Tüdorların uğurları və bədbəxtliklər
seriyası
(Əvvəli
ötən şənbə sayımızda)
Marqaret Arçibaldla ictimaiyyət qarşısında
görüşmək istəmirdi. Əri zinakarlıq edən
oğru kimi yaşayırdı. Marqaret ərinə dedi:
"Sən həm də mənim rentalarımı
oğurlamısan". "Allah,
bağışla məni. Mən sənin
torpaqlarını qoruyub saxladım və sənin icarəçilərinin
və torpaq sahibi kimi sənin yaxşı adını himayə
etdim".
"Sən başqa qadını mənim yerimə
qoydun".
"Mənim sevgim, mənim məhəbbətim,
heç bir qadın sənin yerini tuta bilməz. Bağışla
məni". "Mən heç vaxt
bağışlamayacağam".
Arçibald başını əydi. "Bir, ya iki
aya mən qeybə çəkilməliyəm. Mənim məhəbbətim, arvadım mənim.
Mən getməkdə səhv etmişdim. Mən sənin ərin adlanıram, bir dəfəki
uğursuzluğuma görə məni bağışla.
Mən heç vaxt bir daha səni pis vəziyyətə
salmayacağam".
"Sən istəyirsən ki, bütün bu
narahatlıqlardan azad olasan?" O, yenə başını
aşağı dikdi. Marqaret pıçıldadı: "Sən
mənim yanımdan birbaşa onun yanına getmək istəyirsən".
"Eh, Marqaret, sən heç vaxt istəmirdin ki,
bütün bunlardan uzaqlaşıb, İngiltərəyə
gedəsən.
Öz qız dövrünə qayıt".
Axırda dedi: "Sən heç vaxt məndən azad ola bilməzsən". O, arvadının
dodaqlarından öpdü: "Biz heç vaxt bir-birimizdən
azad olmayacağıq".
Ər-arvad təntənəli şəkildə Edinburqa
girdilər. Marqaret Holiruudhauz sarayına, oğlunun yanına
getdi. Oğlan anası ilə utancaq qaydada
davranırdı. Kreysmillar qəsrindən
sonra onlar bir yerdə yaşamamışdılar.
Oğluna dedi ki, "Onlar istəmirlər ki, mən
səninlə olum. Mən
çalışdım ki, sənin yanına gəlim. Onlar mənə icazə vermirdilər".
Anası inana bilmirdi ki, artıq oğlunun 7 yaşı
vardır. O,
cavab vermək üçün sözləri ehtiyatla
seçirdi. Marqaret oğluna dedi: "Şotlandiya
fransızlardan azad olmalıdır. Sən ingilis
qadının oğlusan, sən ingilis taxt-tacına varissən.
Sən fransız məsləhətçilərini
istəməməlisən. Bunları
heç vaxt unutma".
Marqaretə dedilər ki. Arçibald Nyuark qəsrində
Canet Styuartın yanına getmişdir və arvadı bunu bilməlidir.
Lakin Ard özü bunu Marqaretə deməmişdi.
Marqaret Arçibalda inanmırdı. Üstəlik, öz bacıları da onu
satmışdılar.
1520-ci
ilin yazı
Marqaret Şotlandiya regenti kimi, nəhayət, Edinburq qəsrində
lordlar və Şuranın başçısı tərəfindən
qəbul edildi.
Ona bu qəsrə girməyə icazə verildi.
O, oğlunun mənzilinə gəlib, onun dərslərini və
əyləncələrini müşahidə edirdi.
O,
Katerinadan məktub aldı: "Kral ərim Fransa kralı
Fransiskdən məktub almışdır və təəccüblü
qaydada hali olmuşdur ki, sən hersoq Olbaniyə müraciət
edib, onun Şotlandiyaya qayıtmasına israr etmisən. Həm də Müqəddəs Ataya (Papaya)
deyilmişdir ki, kral IV Ceyms Floddendə öldürülmədiyinə
görə sən nikahdan azad olmayacaqsan. Sən
də bilirsən ki, bu, həqiqət deyildir. Belə deyirlər ki, hersoq Olbani Şotlandiyaya
dönəndə, onun arvadı ölsə, ona ərə gedəcəksən.
Bu isə dəhşətli skandaldır. Mən sənin əziz oğlunu sevirəm. Marqaret onun haqqında fikirləş. Bəs sənin qızın? Boşanmaq
onun adını bastard (haramzada) edəcəkdir. Mənim royal bacım ola-ola, sən necə
özünü fahişə edə bilərsən?"
