Özbəkistanda Qənirə Paşayevanın kitabının təqdimatı olub

 

 

Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar İttifaqının Namanqan şöbəsi, "Kitob dunyasi" qəzeti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın özbək dilində çap olunmuş " qapını" kitabının təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıdan gələn qonaqlar, Namanqan şəhərinin mədəniyyət incəsənət xadimləri, şair yazıçılar, poeziya həvəskarları, jurnalistlər iştirak ediblər.

Tədbirdə Özbəkistanın Azərbaycanın şair yazıçılarının dostluğundan danışılıb, Qənirə Paşayevanın kitabındakı şeirlərin gözəl poeziya nümunələri olduğu qeyd edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi gördüyü işlərdən danışıb. O deyib ki, Q.Paşayeva deputat seçilməmişdən əvvəl jurnalist kimi fəaliyyət göstərib.

"Kitob dunyasi" qəzetinin baş redaktoru, şair Xasiyyət Rüstəm Qənirə Paşayeva ilə uzun illərdir ki, dostluq etdiyini söyləyib, onu gözəl dost, incə ürəkli şair kimi xarakterizə edib, kitab üzərindəki işindən danışıb.

Qənirə Paşayeva kitabın çapına görə təşəkkür edib, xalqlarımızın dost, qardaş olduğunu bildirib. Deputat şair yazıçılarımızın dostluğundan da söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. O deyib ki, Özbəkistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin haqlı mövqeyini hər zaman müdafiə edib.

Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı "Hədəf" liseyinin direktoru Şamil Əliyev ədəbiyyat mədəniyyət xadimlərinin, şair yazıçıların daha yaxından əlaqələr qurmasını arzulayıblar.

Sonra Qənirə Paşayevanın şeirlərinə yazılmış mahnılar səsləndirilib, qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Kitob dunyasi" qəzetində Qənirə Paşayevanın şeirləri çap olunub. Şeirlərin içərisində müəllifin Özbəkistanda populyar olan "Ana" şeiri var. Şeirləri Azərbaycan dilindən özbək dilinə Xasiyyət Rüstəm tərcümə edib.

Qəzetdə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin məqaləsi də dərc olunub. Məqalədə Azərbaycan-Özbəkistan dostluğundan bəhs edilir. Həmçinin, "525-ci qəzet" haqqında məlumat verilir.

 

525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.12.