Dodaqlarınıza güvənin və...
esse
İnanmaq hissini özündə yaratmaq da, ətrafındakıların
sənə olan etibarını qazanmaq da çətindir. Özünəinam anadangəlmə xüsusiyyət,
bacarıq deyil. İnam ağlımızdakına sahib olmağa
qərar verdiyimiz vaxt qəlbimizdə, ruhumuzda yaranan əzmkarlıqdır.
Çətini həyatda nə istədiyimizi bilmək və qarşımıza çıxan hər çətinliyi səbrlə
yenməkdir.
Maneələrlə qarşılaşdığınızda diqqətli, ayıq-sayıq olmağınızın səbəbi də özünəinamdır. Rəqib və bədxahlarınız sizdən emosional qərar, düşünülməmiş addım gözlədiyi zaman sizin səbrli və soyuqqanlı yanaşmanız onları məyus edəcək. Və siz gülüb keçəcəksiniz... Özünəinam insana güc verir, enerjisini artırır və daha çox səy göstərməyə təşviq edir.
Zamanla həyatınızda yeni qapılar açılacaq. Qapıların sayı get-gedə o qədər çoxalacaq ki, bəzən qapıları özünüzün seçmək kimi şanslarınız olacaq. Getdikcə hadisələrə baxış tərziniz tamamilə dəyişəcək. Özünüzə inam özünüzə sevgi yaradacaq. Qüsurlarınızı dərd etməyəcəksiniz. Özünüzü olduğunuz kimi qəbul edib gücünüzə güvənəcəksiniz. Qüsurlarınızı örtəcək, xasiyyətlərinizi qabardacaqsınız. Cəsarətə gəlib, "bəli, mənim qüsurlarım olsa da, onlardan daha üstün bacarıqlarım da var" - deyəcəksiniz. O zaman sizin dürüstlüyünüz və özünəinamınız, bəlkə də, həyatdakı çevrilişinizin başlanğıcı olacaq. Özünəinamın yaratdığı auradan özünüz də zövq alıb, daha da güclənəcəksiniz. Özünüzü buludların arasında hiss edəcəksiniz. O qədər xoşbəxt olacaqsınız ki, gülüşünüzlə ətrafınıza xoş enerji paylayacaqsınız. İnsanlarada özgüvənlik yaradacaqsınız.
Professor Sophie Scott gülüş barədə daima maraqlı məlumatlar paylaşır. Onun araşdırmaları arasındakı bir məqam məni daha çox cəlb edib. Sən demə, siçovullar, şimpanzelər, itlər
də gülür. Onlar şadlıqlarını nümayiş etdirmək və dostluq yaratmaq üçün gülürlər. Düşünün,
əgər gülüş
onların da işinə yarıyırsa,
niyə bizim təbəssüm və gülüşlərimiz sevgilər,
dostluqlar yaratmasın?!
Bəlkə də, avtobusda, metroda, yoldan keçəndə qarşılaşdığınız
insanlara bağışladığınız
xoş aura, gözlərinizdəki
balaca qıyıq, dodağınızdakı təbəssüm
onların həyatlarını
dəyişəcək, yaralarına
məlhəm olacaq?! Bunu İlahinin
göndərdiyi bir işarə kimi qəbul edəcəklər.
Ağıllarında düşünüb, cavab tapmağa çəkinənlər təbəssümünüzdəki
işarədə bir çıxış yolu tapacaqlar. Gülüş, təbəssüm uğur qazanmağın açarı, neqativləri
əzməyin ən yaxşı yoludur.
Həyatda həmişə uğur əldə etmirik, olur ki, ciddi
problemlərimiz yaranır,
bəzən işimizi,
sağlamlığımızı itiririk, ailəmizdə, ətrafımızda kədərli
anlar yaşayırıq. Amma bir gün hər
şeyi yenidən qura biləcəyin o hiss və inam səni
ayaqda tutur. Bu zaman beyninizdəki
müsbət emosiyalara
yollar açın, meydan verin, keçmişdəki
inamınızı yenidən
qaytarın və daha əzmkarlığınıza
əngəl olanlara fikir verməyin.
Uğuru və məmnunluğu yenidən necə tapa bilərəmmi? - Bu sualı
özünüzə dəfələrlə
verməkdən çəknməyin
və onun cavabını axtarın.
Anlayın ki, insan hansısa məqsədinə
çatmaq üçün
müəyyən mərhələlərdən
keçməlidir...
Özünüzə olan güvən duyğusuna nələrin təsir etdiyini doğru təhlil edin. Həvəsdən düşməyin. Bəlkə,
başqa insanların sizin sahib olmadığınız
bacarıqları var. Amma
Siz də böyük ehtimalla onlarda olmayan keyfiyyətlərə maliksiniz.
Bu keyfiyyətləri axtarın, kəşf edin, inanın. İnsanı
ayaqda saxlayan, güc verən inamıdır.
İnsanın ən məğlub günü özünə
inamının itirdiyi
gündür. Bu, ata-ana, dost, bacı, sevgi itkisinə bənzəmir.
Çünki sən özünü itirirsən...
İnamınızın zəiflədiyi
məqamlarda edə biləcəyiniz ilk iş, heç
kimin mükəmməl
olmadığını qəbul
etməkdir. Bu zaman tək ümid yeriniz yenə də dodaqlarınız olsun!
Gülümsəyin, xanımlar və cənablar! Sizin olan dodaqlarınıza güvənin və... gülümsəyin. Pessimist
olmaq çətin deyil. Çətin olan, dəli
bir fırtınadan sonra göyqurşağı
kimi gülümsəyə
bilməkdir.
İnam gülüşlərdən
yaranır, inamı gülüşlər yaradır...
Günel YAZ
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.24.