Tüdor sülaləsinin uğurları və
bədbəxtliklər seriyası
(Əvvəli
ötən şənbə sayımızda)
Meridən
Stirlinq qəsrində yaşayan Marqaretə gələn məktubda
deyilirdi:
"... Anna krala təslim olmayacaqdır. Onlar
qızın ləyaqəti barədə böyük söhbət
aparırlar ki, o, necə də bir tufan qaldırandır.
Mən heç vaxt buna bənzər şirnikləndirmə
görməmişəm. Bizim
hamımız onun bəkarətini götür-qoy edirik.
O, ətəyi aşağıdan kəsilmiş
paltarını geyinəndə, onun kapyuşonları geri itələnir.
O, fransız aksenti ilə danışır və yeretik
kitabları oxuyur. O, həqiqətən də, modern, gənc
qadındır. O, fahişələr kimi rəqs edəndə,
biz əsl ciddi adamlara çevrilirik. Kraliça
xəstədir. Mən real olaraq bilirəm
ki, bu qız nahar süfrəsi arxasında özünü necə
aparacaqdır. Gənc qadınlar dadlı
xörəkləri yeməklə yanaşı, öz
qaşıqlarını da yalayırlar.
Mən saray mühitini çətin götürürəm. Əgər
Çarlz təkid etməsə, mən, ümumiyyətlə,
ora getmərəm. Katerina səndən
xahiş edir ki, nikah vəziyyətinin altını qazmaq
üçün heç nə etməyəsən. O
eşitmişdir ki, sən oğlunun sarayını tərk
etmisən ki, öz yeni məşuqunla yaşayasan. Mən ona
dedim ki, bu, yalan məlumat olmalıdır. Mən bilirəm ki, sən belə şey etməzsən.
Həm özünə görə, həm də
bizə görə. Sən etməyəcəksən,
məgər edəcəksənmi? Səni
and verirəm ki, bunu etmə".
Kral VIII Henri artıq 1527-ci ildə Katerina Araqonlunu
boşamaq haqqında məsələ
qaldırmışdı, lakin bu məsələnin çox
uzanacağını ağlına da gətirmirdi. Boşanmaq
üçün Bibliyadakı "Levitlər"
kitabındakı olan belə bir prinsipi əsas tuturdu ki,
qardaş öz qardaşının dul arvadına evlənə
bilməz. Buna görə də Katerina ilə
olan nikahının Allah tərəfindən əvvəlcədən
lənətləndiyi ideyasını irəli
sürürdü. O, dini qaydanı əsas götürərək
deyirdi ki, qardaşımın arvadı mənim bacımdır
və Katerinaya da dedi ki, sən mənim arvadım ola bilməzsən.
Marqaret
Stirlinq qəsrində Henriyə dedi ki, Müqəddəs Ata
(papanı nəzərdə tutur) mənim
boşanmağıma icazə vermişdir. Nəhayət,
mən Arçibalddan azadam. Arçibalda
dedilər ki, o, axırda uduzdu. Marqaret
(qızı) bastard adlanmayacaqdır və ana Marqaret tələb
edəcəkdir ki, qızı onunla yaşasın.
1528-ci
ilin yazı
Marqaretə Stirlinq qəsrində bir kağız göstərdilər. O soruşdu: "Bu nədir?"
"Həbs barədə sənəddir".
"Kimin həbsi barədə? Onlar kimi istəyirlər". "Onlar
kralın razılığı olmadan xain Henri Styuart regent
kraliçaya evləndiyinə görə onu istəyirlər".
Henri dedi:
"Mən gedəcəyəm. Əsir
götürülməkdənsə, könüllü getməliyəm".
Marqaret onu geri dartmaq istədi: "Mən sənin arxanca gedəcəyəm
və mən Arçibaldla görüşəcəyəm. Əgər mən onun qarşısında olsam, o, məndən
imtina etməyəcəkdir, sənə görə onu
inandıracağam".
