Qələmsiz yazılanlar

 

status-esseləri

 

 

İlham Əliyev Ermənistan rəhbərliyinə qarşı bir həftədə ikinci dəfə sərt mövqe sərgilədi.

Bu dəfə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev Ermənistanın keçmiş rəhbərliyinin faşist cəlladı Nijdeyə 6 metrlik heykəl qoymasını pisləyərək Nijdenin kimliyi barədə rus mənbələrindən dolğun sitatlar gətirdi, Ermənistanın bugünkü rəhbərliyinin heykəlin götürülməsinə biganə yanaşmasını kəskin şəkildə qınadı, MDB ərazisində faşizmin qəhrəmanlıq kimi təbliğinin yolverilməz olduğunu vurğuladı. Arqumentlər o qədər tutarlı, çıxış o qədər qətiyyətli oldu ki, dövlət başçılarının deyilənlərlə razılaşmaması mümkünsüz idi. Cənab Prezidentin hər fürsətdə Ermənistan rəhbərliyinin üzünü açıb göstərməsi qətiyyətli, əzmkar dövlət başçısı imicinə əlavə dividentlər gətirməklə qürur doğurdu.

***

Cənab Prezidentin son müşavirədə söylədiyi "Mətbuat bir növ daxili mübarizə növünə çevrilib" fikri düşündürücü narahatlıq doğuran məsələdir.

Ayrı-ayrı məmurların media orqanları yaratmaq istəyi geniş vüsət almasa da, əvvəllər olub. Keçmiş MTN-nin təsirində olan qəzetlər vardı. Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu. Bu informasiyalarda xüsusi maraqlı dairələrin əl izləri aydın görünürdü. Mətbuat Şurası bu qəzetləri "qara siyahı"ya salsa da, hansısa qüdrətli əl buna mane olurdu.

Yeni medianın artmasıyla ayrı-ayrı məmurların da sayt yaratması adi hala çevrildi. Çox da böyük olmayan vəsaitlə yaradılan bu yeni "media orqanları" sifarişçilərin əlində çomağa çevrildi. İndi, az qala, hər məmur özünə bir sayt açıb. Hadisələrə münasibətini özü müəyyənləşdirən mətbuat orqanlarının sırası daralıb. Buna görə cənab Prezidentin narahatlığını bölüşür, məmur-oliqarxların mediadan öz məqsədləri üçün istifadə cəhdlərinin məhdudlaşacağına ümid edirik.

***

Yalan olduğu açıq-aşkar bilinən xəbəri - dezinformasiyanı yaymaq sənin özünə ciddiliyinə şübhə yaradır.

***

O, çox gözəl aldadırdı...

***

Kreativlik bəzən hoqqabazlığa çevrilir.

***

Nuru Paşa ilə Üzeyir bəy Hacıbəylinin missiyalarında oxşarlıq çoxdur. Hər ikisini xatırlamaq adamda qürur, güc inam yaradır.

***

Bu filmin sonuna baxmışam...

***

Məcburiyyət sevgi yaradır?!

***

Bəstəkarlar İttifaqında Zemfira Səfərovanın "Azərbaycan musiqi tarixi" çoxcildliyinin təqdimat mərasimində bəstəkar Sərdar Fərəcovla görüşdük. Sərdar müəllimi "Xalq artisti" fəxri adı alması münasibətilə təbrik edib, sevincimi bölüşdüm...

***

Nəvəm İpək iddialıdır! Mənə mehribanlıq göstərənə o dəqiqə qətiyyətlə bəyanat verir:

- ... Şad baba mənimdir!.. :)

***

Həmişə belə olub - tufandan, fırtınadan, tozanaqdan sonra sakit, təmiz hava gəlib. Dünənlə bugün kimi...

***

Qonşudan piano səsi gəlir, tanış musiqi dəfələrlə təkrar olunur. Yadıma sala bilmirəm - bu dejavyumu, yoxsa uşaqlıqdan, ya hansısa bədii əsərdən, filmdən beynimdə qalan səhnəmi?! Hər nədirsə hüzn yaradır...

***

Coşqu genetikdir...

***

İnternetdə Uzeyir bəy Hacıbəylinin pianodaCəngiifa edərkən videosu yayılıb. Yeni tapıntı kimi təqdim ediblər. O gün AYB- söz düşdü, rejissor Ramiz Həsənoğlu həmin videonu Anar müəllimə göstərdi. Anar müəllim gözucu baxıb dedi ki, bu barmaqlar, bu çalğı Üzeyir bəyin ifası deyil.

"Uzun ömrün akkordları" filmini çəkəndə Anar müəllim videoxronikanı çox araşdırıb Üzeyir bəyin musiqisinə , ifaçılığına da dərindən bələddir.

Anar müəllimin fikri bu məsələdə ən etibarlıdır.

***

"Qonşudan qalma dala" düşüncəsi genimizdə altşüurumuzda möhkəm bünövrə qoyub.

***

"Qanun" nəşriyyatında Anarın " liman" povesti kitab kimi nəşr olunub. Şahbaz Xuduoğlu kitabı mənə hədiyyə elədi. Yadımdadır, əsəri ilk dəfə 11-12 yaşlarımda oxumuşdum. İndi bir oxumaq istədim.

