Azərbaycan "Mustay Kərim-100" günlərində təmsil olunub

 

 

Oktyabrın 18-20-də Ufa (Öfö) şəhərində Başqurdustan xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, dövlət və ictimai xadim, şair-dramaturq Mustay Kərimin anadan olmasının 100 illyii ilə bağlı silsilə tədbirlər keçirilib.

Tədbiri RusiyaBaşqurdustan hökuməti və Mustay Kərim Fondu təşkil edib.

Zəngin proqramı olan (Mustay Kərim adına məktəbin və xatirə lövhəsinin açılışı, ustadın ağacların əkilməsi, Mustay Kərim şeir şöləninin keçirilməsi və s.) tədbir Toratau sarayında təntənəli yubiley gecəsi ilə davam edib.

Rusiya prezidenti Vladimir Putunun təbrik məktubu ilə açılan gecədə bir sıra dövlət və hökümət adamları, xarici qonaqlar, səfirlər çıxış edib.

Ölkəmizi yubiley tədbirlərində Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli təmsil edib. O, AYB sədri, xalq yazıçısı Anarın təbrik məktubunu mərasim iştirakçılarına çatdırıb.

Mustay Kərim” günlərinin ən yaddaqalan hissəsi ustadın anadan olduğu Kuleş kəndində  xalq gəsintisi” olub.

Qonaqlar başqurdların zəngin mədəniyyəti, adət-ənənəsi, folkloru və mətbəxilə tanış olublar.

Mərasim “Qızlar Qalası” dağında Mustay Kərimin şərəfinə tonqalın yandırılması və el şənlikləri ilə davam edib.

Tədbirə dəvət edilmiş qonaqlara Mustay Kərim adına xatirə medalı təqdim edilib.

Mustay günləri” çərçivəsində Elçin Hüseynbəyli Başqurdustan Yazıçılar Birliyinin nümayəndələri ilə də görüşüb. Tərəflər ədəbiyyat sahəsində əlaqələrin intensivləşməsinin vacubliyini qeyd edib.

 

Şahanə

 

525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.13.