Elşad Eyvazlı beynəlxalq
təşkilatda sədr
müavini seçildi
Bu gün Ankarada
Qlobal Qəzetçilər
Şurasının (Küresel
Qazeteçiler Konseyinin)
İdarə Heyətinin
toplantısı keçirilib.
Modern.az xəbər verir ki, iclasda azərbaycanlı
jurnalist, Parlament Jurnalistləri Birliyinin
sədri, Modern.az saytın
rəhbəri Elşad
Eyvazlı Şuranın
xarici əlaqələr
üzrə sədr müavini seçilib. Xarici ölkələrlə bağlı
bütün əlaqələr
E.Eyvazlıya həvalə
olunub.
Xatırladaq ki, Qlobal Jurnalistlər
Şuraşı 9 yanvar
2019-cu ildə Ankarada təsis edilib. Anadolu Mediası
Gücbirliyi Platforması
(AGP) və DİM Medianın
İdarə Heyətinin
sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib.
Azərbaycandan Parlament Jurnalistləri
Birliyinin sədri Elşad Eyvazlı da qurucular arasında
yer alır.
Bir neçə
gün əvvəl Qlobal Jurnalistlər Şurasının Bakıda
da toplantısı təşkil edilib. Toplantı çərçivəsində
Azərbaycanda önəmli
görüşlər keçirilib.
Azərbaycanda keçirilən toplantıda
Qlobal Jurnalistlər Şurasının Bakı
Bəyannaməsi qəbul
edilib. Oktyabrın 14-də Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Qlobal Jurnalistlər Birliyini rəsmən təsdiqləyib.
525-ci
qəzet.- 2019.- 25 oktyabr.- S. 3.