Marqaret oğlunu Anqusla Hamilton arasında döyüş
gedən vaxtdan görməmişdi. O, ərini də qəsrə
yürüş edəndən sonra görməmişdi. Onun artıq qızı yox idi, atasının
yanında idi, oğlu da yox idi, əslində, həbs
edilmişdi. Heç bir müttəfiqi də
yox idi. Onun əri də yox idi və
Katerina ona demişdi ki, o, yalnız imkan olan şəraitlərdə
öz bacılarına malik olacaqdır.
O bilirdi
ki, Katerinaya uduzmuşdur. Bu, o qadın idi ki, 15
yaşında vətənini tərk etmiş və illərlə
tənhalıqda və yoxsulluqda qalmağa
dözmüşdü ki, krala ərə getsin və İngiltərə
kraliçasına çevrilsin. Marqareti isə
məcbur edirdilər ki, oğlunu tərk etsin. Əri artıq ona düşmən olmuşdu, onunla
barışa bilməzdi. Onların
arasında hər şey bitmişdi. Hersoq ona dedi ki, sən
mənə bel bağlamalısan. Marqaret vəd verdi:
"Mən heç vaxt onun yanına geri dönməyəcəyəm".
Hersoq dedi: "Sən məndən asılı ola
bilərsən".
1522-ci
ilin yazı
Marqaretgil bir güllə atmadan belə Edinburq qəsrini
aldılar. Arçibald sadəcə təslim oldu, qəsri və
arvadının uşaqlarını tərk etdi. Hersoq isə onu mühafizə altında Fransaya
göndərdi. Onun əmisi Qeyvin Duqlas
İngiltərəyə Harrinin yanına
qaçmışdı.
Marqaretin oğlu Ceyms qəsrin içərisində
saxlanırdı. Ceymsin boyu bu bir ayda xeyli böyümüşdü,
anası onu görəndən bəri, az
da olsa, bədəni möhkəmlənmişdi. Bu vaxt onun 10 yaşı var idi.
Arçibaldın əmisi Qeyvin Duqlas Londonda sarayda
hörmətli qonaq kimi saxlanırdı və hamıya
demişdi ki, Marqaret hersoq Olbaninin məşuqəsidir. O, hətta and içirdi ki,
hersoq, Marqareti şirnikləndirmək üçün
qayıtmışdır, onun oğlunu öldürəcək
və özü taxt-taca çıxacaqdır. O, belə
ittiham irəli sürürdü ki, hersoq Marqaretin oğlunu
yoxsul bir şəraitdə saxlayır, oğlana öz müəllimləri
ilə görüşməyə də icazə vermir. Bu söhbətlər Vetsminister sarayında gedirdi.
Hətta Meri ağlamışdı ki, bunlar düz ola bilməz.
Katerina Marqaretə
yazırdı: "Mən əminəm ki, sən tənhasan və
kədər içərisindəsən. Əgər
Arçibald Fransadan sənin yanına qayıtsa, sən onu
geri qəbul etməlisən. Yalnız
öz ərinlə birləşməyinlə bu dəhşətli
əhvalatlara son qoyulacaqdır".
1523-cü
ilin yazı
Marqaret oğlu Ceyms və qızı Marqaret ilə
birlikdə yayı Stirlinq qəsrindəki gözəl sarayda
keçirdi. Şotland lordları hersoq Olbanidən xahiş etdilər
ki, qayıtsın. O, Şotlandiyada olmayanda Harri
bacısına İngiltərə ilə Şotlandiya
arasında davam edən sülh barədə
yazmışdı.
Hersoq Olbani xəbərdarlıq etmədən geri
qayıtdı və İngiltərə ilə müharibə
aparmağı qərara aldı. Ceyms bu vaxt 11
yaşında idi.
Krallığı birləşdirmək və kralın
taclanması üçün nə etmək lazım idi? Marqaret
ümidsizliklə Harriyə məktub yazdı. Şotland lordlarını onun oğlunu kral qəbul
etməyə inandırmaq heç də yaxşı yol
deyildir.
Marqaret yazırdı ki, o, Arçibaldla bir daha yaşaya
bilməz. Əlində qan olan adamın yanına mən dönə
bilmərəm. Katerina və Meri isə
deyirlər ki, nikah andları əbədi qüvvədə
qalmalıdır.