Henri dedi:
"Bu, Arçibald deyildir. Bu həqiqi sənəd
sənin oğlun Ceymsin özündən gəlir. O da
İngiltərə kralının məsləhəti ilə hərəkət
edir. Qardaşın istəyir ki, bizi xəyanətə
görə mühakimə etsinlər, oğlun isə mənim
ölməyimi istəyir".
1528-ci
ilin yayı
Marqaret
Arçibalda, Ceymsə məktublar yazdı. O, həmçinin,
Meriyə, Katerinaya, Harriyə, kardinal Uolsiyə yazdı. O
deyirdi ki, cəsarətim çatsa, VIII Henri sarayının ən
qüdrətli məsləhətçisi olan Anna Boleynə də
yazacağam. Marqaret oğlu Ceymsdən cavab
aldı. O, anasının Henri Styuarta mərhəmət
göstərilməsi xahişi barədə heç nə
yazmamışdı.
Marqaret digər müraciətlər seriyasını da
yazmağa başladı. Oğlu ilə görüşdükdə Ceyms
anasını qucaqladı, onu öpdü və dedi: "Mən
uzağa gedəcəyəm". Sonra bildirdi ki,
Edinburq qəsrinə məktub yazmışam ki, Henri
Styuartı azad etsinlər.
Anası
dedi: "Əlbəttə, mən düşünürəm
ki, sən mənim ərə getməyimə zidd olacaqsan".
Oğlu cavab verdi: "Mən nikahın
deyil, skandalın əleyhinə idim. Arçibald
sənin ərini mənim adımdan həbs etməyə
göstəriş vermişdi. Sənin
qardaşının xoşuna gəlmək istəyirdi, yəqin
ki, o düşünürdü ki, sən və mən
bir-birimizə düşmənik. Əlbəttə, Henri
Styuart mənim seçimim deyildir, lakin əgər o, səninkidirsə,
azad ola bilər və mən onu lord edəcəyəm.
Bu, mənim hökmranlıq edən kral kimi ilk hərəkətim
olacaqdır".
İngiltərə kralı həmişə qraf Anqusa rəğbət
bəsləmişdi. Qardaşının Marqaretə dəstək
vermədiyinə görə, qadın biabır olmuşdu.
İngiltərə kralının bacısı
oğlu Ceyms indi Şotlandiyada real olaraq taxt-taca
çıxmışdı və bacısı isə digər
bir lorda ərə getmişdi.
1528-ci
ilin payızı
Arçibald Marqareti Edinbrq qəsrində qoyub
qaçmışdı, onun torpaqlarını ələ
keçirmişdi. Uşaqlarının hər ikisini
oğurlamışdı və öz ambitsiyası naminə
öz xalqı ilə də müharibə etmişdi. O,
həm də yara almış ər və sürgün
edilmiş qəhrəman kimi qiymətləndirilirdi.
Sabahısı
günü Marqaret bacısı Meridən məktub aldı:
"Papa leqatı kardinal Kampeccio İngiltərəyə
gəldi və kardinal Uolsi ilə və bizim
qardaşımız kralla görüşdü. Harri öz
nikahının yararlı olmasına heç bir şübhənin
olmadığına inandırıldı və heç kəs
inkar edə bilməz ki, kral çox narahat idi. Mademuazel Boleyn öz xəstəliyindən
sağaldı və indi o, Heverdə gizlənir ki, heç kəs
burada eqoist bir arzu məsələsinin olduğunu güman edə
bilməsin. Mən ümid edirəm ki,
kardinal Kampeccio öz əminliyinə son qoyacaqdır. Katerina ona Papa Yulinin məktubunu göstərdi ki, o və
Harri, əgər Artur onunla intim yaxınlığı etməyibdirsə,
evlənə bilərdilər. Burada qanunun əsasına
heç bir xətər toxunmamışdı.
