Tanınmış teatrşünas İlham Rəhimlinin 70 yaşı qeyd edilib

 

 

"Professor İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara həsr olunan, onların ömür yaradıcılıq yollarını əks etdirən kitablar yazıb. Onun "Sənət vurğunu", "Səyavuş Aslan", "Aktyora oxşamayan adam", "Kəsişən paralellər", "Barat Şəkinskaya", "Səhnə sehrinin sirdaşı", "Yaşadan əbədi Yaşar" digər əsərləri xüsusi əhəmiyyətə malikdir. Bundan əlavə, professor İlham Rəhimli müxtəlif Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidi. Bu əsərlər Dövlət Kukla Teatrı, Akademik Milli Dram Teatrı, İrəvan, Tiflis, Sumqayıt, Təbriz, Aşqabad başqa teatrlar haqda dəyərli məxəzlərdir".

 

Bu fikirləri dünən Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxaqlq Mətbuat Mərkəzində teatrşünas-tənqidçisi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü İlham Rəhimlinin 70 illik yubileyinə həsr olunan tədbirdə Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə deyib. Onun sözlərinə görə, teatrşünas-tənqidçi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli qələmə aldığı əsərlərində meydan teatrından, xalq oyun-tamaşalarından, şəbihlərdən tutmuş peşəkar teatrlarımızın çağdaş dövrə qədərki yaradıcılıq yolunu təhlil süzgəcindən keçirib.

M.Süleymanzadənin dediyinə görə, İlham Rəhimli uzun illərdir, istər sənət adamlarının, istər gənc tədqiqatçıların, istərsə , sıravi oxucuların oxuduğu, dönə-dönə müraciət etdiyi tədqiqatçıdır: "İlham Rəhimli imzası uzun illərdir hər kəs tərəfindən tanınır, sevilir dəyər verilir. Onun bir vaxtlar "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində çap olunmuş yazılarını oxucular böyük maraqla oxuyurdular".

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru,  Xalq artisti Azərpaşa Nemətovun dediyinə görə, İlham Rəhimli Azərbaycan teatrının təkcə yazılmış deyil, həm yazılmamış tarixini öyrənib, araşdırıb öz kitablarına daxil edib. O bildirib ki, arxivlərdə işləməkdən yorulmayan, teatr tarixinə dair hər bir faktı həvəslə araşdıran İlham Rəhimli yazdığı kitablarla Azərbaycan teatr tarixinin bütün məqamlarına işıq salıb: "İlham Rəhimlinin tarixi tədqiqat əsərlərində, demək olar ki, milli teatr tarixinin yaranma dövründən müasir zamanadək olan böyük bir zaman kəsimi əhatə olunub. Onun qələmindən çıxmış dəyərli əsərlər, o cümlədən, bu gün ictimaiyyətə təqdim olunan kitablar milli teatr sənətinin yaranma inkişaf tarixinin, müxtəlif mövcudluq mərhələlərinin mənzərəsini daha aydın şəkildə təsəvvür etməyə imkan verir".

 

 

Yazıçı-jurnalist Əhməd İsayev bildirib ki, İlham Rəhimli təkcə teatrı deyil, bütünlükdə incəsənət sahəsinə yaxşı bələddir öz yaradıcılığında incəsənətin demək olar ki, bütün sahələrinə yer verir: "İlham Rəhimlinin əsas özəlliyi odur ki, o, təkcə teatrdan yazmır. O, Azərbaycan incəsənətinin bütün sahələrini əhatə edən çox dəyərli kitabların müəllifidir. O, fenomenal yaddaşa sahibdir, heç nəyi unutmur. Bu, ona İlahidən verilən xüsusiyyətdir. Çox yaxşıdır ki, İlham Rəhimli ilahinin verdiyi bu xüsusiyyətləri Azərbaycan teatrının tədqiqatına, təbliğinə yönəldib". Ə.İsayevin sözlərinə görə, teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir: "Təqdirəlayiq haldır ki, İlham Rəhimli öz yaradıcılığında ölkəmizin hüdudlarından kənarda mövcud olmuş Azərbaycan teatrlarının fəaliyyətini diqqətdən kənarda qoymur. Teatrşünas-alimin istər "Aşqabad Azərbaycan teatrı", "Tiflis Azərbaycan teatı", "Təbriz Azərbaycan Teatrı" kimi monoqrafiyalarında, istərsə milli teatr sənətinin tarixinə həsr olunmuş digər tədqiqat əsərlərində ölkəmizdən kənarda yaranmış teatr truppalarının fəaliyyəti ətraflı şəkildə araşdırıb".

