Tüdorların uğurları və bədbəxtliklər
seriyası
(Əvvəli ötən şənbə sayımızda)
1516-cı
ilin yazı
Marqaret İngiltərədə,
cənuba tərəf
yolda olanda Katerinadan məktub gəldi ki, onun yeni körpəsi,
- bu qız uşağı olmaqla Mariya adlandı, - böyüyüb və möhkəmlənir. Meri isə oğlan
uşağı doğmuşdu,
o, təhlükədən kənar
idi. Plantagenetlər öz adlarında
olan alaq otu kimi çiçəklənirdilər.
Kompton vintetlərində,
nəhayət, qapı
açıldı və
Harri içəri girdi. O, çox dəyişmişdi.
Marqaret oğlunu yuxarı qaldırdı ki, burada kişi vardır. O, çox uzun idi, Arçibalddan da uzun idi.
Marqaret dedi: "Harri", - sonra onun kral olduğunu
yada salıb dedi: "Alihəzrət".
O, hərarətlə "Marqaret.
Bacı", - dedi. Onu yuxarı qaldırıb, hər iki yanağından
öpdü. "Sən harada olsan, mən onu biləcəyəm".
Marqaret dedi: "Mən şadam ki, sən məni
tanıdın". Onlar gəzməyə
başladılar. "Marqaret, mən fəxr edirəm ki, iki gözəl
bacısı olan bir adamam". Marqaret onun qızını
soruşdu və qardaşı dedi ki, o, sağlamdır.
"Əlbəttə, biz əvvəlcə oğlan
istəyirdik və şübhə etmirik ki, tezliklə biz onun yanında kiçik qardaşına malik olacağıq".
Marqaret kraliçanı soruşdu
və öyrəndi ki, o, artıq saraya qayıtmışdır.
Harri dedi: "Biz sənin gəlişini, qızımın və Merinin oğlunun anadan olmasını bayram edəcəyik". Marqaret dedi: "Arçibald Şotlandiyada
qaldı. Bu, onun
borcudur. O, hiss etdi
ki, orada qalmalıdır". Əri
vaxtilə ona demişdi: "Şotlanda
bənzər xanımsan".
Lakin o, arvadını təhlükədə
qoyub, onu tərk etmişdi.
Raynard qəsrində Katerina Marqaretə qızılla hörülmüş baş örtüyü, paltarlar və paltar üçün daha çox zəngin material göndərmişdi. Sonra, nəhayət, özü gəlib çıxdı. Qapı açıldı və Marqaret ayağa durub irəli yeridi ki, onu salamlasın. O, indi İngiltərə kraliçası idi, Marqaret isə Şotlandiyanın sürgün edilmiş kraliçası idi. Marqaret ona diqqətlə baxdı və hətta bərkdən gülə bilərdi. O, beş hamiləlikdən sonra kökəlməyə başlamışdı. Katerina ona dedi: "Sən yaxşı görünürsən. Özü də dözdüyün bir belə hadisədən sonra". Marqaret: "Sən də həmçinin", bu sözləri deməklə o, yalan danışırdı. Axırıncı dəfə onu görəndə, o, gənc dul qadın idi. Bütün şəhadətlərin əksinə, Marqaretin atasının onun Harriyə ərə getməsinə icazə verəcəyinə ümid bəsləyirdi.
Onlar yaxşı dostlar olmuşdular. Marqaret bilirdi ki, Katerina onu görməyindən vicdan əzabı çəkir. Katerina əlavə etdi ki, "Bu sərhəd müharibələri həmişə qəddar olur. Qonşular vuruşanda. Lord Dakre bunu mənə demişdi". "Mənim ərimin cəsədini tanıyanda da bu baş vermişdi". Katerina pıçıldadı: "Çox kədərlidir, mən çox peşmanam. Bağışla məni". Onun pozasının yanında Marqaretin səfeh və kobud göründüyünü anlayırdı. Marqaret də heç vaxt düşünə bilməzdi ki, Katerina öz kraliçalığına belə şəkildə yüksələcəkdir. Onun əlinin içi isti idi. Kiçik barmaqlarındakı üzüklər isə ağır idi.