"Eh, Meqqi, Kardinal Katerinadan rahibəliyə istirahətə
yollanacağını və Harrini tərk edəcəyini nəzərdə
tuturmu?" sualını soruşanda, mən orada idim. O, çox sakit idi. O dedi ki,
Allah onu matrimoni vəziyyətində olmağa
çağırmışdı və o, həmişə
yaxşı arvad olmuşdur. O dedi ki, heç vaxt Harrini pis vəziyyətə
salmamışdır. O, istirahətə getməyəcəkdir
və Kampeccio da onu heç vaxt inandıra bilməz.
Sənin ərin Anqus isə saraydadır, o, qəşəng
kişidir və yaxşıdır. O, sənin onu satdığından
söhbət salır. O inanır ki, sənin Henri Styuartla
nikahın qanunsuzdur. Sənin oğluna pis məsləhətlər
verilir və sən günahkar vəziyyətindəsən.
Marqaret, mən dua edirəm ki, sən bu bədbəxtliyi
həll edəsən və Arçibaldı evə dəvət
edəsən. Arvadın necə
olmasını Katerina bizə göstərir. O, məndən
xahiş etdi sənə yalvarım ki, qrafı saraya, öz
yerinə bərpa edəsən. Bu barədə,
Katerina barədə və oğlun barədə
düşün. Həmçinin,
özün barədə düşün, əgər sən həqiqi
ərinlə barışmasan, heç vaxt onu görməyəcəksən.
Mən sənə və Katerinaya görə
çox bədbəxtəm. Mən bizim
ailənin dağılmasına, parçalanmasına dözə
bilmərəm. Sənin dünya
qarşısında özünü səfeh göstərməyinə
mən dözə bilmərəm".
1528-ci
ilin qışı
Marqaret düşünürdü ki, Katerina əgər
Harrinin qardaşının arvadı olmaqla, heç vaxt onun
arvadı olmasaydı, görən necə olardı?
Harri
yazırdı:
"Əgər
bizim nikahımız Allahın qanununa ziddirsə, onda mən təkcə
belə yaxşı ledi ilə və sevimli kompaniyamla
ayrılmaqdan kədər hiss etməyəcəyəm, lakin
daha çox yalvarış və mənim bədbəxt
şansım ondan ibarətdir ki, mən uzun müddət əxlaqsızlıqla
məşğul olmuşam, bundan da Allahın çox
acığı gəlir və bu səltənətə vərəsə
vermək üçün öz bədənimdən
doğulan həqiqi varisə malik deyiləm. Bu,
məni ağrıdır və ağlımı
qarışdırır, bu, mənim vicdanını narahat edən
zərbədir və bu ağrılar üçün mən
dərman axtarıram. Ona görə də, ən əziz
bacım, mən səndən tələb edirəm ki, bizim
inamımızı və sənə etiraf etməyimizi bizim təbəələrə
və dostlarımıza elan et".
Marqaret əri
Henri Styuarta dedi ki, "Allah ona yar olsun və onun Anna Boleynə
istəyi, həqiqətən də, kişiyə narahatlıq
verən şeydir, - uzun müddət belə nikahda olasan və
sənə məlum ola ki, sənin
nikahın yararsızdır, onun hüquqi qüvvəsi
yoxdur".
Henri dedi:
"Bu, dəhşətdir. Lakin onun israr etdiyindən
görünür ki, onun sarayının ən yaxşı
otaqlarında heç bir gözəl gənc qadın
yoxdur".
Meri
yazırdı:
"Katerinaya otaqlarında yaxşı qulluq edilmir, Boleyn
və Norfolk lediləri hətta indi onun otağına gəlmirlər. Bizim
qardaşımız kral da onunla birlikdə nahar etmir, o,
heç vaxt gecəni də onun yatağında
keçirmir".
1529-cu ilin yazı
Əlbəttə, Marqaretin oğlu Ceyms öz dayısı qızı printsessa Mariyaya (Meriyə) evlənməli olduğu barədəki istənilən ideyanın əliyinə çıxırdı. Əgər burada, ümumiyyətlə, hansısa bir şans olsaydı, qızın anası sadəcə dul printsessa olacaqdır, qız kral bastardı olacaqdı və bu qız bütünlüklə Şotlandiya kralının arvadı olmağa yaramazdı. Ceyms anasına deyirdi ki, "Qardaşın kral nə istəyirsə, onu da bütövlüklə edəcəkdir".
