“Piano dillərində rəqs edənlər”in söhbətləri bir kitabda   

 

 

Türkiyəli yazıçı jurnalist Murat Bayerin “Piano dillərində rəqs edənlərkitabıUlduznəşriyyatında işıq üzü görüb.

Kitab Türkiyənin dünya miqyasında məşhur pianoçu bəstəkarlarının gündəlik həyatlarından sənət anlayışlarına qədər uzanan müsahibələrindən ibarətdir.

Türk dünyasının beynəlxalq arenadakı böyük bəstəkarı İlhan UsmanbaşınSəs fabrikasıadlı yazısıyla başlayan kitabda Türkiyənin dəyərli musiqiçilərindən Fahir Atakoğlu, Hüseyin Sermet, Kərəm Görsev pianoçu bacı-qardaşlar Ufuk-Bahar Dördüncülərin uşaqlıq yaşlarından başlayaraq, dünyagörüşlərinə, dünyagörüşlərinin sənətlə qovuşduğu nöqtələrə, cazın klassik musiqinin nəzəriyyəsindən gündəlik təcrübənin içində musiqinin həyatlarındakı yerinə qədər diqqət çəkən məqamlar yer alıb. Müsahibələrə sənətçilərin şəxsi arxivlərindən alınmış özəl həyatlarına aid fotolar da rəng qatır.

Fahir Atakoğlu, Hüseyin Sermet, Kərəm Görsev, Ufuk-Bahar Dördüncülərlə olan müsahibələrdə Türkiyənin pop caz musiqisinin tarixi inkişafına da toxunulur. Eyni zamanda sənətin məsuliyyət elmlə inkişafı haqqındakı fikirlər gənclərə yol göstərəcək tərzdədir. 

Aysun Aslan, Cihan Okan, Çağlar Yılmazkul, Fatih Ahıskalı, Fuat Güner, Hüseyin Sermet, İvan Fedele, Mustafa Zəki Boztüy, Orxan Topçuoğlu, Ömər Ahunbay, Özər Arkun, Özkan Uğur, Rengim Gökmən, Sezən Aksu, Sərhan Yasdıman, Sinan Sungar da özlərinin dəyərli fikirlərilə kitabda yer alıblar.

“Piano dillərində rəqs edənlərkitabı oxucuya ciddi dünya səviyyəli sənətçi olmağın qədər çətin yollardan keçərək, fədakarlıqlar hesabına gerçəkləşdiyini göstərir.

Kitabın imza mərasimi sentyabrın 14-də İstanbulda keçirilib. Mərasim Avstriya Səfirliyində Avstriya Liseylilər Vəqfi Musiqi Sənət Festivalı çərçivəsində Kərəm Görsev Trionun konsertindən sonra gerçəkləşib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.23.