Türkologiyaya dair
yeni kitab nəşr olunub
Filologiya
üzrə fəlsəfə doktoru Ağahüseyn
Şükürovun “Birinci Türkoloji Qurultayın
Qazaxıstan təmsilçiləri” kitabı çapdan
çıxıb.
Kitabın ilk səhifəsində Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, Beynəlxalq Türk Akademiyası prezidentinin məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlinin məsul redaktorluğu ilə çap olunan kitabda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın məqsəd və məramından bəhs edilir. Qurultayda müzakirə edilmiş bir sıra məsələlər, o cümlədən burada iştirak etmiş və sonradan repressiyaya məruz qalmış Qazaxıstan nümayəndələri haqqında avtobioqrafik məlumatlar əks olunub.
Əsərdə türkdilli
xalqların, Azərbaycan-qazax ədəbi əlaqələrinin
qırılmaz tellərlə bağlı olduğu
ifadə edilir. Təqdirəlayiq haldır ki, materiallar həm də rus dilində
təqdim olunur.
525-ci qəzet.- 2019.- 30 noyabr.- S17.