1971-ci
ildə Təbrizin Hesar məhəlləsində doğulub.
Təhsil
almaq üçün məktəbə getdiyində müəllimləri
ona və sinif yoldaşlarına bütün dərsləri
yalnız fars dilində keçib, fars dili və ədəbiyyatını
öyrədiblər.
Məktəbə
getməzdən öncə isə türkcə
yazıb-oxumağı atasından öyrənib mənimsəyib,
bir çox şairlərin şeirlərini əzbərləyib.
Şeir
oxumağı və oxuduğu şeirləri əzbərləməyi
çox sevdiyindən, getdiyi yerlərdə hamıya şeir
oxuyub.
Təbrizdə
xalq və sənətkarlar tərəfindən düzənlənən
musiqi tədbirlərinin bir çoxunun aparıcısı
olmaq ona həvalə edilib. Beləliklə də kitab ola bilməyən
şeirlərini səhnələrdən xalqına
canlı-canlı çatdırıb. Azəryar insanların
qulağına xoş gələn məlahətli səsini də
Tanrının neməti sayır. Bu səs onu canlı şeir
kitabı kimi yaşamağa doğru çəkir və
bulunduğu hər yerdə insanlara sevə-sevə şeir
oxumaqla Vətənə olan övladlıq borcumu ödəməyə
çalışır...
Ssenari,
pyes, şeir,eləcə də mahnı sözləri yazmaq və
aparıcılıq etmək onun illər boyu əsas fəaliyyəti,
həm də ən sevimli məşğuliyyəti olub.
Bütün qadağanlara rəğmən səhnədə
saysız-hesabsız çıxışları olur, qələmə
aldığı ssenarilər teatr səhnəsində
tamaşalara dönüşüb. Təbriz televiziyası
üçün bir neçə serial (dizi) mətni yazıb.
İctimai motivli şeirləri ona böyük ədəbi
hörmət qazandırıb.
Lalam mən
Yenə
payız şəhərimə çəkdi rəng,
İl
başladı, mədərsələr çaldı zəng,
Haray
gəldi mədrəsədən dəng-dəng,
Çantamı
mən götürmüşəm əlimdə,
Eyvay,
yenə dilim qaldı evimdə...
Dərs
verilir dünyanın hər yerində
Uşaqlara
öz ana dillərində...
Hərə oxur öz baba tarixində
Mən də burda özgə dildə ağlıram.
Dəftərimi tərsədən varaqlıram,
Ey vay, indi dilim evdə
darıxır.
Bu sayqısızlıq onu hətmən sıxır,
Tez-tez divardaki saata baxır
Yolumu gözləyir evə qayıdım,
Yatmış dilimi yuxudan ayıldım.
Yenə
bu gun suya deyəcəyəm “ab”,
Necə verəcəyəm dərslərə
cavab?!
Titrəyəcək əlim, düşəcək kitab,
Uşaqlar hay çəkib güləcək
mənə,
Döyünəcək kiçik ürəyim yenə...
Evdə
anam səslər ay dilli balam
Yazıq
bilmir mədrəsədə
mən lalam
Elə ancaq dərslərdə iyirmi alam.
Yoxsa nə mən mənəm, nə də mədrəsəm,
Niyə gərək indi belə tələsəm?
Film kimi o günü görrəm hərdən,
Əvvəl günü düşdü
dilim dəyərdən,
Atalara “pedər” deyildi birdən,
Mənim
dilim oldu gülmək ağacı,
Hər bir şeyi öyrənirəm
qıyqacı.
Ana oldu “maadər”, yuxu oldu “xab”,
Hər sözümə tərsədən
aldım cavab,
Başlandı fikrimdə o gündən əzab.
Anam yalançıdır,
yoxsa müəllim?!
Doğrusunda hansıdır mənim dilim?!
Bu gündə başladı
yenə mehrayı,
Bu ildə bilirəm hər ilin tayı,
Əzab çəkib gözləyəcəyəm
yayı.
Yayda bəlkə danışım
öz dilimdə...
Eyvay, yenə dilim qaldı evimdə!
Dərd
bir olsa, iki olsa dözərəm!
Qarşımda yol dəniz olsa üzərəm,
Ceyran olub dağ-dərəni gəzərəm,
Amma deyənmərəm özgəyə
ana!
Önümdə öz anam od tutub
yana!
Mənim
anam “madər” deyil, anadır,
Hamı
dil bir yana, o, bir yanadır,
Fəxri
dünyalara,nə İranadır...
Nədən yasaq olub mənim
öz adım?!
Niyə çatmır elə, səsim, fəryadım?!
Qolçaq kimi köklənibdir
müəllim,
Ayağımı bağlır mənim
öz əlim!
Susub baxır
buna mehriban elim.
Bir də Nəsimi soyulur dəridən
Ayaq deyil, dildi bizi
yeridən!
Azəryaram, öz dilimə
bağlıyam,
Yeri vardır, vay deyəm, qan ağlıyam,
Bu dərdə mən
bir ömürdür dağlıyam.
Odda yanır ayım, günüm, ilim də!
Eyvay, yenə dilim qaldı evimdə!
Azəryar Danişvər
525-ci qəzet.- 2019.- 25 oktyabr.- S. 15.