Marqaret soruşdu ki, qardaşım sənin məsləhətinə qulaq asırmı? Katerinanın sifətindən kölgə keçdi. "O, istədikdə asır. Lakin Tomas Uolsi son vaxtlar çox güclənmişdir. O, bütün məsələlərdə krala məsləhət verir. O, lord-kanslerdir, çox qabiliyyətlidir, həqiqətən də bacarıqlı adamdır. Lakin daim kralın nə istədiyini necə etmək barədə düşünür". Marqaret dedi: "Axı o, kraldır".
Yeni Tüdor körpəsi, VIII Henrinin və Katerinanın ilk printsessası Mariya (Meri) öz dayəsinin qucağında idi. Katerina onu yaxında saxlayardı və daim onu müşahidə edirdi. Marqaretin qızı kiçik Marqaret yenidən Mariyanı gördü, axı bu qız onun əziz kiçik bacısı idi, onu görmək üçün özünün əyalətdəki evindən gəlmişdi. Onlar çox mehriban görüşdülər.
Marqaret Harrini sülhə inandır
maq üçün İngiltərəyə gələn şotland lordları ilə görüşməli idi. Onlar kraldan xahiş edəcəkdilər ki, bacısını sürgündə saxlasın.
1516-cı ilin payızı
Harri istəyirdi ki, şotlandlar ilə Marqaret Şotlandiya krallarının London sarayında görüşsünlər. Londondakı şotland sarayının tac otağına girənlər bir anlığa da olsa, Marqaretin böyük kraliça olduğuna şübhə etməməli idilər.
Marqaret onlarla sakit danışdı, regent kimi o, Şotlandiyadakı bütün torpaqlarından renta almalı idi. Ona bu torpaqları Şotlandiya kralı olan ərinin özü vermişdi.
Şotlandlar sakit, nəzakətli qaydada dedilər ki, o, qayıtmağa və hökmranlıq etməyə ümid bəsləyə bilməz. Marqaretə görə, onlar Olbanini onun yerinə qoymaqla səhv etmişdilər. Onun qardaşı da öz qapısında fransız ordusunun olmasına tolerantlıq göstərməyəcəkdir. O, Marqaretin təhlükəsiz dəyişilməsini təkid edirdi. Həm də bu üç şotland hersoqunun yalan danışdığını da bilirdi.
1516-cı ilin payızı
Tomas Uolsi artıq "onların" kim olduğunu bilirdi. Londondakı Lambet sarayında Marqaret ona dedi: "Onlar mənim daş-qaşlarımı göndərəcəklər. Onları tutmaqda səhv etmirlər. Hər şeyi mənə göndərməlidirlər, paltarlarımı da həmçinin".
Uolsi bu sözlərə güldü. "Sən bacarıqlı diplomatsan, Əlahəzrət". Marqaret gözləyirdi ki, rentanı da ödəyəcəklər. Əlavə etdi ki, onlar ödəyəcəklərini dedilər.
Uolsi Marqareti Londondakı Şotland sarayında şotland lordları ilə bağlanan razılaşmaya görə təbrik etdi. "Sən evinə təhlükəsiz dönə bilərsən, sən həm də regent kimi ölkəni idarə edə bilərsən. Bu, zəfərdir, Əlahəzrət. Mənə çox təsir etmişdir". O, Marqaretin əri barədə danışanda qadın cavab verdi ki, "O, mənim ərimdir. Mənə görə vuruşmalıdr. O, mənimlə İngiltərəyə gəlmədi ki, vuruşunu davam etdirsin. İndi də o, mənə görə vuruşacaqdır". Uolsi dedi ki, "Sən hər şeyə yenidən baxmalısan".
Marqaret inanmırdı ki, Arçibald ona deməmişdən təslim olacaqdır.
1517-ci ilin yayı
Onlar Şotlandiyada, Edinburqun Holiruudhauz sarayında görüşdülər. Arçibald arvadı olmayan vaxt böyük iş görmüşdü: təkcə Olbani hersoqu ilə arvadının sərbəstliyi barədə danışıq aparmamışdı, həm də öz torpaqlarını, var-dövlətini bərpa etmişdi. Marqaretin oğluna isə mühafizəçilər seçə bilmişdi.