Kinorejissor, ssenarist aktyor Şeyx Əbdül çıxışında İlham Rəhimlini xalqın mənəvi sərvəti adlandırıb. İlham Rəhimlinin adı, soyadı, imzası harda varsa, orada xalqın milli mənəvi dəyəri var bu dəyərlərə hörmət, ehtiram var: "O, qələmə aldığı bütün yazılarda bu dəyərlərə düzgün qiymət verir. O, bütün varlığı ilə xalqın mənəviyyatına, xalğın elminə, maariflənməsinə xidmət edib edir". Ş.Əbdül vurğulayıb ki, İlham Rəhimli öz araşdırmalarında peşəkar teatrın təşəkkül inkşaf mərhələlərinə ətraflı şəkildə işıq sala bilib: " yaxşı ki, İlham Rəhimli kimi bir ziyalımız var".

 

 

Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirli bildirib ki, İlham Rəhimli 100-ə yaxın kitabın müəllifidir: "İlham Rəhimlinin qələmə aldığı bu kitablar Azərbaycan teatr tarixini tam əhatə edir. Onun hazırladığı 5 cildlik "Azərbaycan teatr tarixi", 3 cildlik "Azərbaycan teatr ensiklopediyası" digər kitablar teatrımızın müfəssəl tədqiqatıdır. "Azərbaycan teatr ensiklopediyası", 5 cildlik "Azərbaycan teatr tarixi"ni yazmaqla o, böyük bir elmi kollektivin işini təkbaşına görüb. Arxivlərdə işləyən adamlar bilirlər ki, bu, necə böyük bir zəhmətdir. Arxivlərdə saralmış vərəqlər arasında illərlə tədqiqat apararaq, tarixi faktları toplamaq, sistemləşdirmək teatr tarixinin dolğun mənzərəsini yaratmaq olduqca mürəkkəb dəyərli bir işdir. Bu ağır zəhmətin altına girmək insandan böyük fədakarlıq teatr sənətinə qarşı tükənməz sevgi tələb edir: "İlham Rəhimlinin tədqiqatları o dərəcədədir ki, biz elektron kitabxanada teatrla bağlı istənilən mövzunu araşdırarkən qarşımıza məhz onun kitabları çıxır. Onun kitabları varkən gələcək teatrşünaslar kitabxanaya müraciət etməli olmayacaqlar. Çünki bu kitablarda teatr tarixi səliqəylə bir yerə toplanıb. İlham Rəhimli  Azərbaycan teatrının canlı ensiklopediyasıdır.  İlham Rəhimlinin 5 cildlik "Azərbaycan teatr tarixi", 3 cildlik "Səhnə fədailəri", 3 cildlik "Azərbaycan teatr ensiklopediyası", "Gəncə teatrı", "Azərbaycan dramaturqlarının əsərləri Akademik Milli Dram Teatrında" kitabları, həmçinin "Abbas Mirzə Şərifzadə", "Ağasadıq Gəraybəyli", "Mustafa Mərdanov", "Kazım Ziya", "İbrahim Həmzəyev", "Həsənağa Turabov", "Məmmədrza Şeyxzamanov", "Mehdi Məmmədov", "Mərziyə Davudova", "Nəsibə Zeynalova", "Fatma Qədri", "Barat Şəkinskaya", "Rza Təhmasib", "Hökümə Qurbanova" "Habil Əliyev" monoqrafiyaları hərəsi ayrı-ayrılıqda dəyərli bir tədqiqat əsəridir. İlham Rəhimlinin teatr tarixinin ən müxtəlif problemlərinə həsr olunan tədqiqat əsərlərini oxuyarkən, diqqəti cəlb edən ümumi təsəvvür mülahizələrlə yanaşı, teatr hərəkatı sənətinə dair bir çox maraqlı məsələlər, konkret hadisələr, ayrı-ayrı tamaşalar, aktyor sənətkarlığı, qastrol səfərləri, ideya-yaradıcılıq münaqişələri sair haqqında qiymətli məlumat əldə etmək olar. Onun bu günlərdə layiq görüldüyü Prezident mükafatı dövlətimizin bu zəhmətə verdiyi dəyərin, qiymətin bir örnəyidir. Həqiqətən Azərbaycan teatrının zəhmətini bu dərəcədə çəkən ikinci teatrşünas yoxdur".

Xalq artisti Nurəddin Mehdixanlı isə bildirib ki, İlham Rəhimlini bir tədqiqatçı, teatrşünas alim pedaqoq kimi yüksək keyfiyyətlərə malik bir insandır: "İlham Rəhimlinin yazılarını oxuyanda teatr tarixinin istənilən dövründə baş vermiş hər hansı bir sənət olayı, tamaşa, teatr s. haqqında tam, dolğun səhih informasiyalar əldə etmək olur. Bu isə onun peşəkar tədqiqatçı olmasından irəli gəlir".

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.- 16 oktyabr.- S.11.