Gəncədə Nəsimi
təntənəsi
AYB-nin
Gəncə bölməsində Gəncə şəhər
İcra Hakimiyyətinin dəstəyi ilə İmadəddin Nəsiminin
650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı
tədbir keçirilib.
AYB-nin
Gəncə bölməsinin sədri, şair-dramaturq, Əməkdar
mədəniyyət işçisi Xəzangül Hüseynova
tədbirin əhəmiyyətindən danışıb.
İmadəddin Nəsimi dühasının 650 ildir bəşəriyyəti heyran etdiyini söyləyən X.Hüseynova şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi mütəfəkkirin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Gəncəbasar yazarlarının da qoşulacağını vurğulayıb.
Yazıçı, Əməkdar jurnalist Qərib Mehdi, yazıçı-publisist Nüşabə Əsəd Məmmədli çıxışlarında Nəsimi təfəkküründən doğulan əsərlərin mahiyyətinin hələlik tam açılmadığını bildirib, Nəsiminin hər misrası üzərində düşünməyin lazım olduğunu diqqətə çatdırıblar.
Məktəblilər Nəsiminin şerlərini rus, ingilis və ərəb dillərində söyləyiblər. Tədbirə qatılmış şairlər Nəsimiyə həsr etdikləri şeirlərini oxuyublar.
Sonda
iştirakçılar Nəsimi dünyasına həsr edilmiş sərgiyə baxıblar.
Şahanə
525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.13.