"Sevginin dili yoxdur"
Baki Kitab Mərkəzində jestlər
vasitəsilə poeziya gecəsi keçirilib
Oktyabrın 12-də "Deaf Community MMC" və
"Ümid var" xeyriyyə könüllüləri
təşkilatı Bakı
Kitab Mərkəzində
jestlər vasitəsilə
"Sevginin dili yoxdur" adlı poeziya gecəsi keçirib.
Tədbir Mədəniyyət Nazirliyinin
"Söz" ədəbi
layihəsinin iştirakı
ilə baş gerçəkləşib.
Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı çıxışında
qeyd edib ki, ölkəmizdə fiziki məhdudiyyətli insanların asudə vaxtlarını keçirmək
istiqamətində çox
mühüm layihələr
icra olunur.
Poeziya gecəsini
layihənin rəhbəri,
tanınmış şairə
Nigar Həsənzadə
aparıb. Gecədə Xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə, alim Xatirə Həsənzadə,
Cənubi Azərbaycandan
şair, professor Ağşın
Ağkəmərli və
başqaları çıxış
ediblər.
Tədbirdə eşitmə məhdudiyyətli
gənclərin və
komandanın könüllülərinin
ifasında Azərbaycanın
Dövlət himni, Nəriman Həsənzadə
və Fikrət Qocanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri
həm jestlərlə,
həm də səsli şəkildə
təqdim olunub.
Jest dilinə tərcüməni
"Deaf Community MMC"nin
pedaqoq-təlimçisi, mütəxəssis
Turan Məmmədli və surdo-tərcüməçi
Yeganə Tağızadə
icra ediblər.
"Deaf Community"nin rəhbəri Nuranə Abıyeva İmadəddin Nəsiminin "Ey bülbüli tələb
eylə" qəzəlini
jest dilində təqdim
edib.
"Deaf
Community MMC" şirkətinin rəhbəri Nuranə Abıyeva və "Ümid var" xeyriyyə könüllüləri
təşkilatının rəhbəri
Nazilə Məhərrəmova tədbirin
əhəmiyyətindən danışıblar.
Sonda təşkilatçılar
Bakı Kitab Mərkəzinə, ağsaqqal
şairlərə və
qonaqlara təşəkkürlərini
bildiriblər.
Bakı
Kitab Mərkəzindəki
görüşdə Ayan
Məmmədlinin ifasını
dinləyərkən düşündüyüm
şeirlər
Tavandan sükut yağır;
Piano qarşısında
Yarı
qapalı gözlər,
Gözlər qəlbinə baxır...
Ağ, zərif barmaqlardan
Sehirli səslər axır...
Barmaqlar
özü çalır,
Özləri də rəqs edir.
Rəqs
edən barmaqların
Şirin
ayaq səsləri
Mənim
qəlbimə yağır,
Qəlbimdən axıb gedir.
Allahım, bu nə duyğu?
Nə möcüzə,
nə səsdir?
Ürəyim deyinir ki,
Sinəm
nə dar qəfəsdir!
Qanad açmaq istərəm,
Uçmaq, uçmaq istərəm,
Yerdən,
göydən, dünyadan
Özümdən də qaçıram!
Uçuram daha bəsdi!
Sığmıram bu həyata,
Uçuram kainata!
Birdən
musiqi kəsdi,
Alqışlara boyandı.
Axı çalan
Ayandı.
Mənim ağlım oyandı.
Əgər ruhum uçsaydı,
Həkim
baxıb deyərdi:
- Onsuz da bəlli
idi,
Özü bir az
dəliydi,
Ürəyi zədəliydi,
Hardasa ölməliydi,
Gəldi, burda dayandı.
13.10.2019
Ömür
"Öldü" deməyin
- uçdu.
Elə ömür var, ondan
Ölüm bir qurtuluşdu.
Bacararsan
Güclü bir insan kimi
Yaşamağı başarsan
Dilsiz, qulaqsız da sən
Dahi ömrü yaşarsan.
15.10.2019
Fikrət
QOCA
525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.13.