2019-un sentyabr "Ulduz"u

 

 

Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan "Ulduz" jurnalının sentyabr sayı da ənənəvi ekspert yazısı ilə başlayır. Bu dəfə Təranə Turan Rəhimli "Ədəbiyyatın Ulduz yolunda addımlayanlar" adlı yazısı ilə jurnalın avqust sayını şərh edir.

Ekspert rəyini Nargisin "özüylə söhbəti..." və hekayəsi izləyir. Cəlal Məmmədovun təqdimatında "Qısa fikirlər xəzinəsi"ndə "İman ətirli sətirlər"dir.

"Nəsr"də Mübariz Cəfərli, Çinarə Ömray, Gülnarə Sadiq, Anar Adilin hekayələri, "Şeir vaxtı"nda Kəmaləddin Qədim, Aysel Atəş, Seymur Su, Vüsal Yurdoğlunun, "Debüt"də Aysel Nəsirzadə, Leyla Nazlının yaradıcılıq nümunələri yer alıb.

"Yazı masası" rubrikasında Taleh Mansurun mərhum şair Oqtay Rzayla söhbəti dərc olunub. "85 yaşlı Oqtay Rza: "İlk yazı masam məndən yaşlı idi..." yazı mərhumun son müsahibəsidir.

"Böyükdən uşağa" rubrikasında şeirləriylə Allahşükür Ağadır.

Pərvin "Qələmlə, yaxud qələmsiz..." yazısını təqdim edir.

"Tribuna"da "Qan durulducu" yazısıyla Tahir Talıblı, ənənəvi "Dərgidə kitab" rubrikasında "Qol" kitabıyla Ələmdar Cabbarlı oxucuların görüşünə gəlib.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.13.