Marqaret
qardaşına yazırdı ki: "Mən boşanma qərarını
icra etməliyəm. Səndən xahiş edirəm
ki, əminlik yarat ki, Arçibald heç vaxt Şotlandiyaya
geri dönməsin, kral qardaşım onunla əlaqə
saxlamamalıdır".
1524-cü
ilin yayı
Katerina və Harri təkcə bir qızları olduğundan,
onun Ceymsə ərə getməsini doğma bibisinə təklif
edirdilər. Onlar təsdiq edirdilər ki, Ceyms İngiltərə
taxt-tacının varisi adlanacaqdır. Harrinin
qanuni doğulmuş qızı isə İngiltərə
kraliçasına çevriləcəkdir. O, öz
bibisi oğluna, şotland kralına və İngiltərə
varisinə ərə getsəydi, onun yeri daha çox
qarantiyaya malik olardı.
Marqaret
soruşdu: "Printsessa Müqəddəs Roma imperatoruna
nişanlanmışdı, lakin bu vaxt Meri ispaniyalı ilə
olduğu kimi, Fransa kralına nişanlandı və ona da ərə
getdi". Bunu onun qardaşı da adi hal kimi qiymətləndirmişdi.
Henri
Styuart Marqaretin yanına, Edinburqdakı Holiruudhauz sarayına gəlib
dedi ki, "Əlahəzrət, özünü qoru, sənin
haqqında bəd xəbərlər almışam. Allah sənin varlığını qorusun".
"Ərin Arçibald Duqlas, Anqus qrafı
şəhərdədir". Marqaret dedi: "Mən
eşitmişəm ki, Anqus qrafı Şotlandiyaya
dönmüşdür". Henri dedi: "Əlahəzrət,
o, sizə narahatlıq törədəcəkdir".
Meri isə
bacısına yazırdı: "Ledi Keyrey (o, Meri Boleyn olanda,
- bu qız VIII Henrinin gələcək arvadı Anna Boleynin
bacısı idi, - çox yaxşı qız idi) öz
yatağına götürüldü və kiçik qız
doğmuşdur. Əlbəttə, hamı bilir
ki, qızın atası Harridir və Boleyn ailəsinə xeyli
torpaq və titullar hədiyyə verilmişdir. Onun uşağı doğulanda və böyüyəndə
Harri sevinirdi. Katerina isə buna heç bir
izahat vermirdi. Ümumiyyətlə,
heç nə. Mən
düşünürəm ki, Harri çətinlik hiss
edir".
Arçibald gizli orduya malik idi, o, özünü
biabır edəcəkdi. Arçibaldın yüzlərlə
adamı vardır və onlara o, ümumiyyətlə, nəzarət
etmir. Marqaret and içdi ki, "Mən
onları məhv edəcəyəm". Arçibald
Anqusun başçılığı altında olan Duqlas
klanı şəhərdən geri çəkildi və
qapılar onların üzünə bağlandı. Marqaretə xətər toxunmamışdı.
Henri
Styuart onu atın belindən yerə saldı, onun əlləri
qadının bədənini sevgili bir adam kimi
qucaqlamışdı. Əgər bu, təbii
görünsəydi, onu saxlayardı və qadın da öz
başını onun çiyinləri üzərinə
qoyardı. Henri dedi: "Mənim məhəbbətim,
Allaha şükür, sən salamatsan".
O,
Marqareti sevirdi, qadın lap elə birinci gündən bunu
bilmişdi. Onu Ceymsin dostları arasında qeyd
etmişdi, o, başqalarından bir baş yuxarı idi. Marqaret bilirdi ki, onun xoşuna gəlir, həm də
o, qadını güldürürdü. Onun
qayğı göstərməsindən Marqaret şad idi,
onunla olanda özünü təhlükəsiz hesab edirdi.
Lakin Marqaret məhəbbət haqqında fikirləşmirdi.
Arçibald ona xəyanətini təkrar etdikdə,
Marqaret düşündü ki, sevə bilməyini artıq
unutmuşdur.
Nəhayət, onun qucağından geri çəkildi. Onlar
ehtiyatlı olmalı idilər. Qadın öz əleyhinə
söz deyilməsinə razı ola bilməzdi,
axı o, gənc kralın regenti idi. Henri dedi:
"Bağışla məni". "Bağışlamaq?"
