Türk dünyasının İsa Həbibbəylisi  

 

 

Bizim akademik İsa Həbibbəyli ilə tanışlığımız əlamətdar bir vaxta, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Beynəlxalq Türk Akademiyasının yaradılması haqqında bağlı qərarın verildiyi tarixə təsadüf edir.

 

Əslində, bu, təsadüf deyildi. 2009-cu ilin qızıl payızı - qədim türk yurdu, İsa müəllimin dünyaya göz açdığı Naxçıvan torpağı Türk dünyasının böyük dövlət xadimlərini salamlayır, gələcək inteqrasiyanın təməllərinin atıldığı böyük Zirvəyə ev sahibliyi edirdi. Tarixə "Naxçıvan müqaviləsi" kimi düşən bu tarixi gün həm bizim türk dünyasının böyük oğullarından daha birini tanıyacağımız, dostlaşacağımız, qardaşlaşacağımız gün olacaqdı.

İsa müəllim həmin tarixi Zirvədə Azərbaycan tərəfindən iştirak edirdi. Bizim onunla bir neçə gün içindəki təmaslarımız, ünsiyyətimiz mənim üçün yeni bir dünya açdı - daxilində mənəvi, intellektual fiziki zənginliyi barındıran "İsa Həbibbəyli dünyası". Pozitiv siması, yüksək enerjisi, ardıcıllığı, qətiyyətli iradəsi ən əsası, gələcəyə - türk xalqlarının inteqrasiyasına dərin inamı ilə məndə əvəzsiz təəssürat oyatdı. Gənc yaşımda böyük alimdən öyrənə biləcəyim çox nəsnələr olduğunu düşündüm. Elə ilk görüşümüz bu düşüncə bizim əbədi dostluğumuzun, qardaşlığımızın təməlini atmış oldu.

Türk Şurasının Katibliyində çalışdığım dövrdə, sonra isə Türk Akademiyasına rəhbərlik etdiyim bu illər ərzində akademik İsa Həbibbəylinin türk dünyasının inteqrasiyasına, xalqlarımızın daha da yaxınlaşmasına dəstəyinin əyani şahidi oldum. Xüsusilə, təhsil elmi sahəsində onun bilavasitə təşəbbüsü dəstəyi ilə bir sıra layihələr həyata keçirildi. Sözün həqiqi mənasında İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasını Türk dünyasına açdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, çoxcildlik nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə akademik İsa Həbibbəylinin yaxından iştirakı ilə Türk Dünyası Elmlər Akademiyaları Birliyi yaradıldı. Eyni zamanda, İsa müəllim XVI əsrədək dövrü əhatə edən "Ortaq Türk Tarixi", "Ortaq Türk Ədəbiyyatı" "Türk Dünyası Coğrafiyası" dərsliklərinin konsepsiyasının hazırlanmasında Akademiyaya fəal dəstək nümayiş etdirdi.

O, Azərbaycanda türkoloji tədqiqatların, türk dünyası ilə bağlı bütün istiqamətlərdə aparılan araşdırmaların önündə gedir. Həm Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi türk dünyası ilə bağlı tədqiqatların koordinasiyasını həyata keçirir, birbaşa bu işə rəhbərlik edir, həm onlarla yeni alimin, tədqiqatçının bu istiqamətə yönlənməsinə, araşdımalar aparmasına dəstək göstərir. Bizim tanıdığımız tanımadığımız xeyli sayda gənc tədqiqatçı onun himayəsi altında türk dünyasını öyrənməklə məşğuldur.

Məhz onun sayəsində son illər ərzində Türk Akademiyasının Azərbaycanla əməkdaşlığı xeyli möhkəmlənib. Akademiya Bakı, Nur-Sultan, Ankara, Bişkek digər şəhərlərdə Bakı Türkoloji Konqresinin 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirib, türk dünyasının inkişafına böyük təsir göstərən Konqresin arxiv materialları sistemləşdirilmiş fundamental monoqrafiya şəklində dərc edilib.

Akademik İsa Həbibbəyli 2016-cı ildən başlayaraq hər il Beynəlxalq Türk Akademiyası tərəfindən Qazaxıstanın paytaxtında ənənəvi şəkildə təşkil olunan "Böyük Çöl" Beynəlxalq Humanitar Forumunun işində Azərbaycan tərəfindən bilavasitə iştirak edir yardım göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsaslanaraq, 2018-ci ildə keçirilən III Forumda "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi", 2019-cu ildə keçirilən IV Forumda isə "Nəsimi ili"nin böyük türkoloq Əhməd Ağaoğlunun 150 illik yubileylərinin ayrıca qeyd edilməsi onun hərtərəfli dəstəyi ilə gerçəkləşdirildi. Eyni zamanda, İmadəddin Nəsiminin şeirlərinin bir qismi qazax dilinə tərcümə olunaraq "Mən aləmə sığmazam" adı altında kitab şəklində çap edildi. BTA tərəfindən qazax dilində çap olunun "Türk dünyası ədəbiyyat antologiyaları" seriyasından ilki olan, 20 Azərbaycan klassikinin seçilmiş əsərlərinin yer aldığı "Azərbaycan ədəbiyyatı antologiyası" kitabına da ön sözü akademik İsa Həbibbəyli yazdı.

Türk xalqları ədəbiyyatının dövrləşdirmə konsepsiyası inkişaf mərhələlərini ilk dəfə elmi-nəzəri şəkildə akademik İsa Həbibbəyli müəyyən etdi. İsa müəllimin həmin aktual elmi problemi ilk dəfə Beynəlxalq Türk Akademiyasında elmi müzakirəyə çıxarması da olduqca qiymətlidir.