Arçibaldla Marqaret görüşəndə qadın onun qarşısında çılpaq dayanmışdı. Ard qolları ilə onun döşlərini və qarnını qucaqlamışdı. Qəflətən Marqaret dəhşətli qaydada utandı, oğlu olandan sonra o, heç vaxt ərinin qarşısında lüt dayanmamışdı. İndi isə ərinin bütün arzuları Marqaretə də aid idi.
Ər-arvad yataqda olanda arvadı ondan soruşdu: "Burada sənin barəndə şayiə gəzir". "Böyük adamlar barədə həmişə şayiə gəzir". Hətta bir saat davam edən sevgi prosesindən sonra arvadı istədi ki, qalxıb ona nəzər yetirsin, çarpayıda ona tərəf süründü və onun boğazının başlandığı yerdən öpdükdə, nəbzinin sürətlə vurduğunu hiss etdi, dedi ki, axı biz nahara getməliyik, çünki hamı bizi gözləyəcəkdir. "Qoy onlar gözləsinlər", - deyə arvadının üstündəki mələfəni atdı. Sonra qulağından aşağı, boynunu öpdü. Arvadının çılpaq bədənini qucaqladı, bu, ona xüsusi ləzzət verirdi. "Şayiələrə də inanma, mənə inan". Və sevgi prosesinin kulminasiyasında nəfəsini çəkib dedi: "Hə, hə, hə"
Marqaret beş yaşlı oğlu Ceymsi iki il idi ki, görməmişdi. Edinburqdakı Qremmillar qəsrində oğlunu qucağına oturdub, onunla üz-üzə dayandı: "Mən sənin ananam. Səni çox sevirəm. Hər gün səndən ötrü darıxırdım, Hər gecə sənin barəndə dua edirdim".
Arçibaldla yenidən görüşəndə isə əri Marqaretin əlini əllərinə alıb dedi: "Bu, mənim məhəbbətimdir. Mənə inan, hər şey yaxşı olacaqdır". Arvadı ona tərəf əyildi: "Lakin Ard, mən səni tərk edəndə, onun kiçik qardaşı var idi". Arçibald dedi: "Bilirəm. Ən azı, indiyədək bizim Ceymsimiz vardır. Və biz ona digər bir balaca qardaş yarada bilərik". "Sən uşaq istəyirsənmi?" O dedi: "Nəhayət. Və o, Tantalloda ən dəbdəbəli şəraitdə doğulacaqdır". Marqaret dedi: "Mən körpə Marqaret üçün çox qorxurdum". "Mən bilirəm. Yəqin, ona görə çox qorxduğundan, yəqin ki, o da öldü. İzah və ya bağışlanmaq üçün heç bir əsas yoxdur. Mən çox söz eşitmişəm".
Meri bacısına yazırdı ki, "Eşitmişəm, sən yenə ərinləsən və mən ümid edirəm ki, sən xoşbəxt olacaqsan".
1517-ci ilin payızı
Şotlandiyadakı Nyuark qəsrində şevalye (rıtsar, cəngavər) Arçibald əleyhinə Marqaretə bəzi şeylər söylədi.
Ard düz deyirdi ki, bütün böyük adamlar böhtan subyektidirlər.
Ceymsi anası ilə yaşamağa buraxmışdılar ki, o, Edinburq qəsrində qalmaqla daha təhlükəsiz olacaqdır. Anası düşünürdü ki, "Əgər sürgündə olacaqsa, nə vaxtsa o, taxt-tacı əlinə keçirə bilərmi?" Şotlandiya onların qarşısında şadlıq üçün hazırlanan bayram stolu kimi uzanırdı. Tomas Dakre yazıb, Marqaretə məsləhət görürdü ki, regentlik üçün o, öz şansını ələ keçirməlidir.
Sonra Marqaret bərk xəstələndi. Marqaret xəstəlikdən ayılanda Arçibald ova getmişdi, lakin arvadına bir düjün məhəbbət mesajı göndərmişdi.
Marqaret fikirləşirdi ki, Harri, güman ki, onun arxasında Şura ilə müqavilə bağlamayacaqdır: "O, məni sevir, heç vaxt məni tərk etməyəcəkdir. O, söz verib. O, məni bura göndərəndə vəd verdi".
