İşıqlı
çağırışlar
Azərbaycan davamlı inkişafda olan bir ölkədir. Dövlət
iqtisadiyyatının inkişaf
etdirilməsi, bunun əsasında insanların
həyat şəraitinin
yaxşılaşdırılması, təhsil, səhiyyə kimi bütün taleyüklü sosial məsələlərin yüksək
səviyyədə həlli
üçün bütün
imkanlardan tam dolğunluğu
ilə istifadə edir və bunu
görməmək, dəyərləndirməmək ədalətsizlik
olardı.
Azərbaycanın müasir dövrdəki intibahını dünya görür, ölkəmizə
etibarlı, layiqli tərəfdaş kimi baxır. Hər il Azərbaycanın iqtisadiyyatına yüz milyonlarla manat həcmində investisiyalar
yatırılır. Bunların hamısı
öz yerində.
Bizim ana yasamızın ilk cümlələrindən birində
deyilir ki, Azərbaycan dövlətinin
mənbəyi Azərbaycan
xalqıdır. Tarix də
sübut etmişdir ki, şərəfli keçmiş də, dinamik bu gün
də, ümidli, gözləntili gələcək
də... bir sözlə, vətənimizin
tarixi həmişə,
tam ardıcıllıqla xalqa
və millətə bağlı olmuşdur.
Bu mənada ölkəmizdə
qazanılan hər bir uğurun şəriksiz müəllifi
xalqımızdır. Hər şey xalqın iradəsindən asılıdır.
Qədim inanclarımızda isə
belədir; Allah deyir, səndən hərəkət,
məndən bərəkət. Deməli,
cəmiyyətimizin həmişə
yüksələn xətlə
irəliləməsi, yuxarıda
qeyd etdiyimiz davamlı inkişaf bizim hər birimizin baş verən, yaşanmaqda olan çağdaş intibaha verəcəyimiz töhfələrdən asılı
olacaqdır, həm də əhəmiyyətli
dərəcədə.
Yeri gəlmişkən,
bu yaxınlarda Qaradağ rayonu ərazisində "Qobu
Park-2" kompleksinin açılışı
oldu. Təntənəli mərasimdə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də iştirak edirdi. Onun oradakı çıxışını
diqqətlə dinlədim.
Ölkə prezidentinin
korporativ sosial məsuliyyətlə bağlı
çağırışı düşünürəm ki,
hər bir iş adamına, özəl şirkətlərə,
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan hər kəsə hər şeydən öncə vətəndaşlıq borcunu
xatırlatdı, ölkə
qarşısında həm
ictimai-ümumxalq, həm
də fərdi öhdəliklər müəyyən
elədi.
Azərbaycan dövlətinin sahibkarlıq
fəaliyyətinə dəstəyi
şübhəsiz ki,
qadın sahibkarlığını
da əhatə edir.
Beş ildən
artıqdır ki, sahibkarlıq fəaliyyəti
ilə məşğul
oluram. Rəhbəri və təsisçisi olduğum iki özəl qurum - "Loqos" Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzi, həmçinin,
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi (QHT) gələcəyimiz
olan uşaq və yeniyetmələrin,
bütövlükdə yetkin
insanların mənəvi-psixoloji
sağlamlığı üçün
çalışır, ənənələrə
sadiq qalaraq həm Bakıda, həm də bölgələrdə psixoloji
maarifləndirmə işi aparır.
Başlanğıc mərhələdə məqsəd yalnız paytaxtda yaşanan psixoloji problemləri önləmək, nitq qüsuru olan uşaqlara xidmətdən
ibarət olsa da, hazırda "Loqos" PNİM-in Bakı
şəhərində beş
- Yasamal, N.Nərimanov, Nizami, Binəqədi rayonları
ərazisində, beş
filial isə Gəncə,
Lənkəran, Xaçmaz,
Bərdə, Abşeron
rayonlarını və
onlara yaxın olan yaşayış məskənlərini əhatə
etməklə bölgələrimizdə
fəaliyyət göstərir.
Başqa
sözlə, hazırda
on ünvanda əhaliyə
yaş məhdudiyyəti
qoymadan və üç istiqamətdə
(psixoloji, psixopedaqoji, loqopedik) kompleks xidmətdəyik. Çoxşaxəli və kompleks xidmət yolunu seçən "Loqos"
PNİM-in əsas prioritet
məqsədlərindən biri dövlətin maarifləndirmə proqramlarında
yaxından iştirak etmək və bu istiqamətdə cəmiyyətimizə daha
faydalı olmaqdır.
