Ölməzliyə gedən elçi
Məhəmməd Hadinin 140 illiyinə
Qalanlar
- iz olduğunu...
Olanlar -
söz olduğunu...
Haqqın
- haqsız olduğunu
Bildi, getdi bu dünyadan.
***
Gördü dünya uzun yoldu,
Çox yüyürdü, tez yoruldu.
Rəngi
soldu, gözü doldu,
Güldü, getdi bu dünyadan.
***
Millət
idi dərdi-səri...
Qaçış idi hər səfəri.
Qaldı
ölməz əsərləri
Öldü, getdi bu dünyadan.
***
Nə sağçıydı,
nə də solçu.
Bir məzarsız qərib yolçu,
Ölməzliyə gedən Elçi
Oldu, getdi bu dünyadan.
***
Od Oğlu, od
Övladıydı,
Ustaların ustadıydı.
Şair
Məhəmməd Hadiydi,
Gəldi, getdi bu dünyadan.
27.11.2019
Fikrət
QOCA
525-ci qəzet.- 2019.- 30 noyabr.- S.17.