Milli Kitabxanada yeni sərgilər
Oktyabrın
22-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən biri, ədəbiyyatşünas-alim,
filologiya elmləri doktoru, professor Alxan Məmmədovun (Alxan
Bayramoğlu) anadan olmasının 65 illiyi münasibətilə
“Alxan Bayramoğlu – 65” adlı kitab sərgisi
açılıb.
Sərgidə ədəbiyyatşünas-alimin müəllifi olduğu əsərlər, elmi redaktoru, “Ön söz” yazdığı, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Dünən həmçinin Cavidlər nəslinin görkəmli nümayəndəsi, musiqişünas, tədqiqatçı, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrul Cavidin anadan olmasının 100 illiyi münasibətilə “Ərtoğrul Cavid – 100” adlı kitab sərgisi açılıb.
Milli Kitabxanadan bildirilib ki, bir həftə davam edəcək sərgidə Ərtoğrul Cavidin əsərləri, not-musiqi əsərləri, haqqında yazılan kitablar nümayiş olunur.
Qeyd edək ki,
qısa ömründə zəngin irs yaradan Ərtoğrul Cavid
Azərbaycan mədəniyyətinin, musiqisinin
inkişafında, xalq
mahnılarının toplanıb nota
salınmasında misilsiz xidmətlər
göstərib.
Şahanə
525-ci qəzet.- 2019.- 23 oktyabr.- S.14