Məktub
1970-ci ildə Qaradağ bölgəsinin Girdəzal kəndində dünyaya gəlib. Hələ uşaq yaşlarından milli şeir və musiqiyə vurulub və Azərbaycan radiosunda gedən verilişlərə dərin maraqla qulaq asıb. Elə o zamanlardan da şairlik duyğusu Ədaləti xəyallar dünyasına aparıb və kiçik yaşlarından şeir yazmağa başlayıb. Günümüzədək üç şeir kitabı nəşr edilib. Quzey Azərbaycanda radio və televiziya velişlərində çıxışları olub, qəzetlərdə çoxlu sayda şeirləri dərc olunub. Ədalətin şeir dili rəvan və axıcı, şivələrə yaslanmayan təmiz türkcədir.
O mənim dünyamdı, canımda candı,
Axtar, ünvanını o yara məktub.
Yetir əhvalımı gördüyün kimi,
Dərdimin təbibi o yara məktub.
Bir baxış məndəndi,
bir baxış ondan,
Beləcə başlandı bir
bax iş ondan,
Sağalmaz qalıbdı bir
baxışından,
Söylə sinəmdəki o yara
məktub!
Bilmirəm mən hansı
dağları yaram,
Onsuz da bir yarsız
yaralı yaram,
Bir süzgün baxışdan
yarılar yaram,
Bəlkə insaf edə o yara məktub.
***
Sinəmi
yandırır yığılan
sözlər,
Nə gərək zorunan doğulan sözlər,
Nə çox burulğanda boğulan sözlər,
Umud əllərini uzadır bizə...
***
Bircə
söz ölümdən
alarsa şair,
O sözdə yaşadar min il şairi.
Sözün ürəyinə dolarsa
şair,
Əlbəttə, olacaq könül şairi.
***
Sözün qayğısını, nazını çəksən,
Söz özü
düzülüb şeirin
olacaq.
Nə qədər mənanı sən üzə çəksən
Şeirin də o qədər dərin olacaq.
***
Ulduzlu göylərdə qol-qanadımız,
Yerin bağrındakı
kökümüzdü söz.
Bu gün həyatımız,
ağız dadımız,
Dünəndən sabaha yükümüzdü
söz.
Dizim qurudu
Yol üstə durmaqdan dizim qurudu,
Gözün yağı dondu,
dizim qurudu,
Çox
da kı baxırsan üzüm qurudu,
Ağlayır qəlbim də, könlüm də mənim.
Nədən belə görünürsən
gül üşək?
Soldurmasın üzündəki gülü
şək,
Baxışınla aramızda gülüş
ək,
Ümidlər göyərsin könlümdə
mənim.
Azca sən hər şeyi pulnan alma san,
Ələ düşməz bir
də belə almas an,
Sən Dumanın incik könlun almasan,
Bəs necə ovunsun könlüm de mənim...
Mələk ətrini
Könlümü tər təzə
yaza döndərər,
Payızda gətirsə külək
ətrini.
Tək sənin bir səsin gəlsin, bizlərə,
Yüz il duymasam
da çiçək
ətrini.
Ömrüm haqqa gedən yola çevrilər,
Günüm sənli keçən
hala çevrilər,
Hicranın acısı bala
çevrilər,
Uzaqdan alarsa ürək ətrini.
Sən dəniz, mən sənə həsrət bir zinə,
Duman tək sürünnəm sən olan yönə,
Yüz dəfə ölsəm də, dirilləm yenə,
Yetirsən ruhuma mələk
ətrini...
Düşürəmmi yadına?
Sənin
mənsiz darıxmağa
vaxtın yox,
Heç olmasa düşürəmmi
yadına?
Əlin
qardan, üzün buzdan çox soyuq,
Nədən belə mən yanıram oduna?
Günlərimiz cənnət ətri
qoxardı,
Hər səhər üfüqdən
sevgi doğardı,
Eşqimiz günəşin özün
yaxardı,
Nə bileydim mən yanarkən o dona...
Ədalətə dövran döndü,
dəyişdi,
Düz yolumuz haçalandı, dəyişdi,
Mat qalmşam nə qaydadı, nə işdi?
Kar eyləmir məni yaxan od
ona...
Çiçəkli
Çiçəkli, çimənli
şeir bağçamın,
Əzəldən ziyası nurusan belə.
Mən səni
şeirimdə necə
tazardım?
Sən ki göz yaşımdan durusan belə.
Şeir
bağçam çiçək
açdı, dərdimsə,
Çələng hörüb dostlarıma
verdimsə,
Xoşbəxt olub şair ömrü sürdümsə,
Onun ən dəyərli surusan belə.
Sən özünü, könlün
məni deyərkən,
Küs deyəndə, ürək
özün döyərkən,
Bütün şeirim izindən
don geyərkən,
Mən necə
deyərdim, birisən
elə.
Zəhmətin diləklər ödəyər
sənin,
Kəssə də yolunu daş əyər sənin,
Zirvələr önündə baş
əyər sənin,
Qayıtmaz, yorulmaz yürüsən belə.
Çiçək açıb bar da
versin diəklər,
Görməz olsun arzumuzu küləklər,
Tapacaqlar
bir-birini ürəklər,
Duman tək yolları bürüsən
belə.
Sandığı kimi
Hicran buz yağdırır, ilhamım donur,
Gözüm yollarında donduğu kimi.
Sözümsüz əlimdə, qələmim
yanır,
Ürəyim eşqində yandığı kimi.
Gizli xatırlayıb gizli anıram,
Gizli alovlanıb gizli yanıram,
Bəzən bu sevgini elə danıram,
Kafər haqqın özün dandığı kimi.
Oğrun məktubunu gözləsəm də mən,
Hər an sorağını izləsəm də mən,
Dumanam sevdamı gizləsəm də mən,
Ürəyim hay salır sandığı
kimi...
Tər çiçək soldu
Bir budaq atmışdı ömür bağımız,
Tər çiçək açmışdı
şah budaqımız ,
Duşdu
küləylərə o yaz
çağımız,
Şah budağ
qırıldı, tər
çiçək soldu.
On beş il
taleyə ümüdlə
dözdüm,
Nə qədər arzular xəyallar düzdüm,
Haqdan aldığımı şərə
uduzdum,
Bu necə qaydadı
bu necə yoldu?
Sevincin itirmiş dodaqdan betər,
Kül olub sovrulmuş ocaqdan betər,
Şövləsi qaralmiş çıraqdan
betər,
Dünyam Soyuq oldu qaranlıq
oldu.
Gec verdi tez
aldı fələk payım ı,
Dumanlar söndürdü parlaq ayımı,
Onsuzda Bilirəm artıq sayımı,
Qısmətim azdırsa kədərim boldu.
Ədalət DUMAN (OMMİ)
525-ci qəzet.- 2019.- 11 oktyabr.- S.15.