"Zəlimxan Yaqub ədəbi
düşüncədə" toplusunun yeni cildi işıq üzü görüb
Bu günlərdə Xalq
şairi Zəlimxan Yaqub haqqında növbəti kitab nəşr olunub. "3 saylı Bakı Mətbəəsi" ASC-də
yüksək keyfiyyətlə
işıq üzü
görmüş kitab
"Zəlimxan Yaqub ədəbi düşüncədə"
adlanır. Xatırladaq ki,
bu adda kitabın
üç cildi hələ ölməz şairin sağlığında
nəşr olunub.
Yeni işıq görən və 22 çap vərəqi həcmində
olan bu kitab dördüncü
cilddir və əvvəlki cildlərdə olduğu kimi, bu cilddə
də tanınmış
ictimai xadimlərin, şair və yazıçıların, ədəbiyyatşünas
alimlərin Xalq şairinin sağlığında
yazmış olduqları
elmi-publisistik məqalələri
və şairin son müsahibələri yer alıb.
Əvvəlki üç cilddə
olduğu kimi, "Zəlimxan Yaqub ədəbi düşüncədə"nin dördüncü
cildinin də tərtibçisi və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı,
Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğludur.
Oxucular kitabda Xalq yazıçısı
Anarın, akademik, Millət vəkili Nizami Cəfərovun,
professor, Əməkdar elm xadimi
Qəzənfər Paşayevin,
professorlar Qəzənfər
Kazımov və İfrat Əliyevanın və digər elm və sənət adamlarının, ictimai xadimlərin Zəlimxan Yaqub yaradıcılığı
haqda düşüncələri
ilə tanış ola biləcəklər.
Musa Nəbioğlu bildirib ki, bu kitab
Xalq şairinin gələn il
qeyd olunacaq 70 illik yubileyinə ilk töhfədir: "Zəlimxan
Yaquba dərin məhəbbətlə yazılan
məqalələr cild-cild
kitablara sığmaz və biz çalışacağıq
ki, zaman-zaman bu işi davam
etdirək ki, onun haqqında yazılmış heç
bir məqalə, ona ithaf olunmuş
heç bir şeir diqqətdən kənarda qalmasın".
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.13.