Milli-mənəvi dəyərlərimiz
çağdaş qloballaşma şəraitində
Xalqımızın mənəvi dünyasını zənginləşdirən,
tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin
edən milli-mənəvi dəyələri qoruyub saxlamaq hər
birimizin müqəddəs borcudur. Keçmişimiz və
tariximiz bizlərə ibrət dərsi olduğu
üçün həm də sabahımızın müəllimidir.
Azərbaycançılıq ideyaları ruhunda tərbiyə
olunan gənc nəsil xalqımızın gələcək qələbələrinin
təminatçısıdır. Əsrlər boyu yad təsirlərə
məruz qalmağımıza baxmayaraq, xalqımız mənlik
şüuru, əxlaqi dəyərlərə sədaqəti
sayəsində dilini, dinini, milli adət-ənənələrini
qoruyub saxlaya bildi. Milli dəyərlərimizin
xalqımızın formalaşmasında və milli dövlətçiliyimizin
möhkəmləndirilməsində xüsusi rolu olduğu
üçün onların qorunaraq gələcək nəsillərə
çatdırılması bu gün də çox
aktualdır. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli
mədəniyyət və incəsənət, milli ədəbiyyat,
milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz,
milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı,
etnos yaddaşını, millətin, xalqın
yaddaşını ehtiva edən folklorumuz məhz bu qəbildəndir.
Ümummilli Liderimiz Heydər Əliyev dinimizin milli-mənəvi
dəyərlərin ən önəmli cəhətlərindən
biri olduğunu önə çəkərək bildirirdi ki,
xalqlara və qəbilələrə ayrılmış cəmiyyət
həm də milli-mənəvi dəyərləri ilə
seçilməlidir.
Adət-ənənə ilə əxlaq arasında
qırılmaz tellər olduğu kimi, şəxsiyyətlə
kollektiv və cəmiyyət arasında da qırılmaz
bağlılıq mövcuddur. Hər bir ənənə
müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin
pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət
arasında ziddiyyətlərin əmələ gəlməsinə
səbəb olur. Çünki milli-mənəvi
dəyərlər xalqın milli-estetik ruhunu və duyumunu, sənətkarlıq
qüdrətini özündə yaşadır.
Hazırda bu mənəvi dəyərlər zəngin mədəni
irs olmaqla bərabər, eyni zamanda, milli
özünəməxsusluğun ifadə vasitəsidir.
Hər bir tarixi mərhələdə olduğu kimi,
müasir dövrdə də bayramlar, tarixi hadisə və
günlər böyük təntənə ilə qeyd edilir. Xalqımız
qədim adət və ənənələrlə
yanaşı, həyatımızda yeni formalarda təcəssüm
olunan mədəni sərvətlərimizi bu gün də
yaşadır və inkişaf etdirir. Deməli,
milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti
həyat tərzimizə çevrilmişdir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri
ilə tanınan Azərbaycan xalqı ustadlığı və
təbliğ etdiyi ideyaları, adət-ənənləri,
milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında
özünəməxsus yer tutur. Deyilən
bu mənəvi dövrün, mövcud şəraitin və
ictimai quruluşun ruhuna, tələblərinə uyğun
cilalanır, yeni forma və məzmun kəsb edir. Qloballaşan dünyada milli dəyərlərimizi
unutmamalı və bu dəyərlərə sadiq
qalmalıyıq. Hər bir ölkə və
xalq üçün onun milli dəyərləri hər
şeydən üstün tutulmalı və digər
xalqların dəyərləri ilə ziddiyyət təşkil
etməməlidir. Bu baxımdan biz
qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı,
xoş münasibətləri, səmimi dostluğu nəzərdə
tuturuq.
"Mədəniyyət
haqqında Azərbaycan Respublikasının Qanunu"nda "Mədəniyyət
sərvətləri" haqqında deyilir: "Mənəvi və
estetik ideallar, normalar və davranış qaydaları, dillər,
dialektlər, ləhcələr, milli və etnik ənənələr
və adətlər tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri,
mədəniyyət və incəsənət əsərləri,
mədəniyyət fəaliyyətinin elmi tədqiqatının
nəticələri və metodları, tarixi və mədəni
əhəmiyyəti olan binalar, əşyalar, tarix və mədəniyyət
baxımından unikal ərazilər və obyektlər mədəni
sərvətlərdir".
Ümummilli
Liderimiz Heydər Əliyev xalqın qədim mili-mənəvi
dəyərlərini müasirliklə bağlayaraq deyirdi:
"Həyatda uğurla yaşamaq üçün
xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə
sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri
ümümbəşəri dəyərlərlə birləşdirib
müasir həyat tərzi keçirmək lazımdır. Bir milləti digərlərindən fərqləndirən
də əslində, elə milli-mənəvi dəyərləridir.
Dünyada yaşayan azərbaycanlılar öz
ana dilini, dinini, milli ənənələrini heç zaman
unutmamalıdırlar. Hər bir azərbaycanlı
fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin
mədəniyyətə malik olan Azərbaycan kimi vətəni
vardır. Bizim milli-mənəvi dəyərlərimiz
əsrlər boyu xalqımızın həyatında,
yaşayışında formalaşıb. Milli-mənəvi
dəyərləri olmayan millət həqiqi millət, həqiqi
xalq ola bilməz".
Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva
edən ideyanın - azərbaycançılığın təşəkkül
və inkişafına müstəsna diqqət yetirmiş Ulu
Öndər milli-mənəvi dəyərlərimizin öyrənilməsini,
qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas
vəzifələrdən biri kimi irəli sürürdü. "Hər
bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq", - deyən Ümummilli Liderimiz azərbaycançılığı
milli bir ideologiya kimi irəli sürmüş, mədəniyyətimizi,
mənəvi dəyərləri təkcə milli
varlığımızın yox, həm də siyasi
varlığımızın - dövlət quruculuğu
prosesinin mühüm atributu kimi dəyərləndirmişdir.
