Hanı sənə vurulduğum
dəhşət?..
1970-ci ildə dünyaya göz açıb. Əslən Qaradağ mahalının Xoca şəhərindəndir. Təbriz Universitetində türk ədəbiyyatından dərs deyib. Bir müddət Bakıda yaşayıb. "Alma" qəzetində çalışıb. Sonradan ABŞ-a mühacirət edib. Şairin indiyədək 10-a yaxın kitabı işıq üzü görüb. Müxtəlif qəzet, dərgi və internet portallarında yayımlanan şeirləri ona oxucular arasında böyük şöhrət qazandırıb.
Bir
gün məni öldürər bu sevda
Gözlərim ovuclarına sıxılar bir gün
Çaxaram xatirələr astanasında
Geri dön sevgilim, geri dön
Gündüzlərim gündəliklərlə bükülür
Bu nə haldır heeey?
O qədər ayığam, yuxum tökülür!
Hanı həmən bu dilimlə vulkanları
üfüqlərə qandırdığım günlər,
hanı həmən bu dilimlə
xalqa ürək yandırdığım günlər,
hanı sənə vurulduğum dəhşət?
Bir gün məni öldürər bu sevda
Yanaqların cəhənnəm caydırır üstümə
Baxışların göyü leş salır ayaqlarıma
Bəli düşünürəm
Yoxsulluq sevgiyə günüdür
Bəli düşünürəm
Yavan tikənin əvvəli sevdanın sonudur
Yox, heç də qayıtma
Sənin də haqqın var
İldırımda, yağmurda
Sənin də haqqın var,
Həyat adlı yalanlarda
Mənə yetər bu suçlar
Azərbaycan adlı bomba ilə oynamağım
Qələmlə yaratdığım sevinclər, kədərlər
Ayrılıq mahnısı ilə ulaşmağım
Və iştə,
Üzüm ağacıtək özümə dolaşmağım
Bir gün məni öldürər bu sevda.
Sadə yaşamım var, sevgilim...
Sadə yaşamım var, sevgilim
Hər səhər açaram torpağı,
Çörəyi,
Suyu.
Hər axşam türkün Xəzər dəsmalı ilə
Silərəm əl-üzümü
Sonra üzündəki xal
Gecə qədər böyüyüb məni
Basdırar özündə
Xalında uzanıb yataram!..
Sadə
yaşamım var, sevgilim
Və kasıb gözəlliyim
Dilənçilərin əlinə nar qoyaram qəlbimi,
Dostlarımın beyninə ceyran
əkərəm,
Quş çiləyərəm.
Düşmənim kölgəmdə
İnək otarar
Heç
şeyə toxunmaram
Sevgililərin öpüşüdür bu qızılgül
Anaların sinəsidir bu baxça
Ataların öyüdüdür bu torpaq
Tutalım qurd balasıyam
lap
Ağzımdan durna uçar, dovşan sıçrayar
Ağac
çox uca arzudur
Bir yarpağın qucağındada
keçinə bilərəm
Sadə
yaşamım var sevgilim...
Aramızda mən boyda sərhəd
Təbəssümün Allahımdır,
oğlum
Və göz yaşların Cəbrayıl tökür
ovcuma
Bu peyğəmbərlərin vəhy
səhrasına
Həzin-həzin ağlarsan hər
gecə yorğan altda
Hardasa yağmur utanıb yerə girər!
"Tom
and cery" silinər
televiziyadan
Hər gecə Əhməd Kayanın mahnılarını
Bağrına basıb yatarsan
Və hər səhər fars kanalları
dişləyər yuxularını
Gündə min dəfə ata
məni atıb tutarsan
Aramızda mən boyda sərhəd varmış
oğlum, bağışla
Nə sən bu sərhəddi
keçə bildin, nə mən
Səni
bayraq yondum Təbrizə bir axşam
Qaldır
türk bayrağını,
qaldır
Təbəssümünü yay şəhərə
Təbəssümünə tutular düşmən yandırarsan
Və dostlar təbəssümünü
içib keflənərlər
Təbəssümün Allahımdır
oğlum
Təbəssümün
Bıçaq yarasıdır üzümdə,
Ya türmədə yediyim şallaqdır...
Təbəssümün sökər şeirimi, sökər...
Aç
sərhədlərini ay Təbrizli
təbəssüm!
Çək qucağına Bakını,
Ya da İstanbula əmr et, məni...
Onsuz da dünya məhkəmədir
Və təbəssümün sonuncu
müdafiəm!
Bu qovğa nədir?
Təbəssümünü şəhid gətirirlər şəhərə
Rahat yat ay qəhrəman təbəssüm...
Səs
Bir səhər asacaqlar səsimi
Mahnılar qan olacaq
Sonra yoldan keçən biri
Səsimi
dardan alıb aparacaq evə,
sonra səsimi bağçada əkəcək
Sonralar bütün ağaclardan
məni dinləyəcəksən,
gözəlim.
Sən sevgililər gününü
gözlədən
Mən günlərin sevgisini...
Gör nə günə qalıb sevgi!
Məndən gizlədiyin üz
Yalnızlığımı deşən aydır!
Yalnızlıq...
Nifrət
yırtır ağzını
Şeytan
köynəyinə calanıb
Və bir az da tülkü saqqalına.
Bələnibsən
Zülmət çəkir gözlərin
bilirəm
Yalnız
ölüm sənə
dözər!..
Turbalarda
axan məqsəd su deyil,
Sancıdır!
Mətbəxin insan dadındandır
Barmaqlarını yırtacağam bir
gecə
Sonra dodaqlarını tikəcəyəm
öpüşlərimə
Ola bilər saçlarında
quş tutdurum?!
Burax məni, burax
Üsyanımda ürək qalmayıb
Sənin
dərdini çəkmək,
Ən böyük rəssamlıqdır
demək!
Və mən yoxam,
Ay mənim
yalnızlığım.
Məhəmməd RZA LƏVAYİ
525-ci qəzet.- 2019.- 18 oktyabr.- S.14.