından biri olduğum üçün bunu gərəkli bildim. Bütün ömrünü yaradıcılığını xalqının pərən-pərən düşmüş övladlarının həyat yolunun, irsinin araşdırılmasına həsr etmiş bir ziyalı haqdadır bu kiçik yazı.
Noyabrın 30-u Abid müəllimin ad günüdür. On səkkiz
kitab, saysız-hesabsız
məqalələr, dəyərli
monoqrafiyalar Abid Tahirlinin tükənməyən
enerjisindən, milli-mənəvi
dəyərlərə məhəbbətindən,
dərin zəkasından,
Vətən, millət,
dövlət sevgisindən
xəbər verir.
Ömrü boyu itmiş-burulğanlarda
batmış, tarixin ayrı-ayrı dövrlərində
vətənini tərk
edib müxtəlif ölkələrdə mühacir
həyata yaşayan ziyalılarımızı axtarıb-arayıb
üzə çıxarmaq
onun nəcib həyat amalıdır.
Düyün düşmüş talelərin, unudulmuş və danılmış gerçəklərin dalınca
gedib min bir zəhmət hesabına onları oxucuya təqdim etmək səadəti də hər kəsə nəsib olmur ki. Düşünürəm və ürəkdən
inanıram ki, Abid müəllim insanlıq və vətəndaşlıq borcunu
aydın dərk edən bəndələrdəndir.
Qənaətim budur ki, yaxşı
insan olmadan həyatda yaxşı heç nə yaratmaq olmaz. Bir şeyi hiss edib duymasan, daxili aləminə varmasan, ortalığa yaxşı
nəsə çıxarmaq
müşkül məsələdir.
Mən dəfələrlə
bu ümdə keyfiyyətləri Abid müəllimin şəxsində
duyub hiss etmiş, yaxşı mənada ona qibtə ilə baxmışam.
Hörmətli Abid müəllim!
Doğum gününüz,
ömrünüzün daha
bir ilinin tamamı münasibətilə
sizi təbrik edir, hələ çox-çox illər yaradıcılıq uğurları
diləyir, bütöv
Azərbaycanda ömür
sürmək səadəti
arzulayıram!
Əzizağa
AZƏRİ
525-ci qəzet.- 2019.- 30 noyabr.- S.18.