Şahvələd Xəlilovun 80 illik yubileyinə həsr olunan
elmi sessiya keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi və akademik Həsən Əliyev adına Coğrafiya
İnstitutunun Elmi Şurasının birgə
iclası keçirilib.
Gündəlikdə yer alan əsas
məsələ tanınmış
coğrafiyaçı alim,
AMEA-nın müxbir üzvü Şahvələd
Xəlilovun anadan olmasının 80 illiyinə
həsr edilən elmi sessiya olub.
Tədbiri giriş sözü
ilə açan Yer Elmləri Bölməsinin akademik-katibi,
akademik Fəxrəddin
görkəmli alim Şahvələd Xəlilovun
həyat və elmi fəaliyyətindən
danışan akademik Fəxrəddin Qədirov onun ölkəmizdə göllərin və su anbarlarının tədqiqində əvəzsiz
xidmətləri olduğunu
vurğulayıb.
Qeyd edib ki, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş
Ş.Xəlilov Azərbaycan
Elmlər Akademiyasının
Coğrafiya İnstitutunda
laboratoriya müdiri, Ekocoğrafiya şöbəsinin
rəhbəri, elmi işlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb.
Ş.Xəlilov 1978-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinin katibi olub, Bakı Şəhər Sovetinin deputatı seçilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra alimin Yeni
Azərbaycan Partiyası
Yasamal rayon təşkilatının
əsas təşkilatçılarından
biri olduğunu, rayon təşkilatı sədrinin
birinci müavini seçildiyini, eləcə
də Prezident yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü
kimi fəaliyyət göstərdiyini bildirib.
Görkəmli alimin tədqiqatlarından,
əldə etdiyi elmi nəticələrdən
hər zaman geniş istifadə olunduğunu deyən F.Qədirov onun xatirəsinin daim yaddaşlarda yaşayacağını
bildirib.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov isə bildirib ki, görkəmli
alimin elmi fəaliyyətinin əsas
istiqamətləri Azərbaycanın
su anbarları və göllərinin hidroloji xüsusiyyətləri,
su anbarlarının lillənməsi və sahillərinin dinamikası,
su təsərrüfatı
tədbirlərinin tədqiqidir.
Digər
çxış edənlər
də Ş.Xəlilovun
həyat və elmi fəaliyyətindən
danışaraq görkəmli
alimin ölkədə
göllərin və su anbarlarının tədqiqindəki xidmətlərinin
əvəzsiz olduğunu
bildiriblər.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.9.