Bakıda Türk
Dünyası IV Sənədli Filmlər Festivalı
Dünən Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
Türkiyənin Azərbaycandakı
Mədəniyyət müşavirliyinin
dəstəyi ilə Türk Dünyası IV Sənədli Filmlər Festivalının açılış
mərasimi keçirilib.
Açılışda müşavirliyin nümayəndələri,
festival üçün Bakıya
təşrif buyuran qonaqlar, universitet tələbələri, kinosevərlər
və media nümayəndələri
iştirak ediblər. Dörd
ildən bəri keçirilən festivalın
açılış mərasimində
Universitetin rektoru Ceyran Mahmudova, xalq artisti Oqtay
Mirqasımov, Türkiyənin
Azərbaycandakı səfirliyinin
Mədəniyyət və
Tanıtım müşaviri
olan İrfan Çiftçi və başqaları çıxış
ediblər. Onlar çıxışlarında sözügedən
festivalın gənclərin bir
amal ətrafında birləşməsinin müsbət
nəticələrindən bəhs ediblər.
Festivalın bu dəfə
"9 ölkə, 9 şəhər,
bir festival" devizi ilə Türkiyə, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan,
Makedoniya, Macarıstan,
Bosniya Herseqovina, Şimali Kiprdə sənətsevərləri bir
araya toplandığı
vurğulanıb. Deyilib ki,
festivala təqdim olunan ən yaxşı filmlər təqdim edilib.
Festivala
Azərbaycandan Aydın
Nəcəfoğlunun "Yaşanan
tarix" filmi təqdim edilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri olan İrfan Çiftçi bildirib ki, türk dünyası IV Sənədli Filmlər festivalı kino sahəsində kifayət qədər həvəsi, marağı olan həvəskar bir qrupun təşəbbüskarlığı ilə başlayan bir layihədir. Buna Türkiyədən, Azərbaycandan, türk dünyasından kino insanları, müxtəlif qurumları, ali məktəbləri dəstək verir: "Festivalda iştirak edən filmlərdə türk dünyasının milli mənəvi dəyərləri, mədəni sərvətimiz öz əksini tapıb. Belə ki, biz burda Tahir Salahovun, Emin Sabitoğlunun, Eldar Quliyevin, Əzizə Mustafazadənn irsinin davam etdiyinin şahidinə çevrilirik. Türk dünyası olaraq bütün qədim və çağdaş, modern dəyərləri bir arada olan çox zəngin bir mədəniyyətə sahibik. Sahib olduğumuz bu zənginliyin fərqinə varmaq, onlardan xəbərdar olmaq və bunu tarixinə heç bir zərər gətirmədən dünyaya təbliğ etmək bizim qarşımıza qoyduğumuz əsas hədəfimizdir. Biz sahib olduğumuz dəyərlərimizi böyük və geniş imkanlarla təqdim etməliyik. Hesab edirəm ki, sözügedən festivalın artıq həvəskarlıqdan çıxaraq daha ciddi və professional şəkildə nümayiş olunmasının zamanıdır. Layihə böyük türk dünyasının sənədli film festivalının bir parçası olaraq yola başladı. Qazaxıstandan Dubaya, Azərbaycandan Makedoniyaya qədər türk dünyasında filmə həvəsi olan və bu sahədə təhsil alan tələbələri təşviq etdi. Belə festivalların keçirilməsi təqdirəlayiq haldır, ancaq həvəskar şəkildə davam etməsi yaxşı deyil. Bu işin daha da peşəkarlaşması və dünyaya açılması lazımdır".
Festivalın təşkilat komitəsinin sədri, Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir bildirib ki, türk dünyası geniş bir ailədir. Bu ailənin mədəniyyətini, sənətini, milli-mənəvi dəyərlərini məhz elə türk dilli dövlətləri vasitəsi ilə təbliğ etmək ən gözəl vasitədir: "Təbliğatın yolu sənədli filmlərdən keçir. Bir neçə il bundan öncə Türk Dünyası Jurnalistlər Federasiyasının Tatarıstanın paytaxtı Kazanda ikinci şurası keçirilirdi və orada türkdilli ölkələr üçün sənədli film müsabiqəsi keçirmək qərarı müzakirə olundu. Türk dünyasının media mənsubları olaraq türkdilli dövlətlərin mədəniyyətinə necə xidmət edə bilərik deyə fikirlər irəli sürdük. Belə bir festival etmək fikri ortaya çıxdı. Biz də türk dünyası sənədli film festivalı və müsabiqəsi yaratdıq. 2016-cı ildə iki universitet bizim layihəyə ortaqlıq etdi. Federasiyamıza bağlı olan cəmiyyətlərin dəstəyi ilə türk dünyasının hamısında sənədli film müsabiqəsi elan etdik və yarışmaya başladıq. Birinci müsabiqədə bizə türk dünyasından olan 70 rejissorun filmi göndərildi. 2016-cı il iyulun sonunda layihənin ilkin variantını təşkil etdik. Birinci festivalımıza "5 ölkə, 6 şəhər" şüarı ilə işə başladıq. O zaman festivalın mövzusu türk dünyasının milli-mənəvi dəyərləri idi. Qalib olan filmlərimizi öncə Azərbaycanda Bakı Dövlət Universitetində nümayiş etdirdik. Həmin il Qırğızıstanın Maraş Universitetinin bir tələbəsinin "Köç" filmi birinci olmuşdu".
M.Dəmir əlavə edib ki, kino təbliğat vasitəsi
olduğu üçün
belə bir addım atmağı, bu layihə ilə türkdilli
dövlətlərin həvəskar kino mühitinin nümayəndələrini ətrafına
cəm etməyə çalışıb: "Toplumun öz dəyərlərini
böyük kütlələrə
çatdırmaq üçün biz də bir vasitədir. Bu il "9 ölkə, 9 şəhər, bir
festival" devizi ilə
yola çıxmışıq".
Türk
Dünyası Universitetləri
başda olmaqla incəsənət adamları
arasında həyəcan
yaradan festivalın qarşıdakı illərdə
"Türk Dünyası
Film Festivalı"na çevrilməsi
gözlənilir.
Azərbaycanda festivalın layihə tərəfdaşları Bakı
Dövlət Universiteti,
Mədəniyyət və
İncəsənət Universiteti,
Azərbaycan Mətbuat
Şurasıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.12.