Alim və müəllim ömrünün bəhrəsi
PROFESSOR ALXAN BAYRAMOĞLUNUN 65 YAŞINA
Alxan Bayramoğlu (Məmmədov)
Bakı Dövlət Universitetinin jurnalistikanın
nəzəriyyəsi və
təcrübəsi kafedrasının
professoru, AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
baş elmi işçisidir.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ) fılologiya
fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 1977-ci ildən
Şamaxı rayon Çöl
Göylər kənd orta məktəbində dil-ədəbiyyat müəllimi
kimi pedaqoji fəaliyyətə başlayıb.
Eyni zamanda məktəb həmkarlar təşkilatının
sədri və Çöl Göylər qiyabi orta məktəbinin
müdiri vəzifəsində
çalışıb.
A.Bayramoğlu Azərbaycan EA Nizami
adına Ədəbiyyat İnstitutunun
əyani aspirantı olub (1982-84). “M.Ə.Sabir
və ictimai-ədəbi
mühit (elmi tərcümeyi-hal məsələləri)”
mövzusunda fəlsəfə
doktorluğu dissertasiyası
(1986) müdafiə edib.
1991-1993-cü illərdə AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
əyani doktorantı olub. “Şamaxı
ədəbi mühiti
(XIX əsrin ortalarından
mart 1918-ci ilə qədər)”
mövzusunda doktorluq dissertasiyası müdafıə
edib (1998). Bu dissertasiya ilə o, Azərbaycan ədəbiyyatşünaslığında
ədəbiyyatın regional aspektdə tədqiqinin əsasını qoyub.
Ondan sonra həmin elmi-nəzəri əsaslar
üzrə bir neçə dissertasiya müdafıə edilib.
Müəllifın doktorluq dissertasiyası əsasında hazırladığı
monoqrafıyanın (elmi
redaktoru AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov, rəyçiləri professor Məmməd
Məmmədov, filologiya
elmləri doktoru Ağarəfı Zeynalzadə
və pedaqoji elmlər doktoru Əjdər Ağayevdir. Monoqrafıyada qədim tarixi-ədəbi
ənənələrə malik Şamaxı mühitinin timsalında
XIX əsrin ortalarından
1918-ci ilin martından
ermənilərin Şamaxıda
törətdikləri mart qırğınlara
qədərki dövrdə
Azərbaycanda maarif və mədəniyyətin
inkişafı, maarifçilik
hərəkatımn başlanması
və inkişaf xüsusiyyətləri araşdırılıb.
“Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə
qədər)” monoqrafıyasında
professor A.Bayramoğlu elmi-tarixi
mənbələrə, arxiv
materiallarına, ədəbi-bədii
nümunələrə istinad
edib, milli-mədəni
fikir tariximizin mənzərəsini regional aspektdən
işıqlandırıb, milli
mənlik şüurumuzun
formalaşmasının obyektiv-subyektiv
əsaslarını göstərib,
bu sahədə xidmətləri olan görkəmli ədəbiyyat
və mədəniyyət
xadimlərinin mövqeyini
qiymətləndirməyə çalışıb. Konkret problem – mövzu üzrə (XIX əsrin II yarısında,
XX əsrin əvvəllərində
ictimai-ədəbi hərəkat
və ədəbi mühit) regional araşdırma
monoqrafıyanın səciyyəvi
xüsusiyyətidir.
Alxan Bayramoğlu
Azərbaycan ədəbiyyatşünaslığında
Mirzə Ələkbər
Sabirin timsalında ilk
dəfə klassik sənətkarın elmi tərcümeyi-halını yazıb. Elmi redaktoru AMEA-nm müxbir üzvü Əziz Mirəhmədov olan “M.Ə.Sabir (qısa tərcümeyi-hal )” (Bakı, “Nurlan”, 2001, 139 s.) və “Mirzə Ələkbər
Sabir (həyatı və əsərləri)”
(Bakı, “Qismət”,
2003, 320 səh., rəyçilər;
professor Məmməd Məmmədov
və professor Kamran Əliyev) monoqrafıyalarda
alim böyük Azərbaycan şairi M.Ə.Sabirin həyat və yaradıcılığına
ilk dəfə ədəbi-tənqidi
baxış ifadə edib, mühüm elmi müddəaları ilə Sabirşünaslığı
zənginləşdirib. Hər iki
əsər klassik sənətkarın bioqrafıyasına
orijinal yanaşma prinsipləri ilə seçilir. Kitabların axırında
M.Ə.Sabirin şeirlərindən
seçmə nümunələr
verilib.
