"Türk ədəbiyyatı"nın
yeni sayı akademik İsa Həbibbəyliyə həsr edilib
"Türk ədəbiyyatı"
aylıq fikir və sənət dərgisinin bugünlərdə
işıq üzü
görən yeni sayı millət vəkili, AMEA-nın vitse-prezidenti, N.Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin 70 yaşına
həsr olunub.
Dərgidə müxtəlif ölkələrdən
olan ədəbiyyatşünasların,
yazarların İsa Həbibbəyli şəxsiyyəti
haqqındakı fikirləri,
geniş məqalələri
dərc olunub.
Yavuz Akpınar "İsa Həbibbəyli: 70 yaşın
astanasında", Rəşad
Məcid "İsa Həbibbəyli haqqında",
Mişel Bozdəmir
"Avropadan baxanda İsa Həbibbəyli",
Orxan Ars "Eşq, elm və bir alim", Pərvin Nurəliyeva
"Ədəbiyyatımızın parlaq ulduzu: İsa Həbibbəyli"
(tərcümə: İmdat
Avşar), Rüstəm
Behrudi "İçində
işıq gəzdirən
ada, yaxud dərsdə Aristotel poetikasından danışan
müəllim: İsa
Həbibbəyli" məqalələriylə
akademikin yaradıcılığını,
emi fəaliyyətini və ədəbi xidmətlərini şərh
ediblər.
Eləcə də Daniya Zagidullina "Taleyin hökmdarı və elmin aşiqi" (tərcümə: Sərdar
Acar), Əzi Mirəhmədov "Qocaman
nəsillərin davamçısı",
Nizami Muradoğlu
"İnsanın taleyi",
professor Bəxtiyar Əliyev
"Böyük elm adamı,
qənaət öndəri
və siyasətçi:
İsa Həbibbəyli",
Bədirxan Əhmədli
"Akademik konkteksdə
İsa Həbibbəyli",
professor Darhan Kıdırali
"Türk dünyasının
İsa Həbibbəylisi"
(tərcümə: Əbdülqədir
Özkan), Abid Tahirli "Mirzə Cəlil irsinin davamçılarını axtararkən"
(tərcümə: Vüsalə
Musalı) məqalələriylə
Azərbaycanlı alimin
bədii və elmi portretini yaradıblar.
Dərgidə, həmçinin, İsa
Həbibbəylinin qələmindən
də nümunə
var. Onun burada yer alan
"Türk dünyası
ədəbiyyatlarının dövrlərə ayrılma
məsələsi və
inkişaf mərhələləri"
məqaləsini Türkiyə
türkcəsinə Həmzə
Öztürkçü çevirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.12.