Suraxanıda Nəsiminin 650 illiyilə bağlı elmi sessiya keçirilib
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin
birgə təşkilatçılığı ilə
görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbir iştirakçıları əvvəlcə
Ulu Öndərin Suraxanı rayonunda ucaldılmış abidəsi
önünə gül
dəstələri qoyub,
xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
İlqar Abbasov çıxış edərək
Prezident İlham Əliyevin Sərəncamı
ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin
yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi
olduğunu bildirib. Diqqətə çatdırılıb ki, məhz bu
Sərəncamın işığında
həm respublikamızda,
həm də xaricdə şairin yubileyi münasibətilə
silsilə tədbirlər
keçirilir. Ölkəmizdə mədəniyyət və
incəsənətə göstərilən
dövlət qayğısından
danışan icra başçısı Azərbaycanın
görkəmli şəxsiyyətlərinin
yubileylərinin keçirilməsi
ənənəsinin ulu
öndər Heydər
Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Qeyd olunub ki, Ümummilli
Liderin əsasını
qoyduğu mədəniyyət
siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli mütəfəkkir
şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında
mövqeyindən danışıb.
Ədibin yaradıcılığının
Azərbaycan dilinin və ədəbiyyatının
inkişafında mühüm
yer tutduğunu deyən İsa Həbibbəyli müstəqillik
dövründə Nəsimi
irsinə yenidən qayıdışın böyük
əhəmiyyət daşıdığını
vurğulayıb. Alim
Ədəbiyyat İnstitutu
tərəfindən “Böyük
Azərbaycan şairi İmadəddin Nəsimi” adlı monoqrafiya hazırlandığını, azərbaycanlı alimlərin
Serbiya, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan
və digər ölkələrdə şairə
həsr olunmuş tədbirlərdə iştirak
etdiklərini diqqətə
çatdırıb.
İsa Həbibbəyli
xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
İmadəddin Nəsiminin
600 illik yubileyi
UNESKO-nun tədbirlər siyahısına
daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Tədbirdə İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun
Nəsimi yaradıcılığı
ilə bağlı nəşrlərini Suraxanı
Rayon İcra Hakimiyyətinə
hədiyyə edib.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru,
professor Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali
təhsil müəssisəsində
“Nəsimi ili” çərçivəsində həyata keçirilən
tədbirlər haqqında
məlumat verib. Bildirib ki, bu
il Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti tərəfindən
mütəfəkkir şair
İmadəddin Nəsimiyə
ithaf olunan “Hüsnü-cəmal, əqli
kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib.
Bundan əlavə, universitet tərəfindən şairin
qəzəlləri əsasında
muğamlardan ibarət
kompozisiya hazırlanıb.
Sonra Ədəbiyyat İnstitutunun
elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə
doktoru, dosent Aygün Bağırlı
“Azərbaycan ədəbiyyatında
Nəsimi mövzusu”, Orta əsrlər Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru, dosent Fəridə Əzizova “İmadəddin
Nəsiminin həyatı
və mühiti”, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin
müdiri, filologiya üzrə elmlər doktoru, dosent Mahirə Quliyeva “Nəsiminin sənətkarlıq
dünyası” mövzularında
məruzələrlə çıxış
ediblər.
Tədbir “Nəsimi” filmindən fraqmentlər və Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
müəllim və tələbə heyətinin
təqdimatında bədii
hissə ilə davam edib. Nəsiminin şeirləri
səsləndirilib və
muğam ifaçıları
qəzəllərini oxuyublar.