Bütün günəşlərimin ölüm çağında
1979-cu ildə Təbrizdə milli ruhlu bir ailədə dünyaya gəlib. Təbriz şəhərində ibtidai, orta və ali təhsil alıb. Süleyman Cəfərli hər 3 üslubda - əruz, heca vəznlərində və sərbəst formada şeirlər yazır.
Şəhərim...
Barışa bilmədim sənlə bir təhər,
Halbuki ərköyün balandım sənin.
Yoxsa sən! Anlaya bilmədin
dərdimi mənim.
De görüm, çoxmuydu səndən istəyim?
Biraz ay işığı, bir kərpic divar
Səslənəm üstündə haraylarımı
Qırmızı boyayla bir ulduz çəkib,
Onunla sayrışam kim
olduğumu.
De görüm, çoxmuydu
səndən istəyim?
Sən qucaq açarkən hər gələninə,
Bir qarış
divarı çox gördün mənə.
De görüm, mən
sənə ögey oğuldum?
Bəlkə də mən səndə doğulmamışam?
Bu barıt qoxulu soxaqlarında
Yaşamaq adına boy atmamışam.
Barışa bilmədim sənlə
bir təhər,
Gedirəm, rahat qal, ay qoca
şəhər.
Baş atıb yatginən sən bu yazı
da,
Tərpənmə amandır, yuxun
kal olar!
Qoynuna basdığın kimliksizlərin
Sən oyandığında
uykusuz qalar.
Gedirəm...
Nə olar unutma ancaq!
İstəyim bir kərpic divardı səndən.
Qaranlıq sokaqda, ay işığında
Yaslanıb qoynuna başımı qoyam.
Polisdən, bəkçidən qorxum olmadan
Çəkdiyim ulduzun yanında yatam.
Nə olar çox görmə barı
sən şəhər!
Ölüm bildirişimə bir
qarış divar
Bir neçə
saatlıq borc alım səndən.
Xətrim
olursa yanında sənin
Bu qədər bəsimdir,
qoca şəhərim.
Gözlərin kimi
Bir az bulud,
bir az yağmur,
Səsi yaşlı olur, gözlərin kimi.
Əsmər bir gəlindir gecə,
muncuq düzmüş
tellərinə
qonaq gəlib şəhərimə...
sənsən, mənəm,
bir də bəy durmaq istəyən bu şəhər...
sən tellərinə ulduz düzmüsən,
gözlərinə yağmur,
mən içi dolu kaldırım, içi dolu küçə,
içi dolu ev-evcik,
içi dolu Təbriz bir şəhərəm...
Sən bütün günəşlərimin
ölüm çağında
içimə dolursan.
Mən bir qurtum yağmurun
yanğısı,
Ürəyimdə aysız gecələrin
qorxusu
Saxta işıqlardan doğulmuş
kölgələrə səslənirəm:
"Əl dəyməyin
gecəmizə!"
Gecə
mənim, gecə sənin,
biz gecənin
Burax yatsın kölgələrin
günəş bildikləri
gəlin...
Ayrılıq yükü
Yenə
axşamladı bu dəli şəhər,
Yenə də ayrılıq saatı çatdı.
Yenə
də sevgimin sarı günəşi,
Qaralan qaşların
altında batdı.
Yenə
də ayrılıq, yenə də özləm,
Yenə önümüzdə dayandı
axşam.
Yenə
də saatlar ayırdı bizi,
İçimdən gəlmədi, mən sağollaşam.
Yenə
də süzüldü
durna gözləri,
Hələlik deyərək uzandı qollar.
Yenə
uzaqlaşdıq istər-istəməz,
Yenə
də taksılar, yenə də yollar...
Yenə
qəhərlənib doldu
boğazı,
Yenə gözlərinə calandı
dəniz.
Yenə
də dil-dodaq tuta-tutmaya
Görüşmək üzərə!
- dedik ikimiz.
Yenə
sevgi bilməz, tozlu sokaqlar,
Yenə
də qara qum, yenə
kaldırım...
Yenə
də qalmışam sənsiz bu axşam, -
Ayrılıq yükünü necə qaldırım?
Aylı qız
Bu gün səhər, bütün xəbər verlişləri
Sizə yalan söylədilər.
Bir mən bildim, bir bu şəhər,
Dünən gecə,
Qar yağmadı!
Dünən gecə,
şəhərin batı
bölgəsində Aylı
bir qız,
Ağlayırdı ulduz-ulduz,
Yatmışdız, sizlər hamınız.
Bir mən idim,
bir bu Təbriz, bir də o qız,
Ağlayırdı ulduz-ulduz...
İllər öncədə, o yabancı
söyçü
Sizə
yalan söyləmişdi,
-
"To be
or not to be"...
Heç də sorun deyildi
bu.
Bütün sorun,
Ulduzların axmasında,
Bütün sorun,
Aylı
qızın ulduz dolu dünyasında...
Aylı
qızın, ay-ulduzlu
dünyası var,
Dünyasında heç nəsi
var,
Heç
nəsində hər nəsi var,
Bir köçəri
durnası var.
Tələsiri uçub qaça,
Gözlərini yolda qoya,
Aylı
qıza, gələcəyə
bir yol aça
Tələsirdi, qanadları
yara dolu, aylı durna...
Yarın
səhər
Bütün kitablarda
yalan yazacaq bu şəhər.
Aylı
qızla, durnasından,
Kaldırımlarsa, ağ-ağ parlayacaqlar
Aylı qızın ulduz-ulduz
göz yaşlarından...
Süleyman
CƏFƏRLİ
525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.15.