Ədəbiyyatşünas-alim Azərbaycan Xalq Cümhuriyyəti dövrünün
ədəbiyyatı ilə
yaxından maraqlanıb,
uğurlu tədqiqatlar
aparıb. Bu problem ətrafında
“Qafqaz imdadına çatan türkün könül nəğmələri”
(Bakı, 2002, 163 s.), “Azərbaycan
Demokratik Respublikası
dövründə ədəbiyyat”( Bakı, 2003), “Hüququn dərk edən kəslər” (Bakı, 2015) monoqrafıyalarını
çap etdirib.
“Qafqaz imdadına
çatan türkün
könül nəğmələri”
kitabının (Bakı,
2002) məsləhətçisi akademik Əli Abbasovdur. Kitab Azərbaycan və
Türkiyə sənətkarlarının
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə
qarşılıqlı yaradıcılıq
əlaqələrinin tədqiqinə
həsr olunub. Annotasiyada deyilir: “1918-ci ildə Qafqaz İslam Ordusu ilə Azərbaycana gələn türkiyəli
qələm əhlinin
o dövrdəki mətbuatımızda
dərc olunan əsərləri və azərbaycanlı şairlərin
qan qardaşlarına,
onların tarixi xidmətlərinə və
ümumən türk dövlətçiliyinin taleyinə
həsr olunmuş yazılarından nümunələr
təhlilə cəlb
olunmaqla yanaşı,
həmin bədii nümunələr iki bölmədə təqdim
edilib”.
Qafqaz İslam
ordusunun Azərbaycana köməyə gəlməsinin
tarixi-siyasi zərurəti
elmi-tarixi faktların dili ilə əsaslandırılıb,
türk ordusunun Azərbaycan Cümhuriyyətinə
və azəri türklərinə göstərdiyi
xilaskarlıq yardımından
əsaslı bəhs edilib. Kitabda professor A.Bayramoğlunun
“Türk qüdrətinin
xilaskarlıq əzmi”
adlı ön sözü, “Gül, sevin, biz gəldik” bölməsində türk
şairlərindən Məhəmməd
Əmin Yurdaqul, Arif Ürfan Qarosman və Rövşən Əşrəfın,
“Yolunu bəklərdik”
bölümündə Azərbaycan
şairlərindən Umgülsüm,
Məhəmməd Hadi,
Əhməd Cavad, Cəfər Cabbarzadə,
Abdulla Şaiq, Salman Mümtaz, İbrahim Şakir, Əlabbas Müznib, M.Hənəfı
və başqalarının
yazıları özünə
yer alıb.
“Azərbaycan Demokratik
Respublikası dövründə
ədəbiyyat” monoqrafıyasının
elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçisi
professor Asif Rüstəmlidir. Kitabda Cümhuriyyət
dövründə ədəbi-ictimai
fıkri narahat edən taleyüklü problemlərdən, onların
poeziya və nəsrimizdəki ideya-estetik
dərkindən bəhs
olunub, tənqid və ədəbiyyatşünaslığa
konkret baxış ifadə edilib.
Əsər Cümhuriyyət dövünün
ədəbiyyatı haqqında
ilk monoqrafık tədqiqatdır. Kitabın “Bədii
nümunələr” bölməsində
müəllifın ərəb
qrafıkasından transliterasiya
etdiyi poeziya, nəsr və publisistika nümunələri,
izah və qeydlər verilib.