"Qələmsiz yazılanlar"da, özümlə söhbətlərdə belə bir məqam var: "Bilmirəm, mən xarakterimə uyğun əsərlər seçib oxumuşam, yoxsa bu əsərlər mənim düşüncələrimə təsir edib, formalaşdırıb?" Elə həmin vaxtlarda sevə-sevə, dəfələrlə oxuduğum, gözümə təpdiyim "Martin İden"i 40 il sonra, keçən il yenidən mütaliə edəndə heyrətlənmişdim. Əsərdə unutduğum xeyli məqamlar oxuduqca yenidən yadıma düşürdü. İndi o hissələri unutsam da, əsərin təlqin etdiyi ideyaların yeniyetməlik illərindən düşüncələrimə hopub, xarakterimə təsir etdiyi, həyat amalıma çevrildiyi mübahisəsiz idi. " liman"da da belə məqamlar vardı heç şübhəsiz, yeniyetmə Rəşada təsiri olmuşdu. Görməmişliyin, riyakarlığın, yalanın qəhrəmanın dilindən saf səmimi ifşası, pislənməsi, görünür, xarakterimdə bu naqis keyfiyyətlərə qarşı əvvəldən mövcud olan qəzəbi daha da artırmış, düşüncələrimə hopdurmuşdu.

İnsan xarakteri lap körpəlikdən formalaşır. Uşaqlıq illərindəki müşahidələr, mütaliə mühit öz izlərini mütləq salır - uşaqlıqdakı zədələr sağalır, əxz olunan yaxşı keyfiyyətlərdən "can qurtarmaq" olur.

***

Havadan kitab ətri gəlir.

***

İctimai TV AzTV necə sürət götürüblərsə, o biri telekanalları toz aparıb.

***

Yadda saxlamırsansa, oxumağın ... yaşamağın mənası?!

***

İndiki uşaqlar üç dildə dil açır - hərəsindən bir kəlmə...

***

Mən heç vaxtAzercell”ə xəyanət etmədim. Amma o, arada şübhə yaradır məndə. :)

***

Sizcə, bugün neyləyək?! Məsələn, İsi Məlikzadəni yada salaq.

***

Bütün dahilər elə biraz dəliyə oxşayır.

***

Hərə bir şlaqbaum qoyub, oturub yanında...

***

Qadınlardan yorulanda...

***

Akif Aşırlının rəhbəri olduğu "Türk ocağı"nın təşkilatçılığı ilə Atatürk Mərkəzində professor Vilayət Quliyevin Əhməd bəy Ağaoğluya həsr olunmuş kitablarının təqdimat mərasimi keçirildi. Tədbirdən sonra Fəvvarələr bağına çıxdıq. Yağmurlu havada günü əbədiləşdirdik.

***

Deyir, qadınlar savadlandıqca doğmaq istəmirlər! Ona görə Avropada demoqrafik böhran yaşanır...

***

Əzmkarlar sonda həmişə qalib olur. Ən azı Nəsimi kimi.

***

Deyir, adam danışmağa da çəkinir. Ağzını açanda kimin dəyirmanına su tökdüyünü, kimin alətinə çevrildiyini bilmir. Qarışıqlıqdır, yoxsa idarə olunan xaos?!

***

Unutmaq istəyirəm, imkan vermirsən...

***

Sizin ki belə böyük iddianız var, istedadınız aşıb-daşır, bəs niyə statuslarınızı 6-7 adam bəyənir?! :)

***

Dörd tərəfdən hücum çəkən informasiyalardan qaça bilmənin rahatlığı...

***

Oxumadığınız kitabları qaytarın...

***

Qadın həmişə haqlıdır...

***

Təkrar danışmaqdan çəkinməmək yaddaşın möhkəmliyi təsəvvürünü yaradır. Təkrar biliyin anasıdırsa, yaddaşın da atasıdır.

***

Bir adam bəs edir xoşbəxt olmağa...

***

Deyirəm, Qadınlar yaxşılığı unutmurlar, deyir, elə pisliyi ... :)

***

Mətbuat Şurasının təşkilatçılığı ilə Bakı Nəqliyyat Agentliyində görüşdə olduq. Agentliyin sədri Vüsal Kərimli xoş təəssürat bağışladı. Sonra avtobusla şəhəri gəzdik, problemləri müşahidə müzakirə etdik. Çətin ağır bir başlayıblar. Şəhər nəqliyyatını tənzimləmək yolunda Agentliyə hamılıqla uğurlar arzulamaq kömək etmək lazımdır.

***

Zaman mənasızcasına uçub gedir... 30-u keçənlərdə elədir. Gənclərdə fərqli olar yəqin.

***

Səni sellər apardı, şair!..

***

Küləkdən şikayətlənmək haqqımız yox ki! :) Külək taledir -  Bakının bizim taleyimiz...

***

İzmirdə teatra gedən tək azərbaycanlı...

***

Kitabı almağınız və evdə saxlamağınız şərtdir, oxumasanız da olar. :)

***

Professor Niyazi Mehdi "istedadlı yaşamaq" ifadəsini işlətdi. Çox bəyəndim. İzahını professor özü verməlidir yəqin. :)

***

Ağlamağa, şikayətlənməyə həmişə səbəb-bəhanə tapmaq olar.

***

Bilirəm danışacaqsınız...

***

Oktyabr Günəşi feysbuk dostları kimidir, etibar olunası deyil. :)

***

Deyilməmiş söz qalıb ki?!

***

Ölmək rəngini dəyişib itməkdir, xəbərsiz-ətərsiz getməkdir.

***

Elə danışın ki, dinləyənlər yuxulamasın. Tıntınlara nünüklərə aid deyil. :)

***

Sadəlövhlər! Siz Ona dil çatdıra bilərsiniz?! :)

***

Yaşılın saralsın! Belə ifadə ( qarğış?) var dilimizdə?! :)

***

Balaca ölkəyik. Kimin neylədiyini hamı bilir.

***

Sonra yenidən kökələcəksinizsə, heç arıqlamayın. :)

 

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2019.- 19 oktyabr.- S.9.