Marqaret Meridən məktub gözləyirdi. Katerina kraliça olanda Marqaretin əleyhinə dəhşətli qaydada çalışırdı, indi vəziyyəti ağırlaşanda isə ona kömək göstərilməsini tələb edirdi.
Meri məktubu salamsız başlayıb yazırdı:
"Anna Boleyn öz mövqeyini hər yolla möhkəmləndirir. O, kraliçanın özü kimi yüksək şəraitdə yaşayır. Şəhərdəki və bütün İngiltərədəki qadınlar bilir ki, Boleynlər fahişəsi (onlar qızı belə adlandırırdılar) bizim kraliçanın yerini tutmağa cəhd etməyi arzulayır. Əgər Harri saraydan sadəcə icazə istəmək qərarına gəlsə, mən heç şübhə etmirəm ki, adamlar qadının taclanmasına razılıq verəcəklər. Bu da çox qorxuludur. O, bu qızdan və Uolsidən başqa heç kəslə məsləhətləşmir.
Bizim Ledi nənəyə çox əziz olan yepiskop Con Fişer sarayda qalxıb and içmişdir ki, o, bütün kişilərin razılaşdığı sənədi imzalamayacaqdır".
Yepiskop Müqəddəs Con Fişer (1469-1535-ci illər) VIII Henrinin din islahatının - Roma katolitsizmindən ayrılıb, ingilis kilsəsinin kralın başçılığı altında müstəqil varlığa çevrilməsinin əvvəlcədən əleyhinə idi. Kralın bütün bəhanələrinə etiraz edir, onun niyyətinin arxasında nə dayandığını yaxşı bilirdi.
Fişer 1504-cü ildən Roçester yepiskopu olmuşdu, Lüter əleyhinə traktatlar yazmışdı. 1529-cu ildə kilsə islahatı əleyhinə çıxmış, 1534-cü ildə kral Henrinin Anna Boleynlə nikahının qanuniliyini tanımaqdan imtina etdiyinə görə, Henri onu Tauerə saldırmışdı. 1535-ci ildə Papa III Pavel ona kardinal rütbəsi vermişdi. Kralın kilsənin ali başçısı olmasını tanınmaqdan imtina etdiyinə görə 1535-ci ildə edam edilmişdir. Dörd yüz il sonra, 1935-ci ildə isə katolik kilsəsinin Müqəddəsləri siyahısına daxil edilmişdir.
Fişer kilsə islahatının başlıca məqsədinin monastırların böyük var-dövlətinin kral tərəfindən qəsb edilməsi niyyəti olduğunu bildiyindən, ilk başlanğıcda monastırların müsadirəsinə qarşı qəti etirazını bildirmişdi.
Kral yeganə bir monastırın ona verilməsini tələb edəndə, yepiskopların əksəriyyəti buna razılıq verdi. Bu vaxt Fişer onlara ibrətamiz bir misal çəkərək, tələbi rədd etməyin vacib olduğunu bildirdi. Fişer dedi ki, bir dəfə balta tiyəsi meşəyə gəlib xahiş etdi ki, ona bir sap versinlər. Özündə yüz minlərlə balta sapı olduğunu bilən meşə onun xahişinə əməl etdi. Balta tiyəsi sapa malik olduqdan sonra meşədəki ağacları kəsməyə başladı, meşə qırılmış ağac daşqınına çevrildi. İndi bir monastır istəyən kral bununla kifayətlənməyib, bütün monastırları müsadirə edəcəkdir.
Həqiqətən də, belə oldu və VIII Henri dini islahat pərdəsi altında bütün monastırları ələ keçirdi. O vaxtlar isə monastırlar böyük var-dövlət sahibi idi, ölkənin torpaqlarının, demək olar ki, xeyli hissəsi onlara məxsus idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.22.