Monoqrafıyanın “Cümhuriyyət ədəbiyyatı...”
adlı ön sözünün müəllifı
AMEA- nın müxbir üzvü,
professor Yaşar Qarayevdir.
O, Alxan Bayramoğlunu Cümhuriyyət dövrü
Azərbaycan ədəbiyyatının
ilk monoqrafık tədqiqatçısı
kimi yüksək dəyərləndirib. Alimin “Azərbaycan
mühacirət mətbuatına
dair mühazirələr”
adlı dərs vəsaitinin redaktoru prof. Cahangir Məmmədli, rəyçisi
filologiya elmləri doktoru Abid Tahirlidir.
Kitabda milli mühacirət irsimiz, xaricdə nəşr olunan “Yeni Kafkasiya”,
“Azəri türk”, “Odlu yurd”, “Yaşıl
yarpaq”, “Qurtuluş”, “Azərbaycan yurd bilgisi”, “Azərbaycan” jurnalları və “Bildiriş”, “İstiqlal” qəzetləri haqqında
müfəssəl elmi-metodik
informasiya verilib.
Professor A.Bayramoğlu “M.Ə.Sabir mətbuatda” monoqrafıyasında satirik
sənətkarın mətbuat
orqanları ilə işgüzar yaradıcılıq
əlaqələrinin tarixindən
bəhs edib. O, şairin
“Həyat”, “İrşad”
və “Tazə həyat” qəzetlərində
Şamaxı bölgəsi
üzrə müxbiri,
“Səda”, “Həqiqət”
və “Günəş”
qəzetlərində redaksiya
əməkdaşı kimi
çalışmalarının səciyyəvi xüsusiyyətlərini
diqqətə çəkib,
habelə, adı çəkilən mətbuat
orqanlarında M.Ə.Sabir
haqqında ilkin materialları üzrə çıxarıb təhlil
predmeti edib.
“Bənzərəm bir
qocaman dağa ki ...” məqalələr toplusu professor Alxan Bayramoğlunun iri həcmli kitabıdır. Nəşrin redaktoru professor Şirindil
Alışanlıdır. Kitabda M.Ə.Sabirin həyat və yaradıcılıq
yolu, onun poetik və publisistik irsi, M.Ə.Sabir ədəbi məktəbi, sabirşünaslığın
problemlərinə elmi-tənqidi
baxış, sənətkarın
tərcümeyi-halınm yazılması
prinsipləri özünə
yer alıb, şairin poeziya məktəbinə məxsus
bəzi müəlliflər
haqqında yeni materiallar tədqiqata cəlb olunub.
Alxan müəllim
elmi fəaliyyətlə
yanaşı, tədris
sahəsində də
çalışır. O, Bakı
Dövlət Universitetinin
professorudur. Bu sahədə fənn proqramları və dərs vəsaitlərinin
müəllifıdir. Alimin xüsusilə “Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi
oçerki (Qədim dövrdən 1930 illərədək)”,
“Azərbaycan jurnalistika
məktəbləri” və
“Jurnalist sənətkarlığı”
adlı dərs kitabları diqqəti cəlb edir.
“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki” adlı vəsaitin elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri professor Xəlil Yusifli, professor Təyyar Salamoğlu, professor Yaqub Babayev və dosent Məti Osmanoğludur. Əsər “Kitab və onun yaranmasına dair”, “Uzun yola müxtəsər baxış” adlı ön söz və “Milli ədəbi fıkrin inkişaf yolu” və “Sosrealizm: itkilərimiz, qazanclarımız” hissələrindən ibarətdir. Aydındır ki, Azərbaycan ədəbiyyatı qədim tarixi ənənələrə və inkişaf mərhələlərinə malikdir. Professor Alxan Bayramoğlu çoxillik elmi araşdırmalar və tədris-metodik fəaliyyətinin nəticələrini öz kitabında vahid elmi-nəzəri axarda ümumiləşdirib, ədəbi-ictimai fıkrimizin qədim dövründən başlayaraq 1930-cu illərə qədərki dövrün ədəbi abidələri, tədqiqat istiqamətləri və ədəbi şəxsiyyətləri haqqında məlumat-informasiya verib. “Sosrealizm: itkilərimiz, qazanclarımız” bölməsində müəllif sovet dövründə milli-mədəni düşüncə və yaradıcılıq məsələlərinə nəzər salıb. Kitab fıloloqlar, doktorant və magistrlər, müəllim və tələbələr üçün nəzərdə tutulub.
