Musiqişünas-alim Babək Qurbanovun xatirəsi anılıb
Dünən Azərbaycan Bəstəkarlar
İttifaqında görkəmli
musiqişünas-alim, professor
Babək Qurbanovun anadan olmasının 80 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə, həmçinin, musiqişünas-alimin "Qara
Qarayev yaradıcılığının
bədii-estetik xüsusiyyətləri"
adlı kitabı da təqdim olunub.
Tədbiri Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq bildirib ki, tədbir
musiqişünas alim Babək Qurbanovun 80 illiyinə həsr olunub: "Təəssüflər
olsun ki, bu gün o, aramızda yoxdur. O, uzun müddət Türkiyədə çalışmışdı.
Vətənə dönəndən sonra çox yaşamadı. Səhhəti ağır olsa da, son nəfəsinədək
Qara Qarayev haqqında kitab üzərində çalışdı.
Bu da sənətinə,
peşəsinə olan
sevgidən irəli gəlir. Qara Qarayev haqqında
çox kitab yazılıb. Müəllif bu kitabda bəstəkarın
ömür yolu və fəaliyyətini xronoloji şəkildə qələmə alıb".
Qeyd edilib ki, B.Qurbanov
Ü.Hacıbəyli adına Konservatoriyanın
Musiqi nəzəriyyəsi
fakültəsində oxuyub
və "Azərbaycan
aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib. 1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə
şurasında "Musiqi
ilə ədəbiyyatın
qarşılıqlı əlaqəsi"
adlı namizədlik dissertasiyasını, 1981-ci ildə
42 yaşında olanda
isə Moskvada SSRİ
EA-nın fəlsəfə
İnstitutunda "Proqramlı
musiqinin estetik prinsipləri" mövzusunda
doktorluq dissertasiyasını
müdafiə edib. 1990-cı illərdə Bəstəkarlar İttifaqının
İdarə heyətinin
üzvü olub.
1981-1989-cu illər arası
AMEA-nın Fəlsəfə
və Hüquq İnstitutunda Estetika və etika bölməsinin
müdiri, 1989-1992-ci illərdə
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət İnstitutunda
fəlsəfə və
mədəniyyət tarixi
kafedrasının müdiri,
1992-2008-ci illərdə Türkiyədə
Atatürk Universitetinin
professoru, kafedra müdiri olub, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında
işləyib. Professor Babək Qurbanov Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə,
folkloruna, fəlsəfə
və estetika məsələlərinə, tanınmış
elm adamlarına üç
yüzdən artıq
publisistik və elmi məqalələr həsr edib.
Sonra Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
elmləri doktoru, professor
İmruz Əfəndiyevanın
"Babək Qurbanovun
elmi yaradıcılığında
Qara Qarayev irsinə müraciət",
sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanın
"Babək Qurbanovun
"Qara Qarayev yaradıcılığının bədii-estetik xüsusiyyətləri"
kitabı haqqında",
fəlsəfə elmləri
doktoru, professor Əsədulla
Qurbanovun "Babək
Qurbanovun pedaqoji fəaliyyəti haqqında",
filologiya elmləri doktoru, professor Rüstəm
Kamalın "Babək
Qurbanovun musiqişünaslıq
fəaliyyəti haqqında"
mövzusunda məruzələri
dinlənilib.
Tədbir ədəbi-bədii hissə
ilə davam edib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.13.