Xalq
Yazıçısı Kamal Abdulla Yaradıcılıq fakültəsinin tələbələrinə
mühazirə oxuyub
Azərbaycan Dillər Universitetində
(ADU) Yaradıcılıq fakültəsinin
1-ci kurs tələbələri
ilə görüş
keçirilib.
Təhsil
ocağının rektoru,
akademik, Xalq yazıçısı Kamal
Abdulla fakültənin yaradılmasının
məqsədindən danışıb
və qeyd edib ki, Yaradıcılıq
fakültəsi ədəbiyyat,
fəlsəfə və
digər incəsənət
sahələrinin daha dərindən mənimsənilməsi
üçün tələbələrə
yeni imkanlar yaradacaq.
Rektorun sözlərinə görə,
ədəbi prosesləri
və ədəbi istiqamətləri yaxından
izləmək, yeni ədəbi hadisələrin
təhlilini aparmaq, yaradıcılıq imkanlarını
artırmaq məhz ədəbiyyatla yaxından
əlaqəsi olan və bu işlə
ciddi şəkildə
məşğul olanlar
üçün ilkin
və vacib şərtlərdəndir: "Yaradıcılıq
insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir
ki, bu fəaliyyətin
nəticəsində elm, incəsənət,
texnika sahəsində
yeni əsərlər
meydana gəlir. Yaradıcılıq prosesində insanın
bütün psixi prosesləri, onun duyğu, qavrayış, hafizə, təfəkkür
və təxəyyülü
iştirak edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində
təxəyyülün rolu
daha qabarıq şəkildə özünü
göstərir. Xüsusilə bədii yaradıcılıqda
təxəyyül müstəsna
dərəcədə əhəmiyyətə
malikdir. Hər bir
ədəbi-bədii əsər
ideya-məzmuna malik olur. Sənətkar yazıçı
bu ideyanı elmi əsərlərdəkindən
fərqli olaraq, konkret obrazların vasitəsilə əks etdirir. Ədəbi-bədii
yaradıcılıqda mühüm
rol oynayan təxəyyülün gücü
onda ifadə edilmir ki, sənətkar
həyati reallıqdan
daha çox uzaq olan obrazlar
yarada bilsin, əksinə, yazıçının,
rəssamın təxəyyülünün
gücü onda ifadə edilir ki, onlar özlərinin
həyati qavrayışlarını
həyatın tələblərinə,
özünün ideyasına
uyğun bir şəkildə elə dəyişdirir, birləşdirir,
yenidən işləyir
ki, tamamilə yeni, əyani obrazlar yarada bilirlər".
K.Abdulla
tələbələrə bilik və bacarıqlarından
düzgün şəkildə
istifadə etmək və dünyagörüşlərinin
zənginləşməsi üçün
çoxlu mütaliənin
vacibliyindən də danışıb:
"Kitabın cəmiyyət
üçün faydası
böyükdür. Bu faydanı biz gündəlik
həyatımızda, işimizdə
görürük. Ona görə
də ədəbiyyat
adamı olmaq istəyən hər kəs çoxlu kitab oxumalıdır.
Davamlı şəkildə, sistemli şəkildə oxumaq həm doğru, həm də asan yoldur".
Qədim Yunan mifologiyasından, ilkin dünyagörüşü
formalarından, fəlsəfi
qaynaqlardan söz açan rektor, tələbələrə bu
mövzuda mühazirə
oxuyub.
Qeyd edək
ki, Xalq yazıçısı, akademik
Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan və böyük marağa səbəb olan Yaradıcılıq fakültəsi qısa fasilədən sonra yenidən, daha təkmilləşmiş formada
təşkil olunub.
Fakültədə dərslər həftədə
4 dəfə olmaqla 4 akademik
saat təşkil edir.
Tələbələrə xarici
dil (ingilis, rus), Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, mədəniyyətşünaslıq,
mifologiya, fəlsəfə və s. fənlər keçiləcək, eyni zamanda, yazmaq
sənəti ilə bağlı ustad dərsləri,
praktiki məşğələlər,
tanınmış imza sahibləri ilə
görüşlər, müxtəlif sənət mərkəzlərinə
ekspedisiyalar təşkil ediləcək.
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.12.