Professor Alxan Bayramoğlu yazır: “Bu əsəri yazarkən “199899-cu tədris ilindən başlayaraq əvvəl Elm və Təhsil Mərkəzi “Təfəkkür’’ Universitetində Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı, 20032004-cü tədris ilindən isə Odlar Yurdu Universitetində fılologiya və jurnalistika fakültəsində Azərbaycan ədəbiyyatı tarixi fənnindən mühazirələr oxuyarkən həmin elmi və elmi-metodiki bazaya, həmçinin öz araşdırmalarımıza arxalanmışıq. 2006-cı ildə tərtib və nəşr etdirdiyimiz “Azərbaycan ədəbiyyatı tarixi” adlı tədris proqramında qədim dövrdən 2005-ci ilə qədərki dövr əhatə olunmuşdur....” Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki (Qədim dövrdən 1930-cu illərədək)” kitabı da həmin elmi-nəzəri və təcrübi- metodiki baza əsasında yazılmışdır.”
Alxan müəllim BDU-nun “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasında çalışır. Onun “Azərbaycan jurnalistika məktəbləri” kitabı Azərbaycan Mətbuat Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə nəşridir. Nəşrin redaktoru və ön söz müəllifı Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşov, rəyçisi dosent Aygün Əzimovadır. “Kitab humanitar sahə mütəxəssisləri – jurnalistlər, fıloloqlar, tarixçilər və həmin ixtisaslar üzrə magistlər, doktorantlar üçün faydalıdır”. Nəşrdə milli jumalistikanın müxtəlif yaradıcılıq məktəblərinin xüsusiyyətləri haqqında əhatəli məlumat verilir.
Müəllifin 2015-ci ildə “Jurnalist sənətkarlığı” monoqrafıyası çap olunub. Kitabın redaktoru professor Cahangir Məmmədli, rəyçisi professorlar Nəsir Əhmədli və Akif Rüstəmovdur. Əsərdə jurnalistikanın sənətkarlıq xüsussiyyətlərindən bəhs olunub.
A.Bayramoğlu eyni zamanda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur. O, çapa hazırlanan Azərbaycan ədəbiyyatı tarixi ( V cild) redaksiya heyətinin üzvü və əsas müəlliflərindən biridir.
Uzun illər akademiyanın Ədəbiyyat İnstitutundakı Dissertasiya Şurasının üzvü olan alim hazırda BDU Müdafıə Şurasının üzvüdür. A.Bayramoğlu 600-ə yaxın elmi məqalə, 13 monoqrafiya, tərtib, ön söz, lüğət və şərhlərdən ibarət 6 kitab, ali məktəblər üçün 4 dərs vəsaiti və 7 tədris proqrammın müəllifıdir.
Alxan Məmmədov (Bayramoğlu) gənclik illərindən başlayaraq fəal, işgüzar və fədakar ziyalı kimi tanınıb, elmi-mədəni tədbirlərdə, konfrans və simpoziumlarda, ictimai işlərdə fəal iştirak edib, mənsub olduğu kollektivin dərin hörmətini qazanıb.
Oktyabrın 22-də Alxan müəllimin 65 yaşı tamarn olur. Biz AMEA Nizami Gəncəvi adma Ədəbiyyat İnstitutu və Bakı Dövlət Universitetinin professoru Alxan Bayram oğlu Məmmədovu ömrünün 65-ci ili münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.
Əlizadə ƏSGƏRLİ
AMEA Nizami Gəncəvi
adıına Ədəbiyyat İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru
525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.20.