Mənsub olduğu xalqın tarixi
keçmişinə, mədəni irsinə və mənəvi
dəyərlər sisteminə sönməz məhəbbət
duyğularıyla yanaşan görkəmli dövlət xadimi
müdrik şəxsiyyət kimi qeyd edirdi ki, aydın və dərk
olunmuş milli ideologiya hər bir xalqın irəliyə
doğru inkişafının yol göstərəni və bələdçisidir.
Sevindirici haldır ki, "Biz öz milli-mənəvi dəyərlərimizlə,
adət-ənənələrimizlə fəxr edirik", - deyən
Ümummilli Liderin işıqlı ideyaları bu gün də
yaşayır və həyata keçirilir. Hazırda bu ali ideyaların gerçəkləşməsi
naminə Prezident İlham Əliyevin rəhbərliyi, ölkəmizin
Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın davamlı diqqəti sayəsində parlaq
işlər görülür. Bu gün biz dövlətimizin
başçısı cənab İlham Əliyevi eyni zamanda,
milli-mənəvi dəyərlərimizin ən qüdrətli
mühafizəçisi kimi görürük
Önəmli məqamlardan biri də milli-mənəvi dəyərlərimizin
qloballaşma prosesi ilə qarşı-qarşıya
qoyulmaması, onların bu prosesin içində əriməsinin
qarşısını almaqdır. Qloballaşma heç
də milli-mənəvi dəyərlərimizdən imtina etmək
deyil, əksinə, həmin dəyərlərin daha geniş
arealda təbliği üçün böyük fürsətdir.
Bu baxımdan Azərbaycanda milli-mənəvi dəyərlərə
qayıdışın qloballaşma ilə
"toqquşmaması" sevindirici haldır. Sözün əsl mənasında Azərbaycanın
qədim, rəngarəng mənəvi dəyərləri, mədəni
irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə
töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının
gündən-günə artması və beynəlxalq təcrübənin
tətbiqi istiqamətində görülən işlər
qeyri-maddi mədəni irsin gələcəyinə nikbin
baxmağa ümidləri artırır.
Milli-mənəvi dəyərlərə
bağlılıq həm də milli ruhun, milli şüurun
simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında
formalaşması, yaşadılması deməkdir.
Dəyərlərimiz sırasında xüsusi yer tutan bayramlarımızda qədim mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət və ənənələr, bədii sərvətlər, tarixi hadisələr əks olunur. Bayramların çoxluğuna ağız büzənlərə bayramların mənəvi dəyərini yüksək qiymətləndirən fransız filosofu J.J.Russonun sözləri ilə cavab vermək istəyirəm: "Əgər xalqı zəhmətkeş və yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verin". Platon bayramları dövlətin sabitliyi hesab edərək göstərirdi ki, "tərbiyə işində buraxılan qüsurları bayramlar vasitəsilə düzəltmək mümkündür". Aristotelə görə isə, "insan təbiəti elədir ki, o, təkcə zəhmət çəkmək deyil, həm də öyrənmək və bayram eləmək istəyir. Buna onun hərtərəfli haqqı var".
Mənəvi dəyərlər bu gün ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi də diqqət mərkəzindədir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz tellər olduğu kimi, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında da qırılmaz bağlılıq mövcuddur. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli-estetik ruhunu və duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda, milli özünəməxsusluğun ifadə vasitəsidir.
Əsrlərdən bəri bayram və mərasimlər insan həyatını mənalandıran başlıca amillərdəndir. İnsanlar bayramı qeyd edərkən sıx ünsiyyət qurur, sevinc və problemlərini bölüşdürürlər. Azərbaycan şəraitində bu gün heç bir bayram milli-mənəvi atributsuz keçmir. Bayram və tarixi günlərimizlə yanaşı, cəmiyyətin hər bir inkişaf mərhələsində digər mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza və məişətimizə yeni beynəlxalq bayram və tarixi günlər daxil olur. Onların bəzilərinin kökləri qədim dövrlərə təsadüf etsə də, ölkəmizdə son zamanlardan bəri müasir bayramlar kimi qeyd olunmağa başlayıb. Hər bir tarixi mərhələdə olduğu kimi, müasir dövrdə də bayramlar, tarixi hadisə və günlər böyük təntənə ilə qeyd edilir. Xalqımız qədim adət və ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti həyat tərzimizə çevrilib.
Önəmli məqamlardan biri də milli-mənəvi dəyərlərimizin qloballaşma prosesi ilə qarşı-qarşıya qoyulmaması, onların bu prosesin içində əriməsinin qarşısını almaqdır. Qloballaşma heç də milli-mənəvi dəyərlərimizdən imtina etmək deyil, əksinə, həmin dəyərlərin daha geniş arealda təbliği üçün böyük fürsətdir. Bu baxımdan Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdışın qloballaşma ilə "toqquşmaması" sevindirici haldır. Sözün əsl mənasında Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının gündən-günə artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşamışdır. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş etmişdir. Ümummilli Liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, "milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır". Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər. Bir də unutmayaq ki, Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib.
Aynur SƏFƏRLİ
(Məqalə "Tələbələrin və
gənc tədqiqatçıların "Müasir Azərbaycan
mətbuatı və "525-ci qəzet" mövzusunda elmi
konfransı"nda edilmiş məruzə əsasında
hazırlanıb)
525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.22.