Arçibald dedi: "O, səni tərk etmişdir. İndi nəticəni görəcəksən". Marqaret dedi: "Sən özün məni tərk etmisən. Mən Canet Styuart barədə hər şeyi bilirəm. Sən bunu təsəvvür edə bilməzsən".
Canet Styuart Nyuark qəsrində Marqaret gələndən bir gün əvvəl oranı yaxşı arvad kimi əri üçün təmizləyib tərk etmişdi. Marqaret İngiltərədə olanda Arçibald Canetlə yaxınlaşmışdı.
"Sən onun haqqında heç nə bilmirsən". Marqaret qəzəbdə dedi: "O, fahişədir. Fahişəni necə təsəvvür etmək olar?" "Mən sənə icazə vermirəm ki, onun haqqında belə danışasan. Kraliça kimi də hərəkət et". "Mən sənin arvadınam. Mən onun haqqında heç vaxt eşitmək də istəmirəm".
1518-ci ilin yayında isə Meri yazırdı ki, Katerina yenidən hamilədir. "Uşaq Milad bayramı mövsümündə dünyaya gələcəkdir. Bu il biz Miladı qeyd edəndə, yeni Tüdor kral öz beşiyində olacaqdır". Lakin bu, baş vermədi.
1519-cu ilin yazı
Bu vaxt Merinin özü də hamilə idi. Allahın yolları, həqiqətən, sirlidir. Bunu Katerina yazırdı və əlavə edirdi ki, "Mən hiss edirəm ki, qüssədən hətta ölməyə hazıram".
Görünürdü ki, Meri kraliçaya Marqaretdən daha yaxşı bacıdır. Meri öz doğma bacısına isə yazırdı ki, "Burada bəzi çox qorxulu hadisələr baş vermişdir. Kraliçaya əziz olan kiçik ledi qız olan Bessi Blaunt sarayı tərk etmiş və sadəcə qeybə çəkilmişdir. Gənc qadın körpəyə malik olmuşdur və Meri, mən deməyə də kədərlənirəm, - onun körpəsi vardır və heç bir şübhə olmadan bu körpə Harrinin oğludur".
Marqaret Arçibaldın keçən ilin payızında ledi Canet Styuart ilə yaxınlığından təhqir olunmuşdu. Hətta süfrə arxasında da Canet onun arvadı kimi otururdu, körpə uşağını da Marqaretin icarəçilərinə göstərmişdi. Marqaret kilsədə dua edərkən pıçıldayırdı: "Ancaq, Ata, (o, rahibə belə müraciət edirdi), ərim nikah andlarını pozmuşdur. Hər bir kəs bunu bilir. O, artıq məni sevmir". Rahib ona dedi: "Əlahəzrət, siz özünüz onu qoyub qaçmışdınız. İngiltərəyə getmək üçün onu tərk etmişdiniz. Onu tərk etdiyinə görə o, səni bağışlamamışdı. İngiltərə kraliçası da tələb edir ki, onu qəbul edəsən, onu öz ərin kimi qəbul edəsən".
Marqaretin heç bir çıxış yolu yox idi. Katerinanın bacı kimi məsləhəti onun həyatını idarə
etməli idi. O, qardaşı arvadının
arzuladığı kimi
yaşayacaqdı. O, Harriyə,
həm də dünyaya nümayiş etdirməli idi ki, nikah pozulmamışdır
və ölənə
qədər də davam edəcəkdir. Bütün Tüdor nikahları qəbirə kimi davam etməli idi. Marqaret də bunun bir nümunəsinə çevrilməli idi.
Rahib ona bacılarından - Meri və Katerinadan
gələn məktubları
verdi. Meri ilk uşağını
doğduqdan sonra uzun müddət özünə gələ
bilməmişdi. Kral onun
yanına öz həkimini də göndərmişdi. Əri də
Meriya diqqətini əsirgəmirdi.
Katerinanın məktubu isə çox qısa idi. O yazırdı ki,
Marqaretin boşanmasından
ötəri heç bir səbəb yoxdur. Ceyms üçün yaxşı olardı ki, fahişə anaya malik olmaqdansa,
onun anası öz əri ilə bir yerdə
olsun. Ona görə də
ölmək biabır
olmaqdan daha yaxşıdır.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.22.