Murad Köhnəqalanın
yubileyi qeyd olunub
Ötən
gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan"
klubunda şair, yazıçı Murad Köhnəqalanın
60 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə
AYB katibliyi, tanınmış ədəbiyyat, mədəniyyət
nümayəndələri, şairin oxucuları və
jurnalistlər iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid
AYB-nin sədri, Xalq yazıçısı Anarın və
katibliyin təbriklərini çatdırıb.
R.Məcid
yubilyarla tanışlığından danışıb,
M.Köhnəqalanın şeirləriylə Azərbaycan
poeziyasına yeni nəfəs gətirdiyini söyləyib və
tədbiri aparmağı tənqiçi Əsəd Cahangirə
həvalə edib.
M.Köhnəqalanın
yaradıcılığı haqqında ətraflı məlumat
verən Ə.Cahangir, onun həm poeziya, həm də nəsrdə
uğurlu əsərlərinin olduğunu deyib.
Professor
Rüstəm Kamal yubilyarın poeziyası haqqında məruzəylə
çıxış edib.
AYB-nin Ədəbiyyat
Fondunun direktoru, şair, yazıçı Əjdər Ol Murad
Köhnəqala haqqındakı yazılarından, onun
poeziyasından söz açıb, eyni zamanda yubilyarı birgə
xatirələrinə əsasən bir insan, şəxsiyyət
kimi də şərh edib.
Yazıçı
Elçin Hüseynbəyli çıxışında Murad
Köhnəqalanın şeirlərinin müasir Azərbaycan
poeziyasında önəmli yer tutduğunu vurğulayıb.
Daha sonra
çıxış edənlər yubilyarın
yaradıcılığı haqqında xoş
düşüncələrini söyləyib, onu yeni
yaşı münasibətiylə təbrik edib, can
sağlığı, yaradıcılıq uğurları
arzulayıblar.
Sonda
çıxış edən Murad Köhnəqala ona göstərilən
diqqətə görə AYB rəhbərliyinə, tədbirdə
çıxış edən hər kəsə təşəkkür
edib.
MEHRİ
525-ci qəzet.- 2019.- 25
oktyabr.- S. 13.