Marqaret ehtiyatlı pıçıltı ilə dedi və
ölüm yaxın olan vaxt gələn həyat
haqqındakı qəfləti bir ehtiras barədə
düşündü, ərinə necə nifrət edirdisə,
Henriyə eyni dərəcədə ehtiraslı məhəbbət
bəsləyirdi. "Eh, Allah
bağışlasın. Gecə yanıma
gəl".
1525-ci
ilin yazı
Heç kəs bilmirdi ki, Marqaret Henri Styuartla Edinburqun
Holiruudhauz sarayında eşq macərası yaşayır. Henri ilə
Marqaret sakit idi. Qadının çox sayda
düşmənləri var idi, heç bir müttəfiqi isə
yox idi.
Meri
bacısına yazırdı: "Anna Boleyn öz
bacısı Meri Keyreyə, həqiqətən, rəqib oldu. Bunlar Boleynin qızlarıdır. O, Fransada,
sarayda kiçik ledi qız olmuşdu və çox məlahətlidir,
həm də hazırcavab olmaqla yanaşı,
ağıllıdır. O, öz bacısı ilə birlikdə
bütün sarayı alt-üst etmişdir. Harri
onların ikisi arasında başını itirmişdir.
O, bizim bacımız Katerinaya soyuq münasibət bəsləyir,
arvadına gəldikdə, bunlar onun xoşuna gəlmir. Boleynin qızları bu Milad bayramında sarayın
kraliçaları idilər, onlar əyləncə və
oyunlar təşkil edirdilər, Anna Boleyn də onların
hamısında qalib gəlirdi. O, çox sevilən
bacını öz yanında silaha döndərdi, mənim də
bir adam kimi səthi intellektə malik olan tək
görünməyimə nail oldu. İndi fikirləş
ki, yazıq Katerina onunla necə müqayisə olunsun. O,
çox riskli qızdır. Onun necə
olacağını Allah bilir, lakin o, heç də gözəl
kiçik fahişə deyildir; o, çox şey
üçün acdır".
Marqaret isə
Arçibaldın yenidən yaxında olmasından qorxu hiss
edirdi, dəhşətə gəlirdi. Henri dedi ki, "Əgər
o, sənin yanına gəlsə, biabır olacaqdır. Sən onun üzünə tüpürməlisən".
Marqaret
dedi: "Yox, heç vaxt. O, məni nə öpə bilməz,
nə də mənim əlimi sıxa bilməz".
Marqaret Henridən xahiş etdi ki, ona və oğluna
görə Arçibalda toxunmasın. Nəhayət, Henri yumşalıb
dedi: "Ceymsin naminə".
Həmin
axşamı Marqaret Katerinadan məktub aldı: "Harri sənin
ərinə təkid etdi ki, sənə qarşı alicənablıqla
davransın və səbirli olsun. O, buna söz verdi.
Həm də mənə vəd verdi ki, sən
Arçibaldın yanına qayıtmağa və ər-arvad
kimi yaşamağa borclu deyilsən. Mən onu
müşahidə etdim və o, məni inandırdı ki, o, sənin
həqiqi və sevən ərindir. Sənin
isə onun yanına qayıtmamağına heç bir səbəb
yoxdur".
Marqaret ömründə heç vaxt belə məktub oxumamışdı. O, ictimaiyyət qarşısında özünü elə göstərirdi ki, Arçibaldla barışmışdır. Katerinadan alınan məktubda isə deyilirdi: "Ərim və mən razılaşdıq ki, əgər sən boşanmağı qərara almısansa, sən öz oğlunu və ya kraliçalığını qorumağa yararlı olmayacaqsan. Sən öz sevgilini saxlamaq üçün sürgünə yollanmalısan, - biz eşitmişik ki, sənin məşuqun Henri Styuartdır. Marqaret, əgər sən öz nikah andlarını inkar etsən, sən əbədi lənətə tuş gələcəksən, mənə və ərinə heç də bağlı olmayacaqsan. Heç nə həqiqi nikaha son qoya bilmir. Sən görməlisən ki, mən Allahın iradəsini və ərimin istəyini necə qəbul etmişəm. Lakin bu, mənim nikahımın sonu deyildir. Heç nə bunu edə bilməz. Heç bunu nə vaxtsa da edə bilməz".
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 12 oktyabr.-
S.22.