5 oktyabr 2015-ci ildə türk dünyası ölkələrinin Ədəbiyyat İnstitutlarının direktorlarının görkəmli ədəbiyyatşünaslarının iştirakı ilə keçirilən müzakirələr İsa Həbibbəylinin türk dünyası ədəbiyyatında əsrlərdən-əsrlərə gedən proseslərə dərindən bələd olduğunu nümayiş etdirib.

İsa Həbibbəyli şəxsiyyəti tanınmış ədib, alim, ədəbiyyatşünas, elm xadimiictimai xadim olmaqla yanaşı, ali insani keyfiyyətləri ilə örnək təşkil edir. O, qarşısındakı insanın kim olmasından asılı olmayaraq, ancaq yardım və dəstək haqqında düşünür. Təsadüfi deyil ki, bizimTürk dünyası ilə bağlı istənilən məsələdə Azərbaycanda müraciət etdiyimiz ilk ünvan məhz akademik İsa Həbibbəyli olur. Əminliklə deyə bilərəm ki, bu yalnız bizim deyil, bütün türkdilli ölkələr üçün keçərlidir. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Monqolustan, Rusiya, Avropa ölkələri və başqa məkanlarda, harada Türk dünyası ilə bağlı müzakirələr, konfranssimpoziumlar varsa, İsa müəllim mütləq ordadır.

Ömrünün xeyli hissəsini dövlət və ictimai işlərə sərf edən alimin çox məhsuldar elmi fəaliyyəti mövcuddur. İsa Həbibbəyli həm xarakteri etibarilə, həm də elmi yaradıcılıq konteksində Türk dünyasının qayğıları ilə yaşayan və fəaliyyət göstərən alimdir. Onun elmi yaradıcılığına diqqət yetirdikdə aydın hiss olunur ki, tədqiqatlarında seçdiyi ədəbi-tarixi şəxsiyyətlərin fəaliyyətində vətənpərvərlik və türk dünyası ilə bağlı motivlər önəmli yer tutur. Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" məktəbi, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Ustad Məhəmmədhüseyn Şəhriyar, Ulu öndər Heydər Əliyev, Çingiz Aytmatov və digər böyük şəxsiyyətlərin həyat və yaradıcılığını tədqiq edərkən onların bir ölkə, bir coğrafiya daxilinə sığmadığını, Türk dünyasının, bütün bəşəriyyətin mənəvi dəyəri olduğunu nümayiş etdirir.

İsa müəllim müdrik yaşında gənclik enerjisi ilə Beynəlxalq Türk Akademiyasının bir neçə il öncə başlatdığı, Monqolustandan Macarıstana qədər böyük bir coğrafiyanı əhatə edəcək arxeoloji tədqiqat ekspedisiyalarında iştirak edir. Bu ekspedisiyaların birində, ötən il Monqolustanda, Tonyukuk, Gültekin abidələrini ziyarətimiz zamanı İsa müəllimin Türk dünyasına necə könüldən bağlı olduğunu, onun maddi və mənəvi irsinə yüksək dəyər verdiyinə bir daha şahidlik etdim. Onunla ilkin razılığımız əsasında ortaq tariximizə aid maddi və mədəni irsi ilk dəfə olaraq türk dünyasının mütəxəssislərinin birgə iştirakı ilə araşdırmağı nəzərdə tutan bu arxeoloji tədqiqatları türklərin ilkin yaşayış yerlərindən biri olan Qafqazlarda da həyata keçirməyi, eyni zamanda, türk xalqlarına aid tariximüasir coğrafi adları tədqiq etmək, skiflərdən tutmuş müasir dövrədək toponimlərin tarixi mənbələr və xəritələr əsasında xronoloji şəkildə necə dəyişdiyini, təkamülünü əks etdirən fundamental ensiklopedik nəşr  - "Türk dünyasının toponimlər atlası"nı hazırlamağı qərara aldıq. Artıq 2020-ci ildə növbəti belə tədqiqat ekspedisiyanın Azərbaycanda həyata keçirilməsi üçün hazırlıq işləri aparırıq.

Bir sözlə, İsa Həbibbəyli Azərbaycanın olduğu qədər Qazaxıstanın, Türkiyənin, Özbəkistanın, Qırğızıstanın - bütün Türk dünyasının səsidir. Harda Türk dünyası varsa, orada mütləq İsa müəllim var, ora İsa müəllimin dünyasıdır.

Elə bunun nəticəsidir ki, Qazaxıstanın Qurucu Prezidenti, Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev onun ölkəmiz üçün də fəaliyyətini yüksək qiymətləndirmiş və "Qazaxıstanın müstəqilliyinin 25 illiyi" medalı ilə ödülləndirmişdir.

Akademik İsa Həbibbəyli türk dünyasında inteqrasiya proseslərinin genişləndirilməsindəki xidmətlərinə görə Beynəlxalq Türk Akademiyasının gümüş medalı ilə təltif olunmuşdur. O, eyni zamanda, Atatürk Kültür, DilTarix Qurumunun "Türk dünyasına xidmət" diplomuna layiq görülmüşdür.

Xalqlarımıza və dövlətçiliyimizə, bütün Türk dünyasına bundan sonra da fəal xidməti üçün Tanrıdan İsa müəllimə uzun ömür arzulayır və dərin sayğılarımı bildirirəm.

 

Darxan KIDIRALİ

Professor, Beynəlxalq Türk Akademiyasının prezidenti, Qazaxıstan MEA-nın müxbir üzvü

Nur-Sultan şəhəri

20 sentyabr 2019-cu il

 

525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.14.