"Azərbaycan" jurnalının yeni sayında...
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı "Azərbaycan" jurnalının sentyabr sayı işıq üzü görüb.
Jurnal "Poeziya"
bölməsi ilə başlayır. Bölməyə
Adil Cəmil, Tərlan Əbilov, Süleyman Abdulla, Zahid Avşar Eloğlu, Kəmaləddin Qədim, Əyyub Paşa, İnqilab İsaq, Ramil Məmməd və Xaliq Rəhimlinin
şeirləri daxildir.
"Nəsimi-650" adlı xüsusi rubrikasında İlqar Fəhminin "Yeddinci” - didaktiv-detektiv pyesinin yer aldığı jurnalın "Nəsr"
bölməsində Kamil
Əfsəroğlu "Yuxu"
romanını tamamlayır.
"Ədəbi düşüncələr"də
Anarın "Yaşamaq
haqqı" traktatından
fəsillər, "Düşüncələr"də
isə Vaqif Bəhmənlinin "İşartılar"ı
çap olunub.
Nizami Cəfərovun 60 yaşına
özəl bölmədə
Südabə Ağabalayevanın
"Nizami Cəfərov:
Obrazın üslubu, enerjisiz və sintez tizfəhmi" məqaləsi var. Elçinin
"Sirr" - bədii
sənədli filmin ssenarisi "Dramaturgiya"da,
Allahverdi Eminovun "Yusif Həsənbəyin
"Siziflərin qiyamı"
poemasının fəlsəfi
yükü" məqaləsi
"İsti-isti" rubrikasındadır.
"Tənqid və
ədəbiyyatşünaslıq" bölməsində oxucular
Qorxmaz Quliyevin "Mirzə Cəlil yaradıcılığı: xaos
və kosmosun cazibə sahəsi", Lalə Həsənovanın
"Obrazlaşan talelər
və ictimai siyasi reallıqlar", Yaqub Babayevin "Füzulinin imtahanı"
məqalələrini oxuyacaqlar.
Jurnalın ənənəvi "Kitab
rəfi" rubrikasında
yeni nəşrlərdən
söz açılır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.13.