Demək
olar ki, fəaliyyətə başladığımız
ilk ildən Mərkəzin
təcrübəli və
peşəkar psixoloq,
loqoped komandası davamlı qaydada bölgələrə səfərlər
edir, hər rayonda insanların psixoloji durumunu dəyərləndirərək aktual mövzularda konfrans, seminar və təlimlər təşkil
edirlər.
Maarifləndirmə proqramlarında cəmiyyətin
özəyi olan ailə-qadın və uşaqlar mövzusuna daha çox yer ayrır, tam həssaslıq və məsuliyyət hissilə
yanaşırıq.
Davamlı olaraq həm Bakıda, həm də bölgələrdə
müxtəlif istiqamətli
sosial layihələrin
icrası iş həyatımızın gündəlik
reallıqlarıdır. "Ailədən başlanan gələcək", "Mənim
ilk uğurum", "Mənim
ilk təcrübə məktəbim",
"Psixologiya Akademiyası:
Uşaq", "Salam, ana",
"Böyük addımlarla
təhsilli gələcəyə",
"Müasir Azərbaycan
qadını" və
s. bu qəbildən olan layihələrdir. Dırnaq işarəsi altında verilən, yalnız adları sıralanan bu tədbirlərin layihə başlıqlarının
sadə səslənməsinə
baxmayın. Biz bu çağırışların
hər birində cəmiyyətimiz üçün
aktual olan ən vacib məqamlara
işıq salmağa
çalışmışıq. Mövzuya novator yanaşma problemin hərtərəfli izahı,
hər bir tədbirə ölkə üzrə ən tanınan insanların cəlb
olunması bu layihələrə canlılıq,
dərin mahiyyət aşılamış və
dərhal da mətbuatın, cəmiyyətin
diqqətini cəlb etmişdir.
Cəmiyyətə adaptasiya olunmaq,
ətraf çevrə
ilə ünsiyyət
qurmaq, qabiliyyət və bacarıqlarını
üzə çıxarmaq
kimi həyati məqamlarda çətinliklə
üzləşən, özgüvən
əksikliyi yaşayan
qadınlar üçün
davamlı olaraq hər il həyata
keçirilən "Müasir
Azərbaycan qadını"
layihəsinə qoşulan
xanımların sırasının
ildən-ilə çoxalması
heç də təsadüfi olmayıb istiqamətin düzgün
müəyyən edilməsi
və prosesin peşəkarlıqla icrasından,
idarə olunmasından
qaynaqlanır.
Müasirliklə ənənələri birləşdirən "Loqos"
PNİM xeyriyyəçilik missiyasını bir an belə yaddan
çıxarmır. Mərkəzin bütün filiallarında
davamlı olaraq maddi imkanı məhdud ailələrin uşaqları üçün
ödənişsiz diaqnostikalar
təşkil edilir, bölgələrdə yaş
məhdudiyyəti qoyulmadan
psixoloji dəstəyə
ehtiyacı olanlar üçün ödənişsiz
aksiyalar keçirilir.
Şəmkir, Tovuz, Qazax,
Ağstafa, Qəbələ,
Şəki, Xaçmaz,
Lənkəran, Astara,
Biləsuvar, Neftçala,
Bərdə, Ağdam
və digər rayonlarda təşkil olunan ödənişsiz konsultasiyalardan yüzlərlə
insan faydalanıb.
Bu insanlar həqiqətən
də bizim mütəxəssislərlə görüşlərə can atır,
bizim dəstəyimizə
güvənir və yolumuzu gözləyirlər.
İnsanların inamı bizə
yeni güc verir, xidmətin keyfiyyətini elmi əsaslarla yüksəltməyə
ruhlandırır.
Bir məsələni
xüsusi qeyd etmək istərdim. Ədalətsiz müharibənin ağrı-acısını
hər kəsdən çox yaşayan qaçqın-köçkün soydaşlarımız, müharibədə
itkin düşən insanlarımızın ailəsi,
uşaqları həmişə
diqqətimizdədir. "Loqos" mənəvi-psixoloji
dəstəyə ehtiyacı
olan hər kəsin yanındadır və inanın ki, belə bir
yanaşma aktual görünmək xatirinə
deyil, gördüyümüz
işin əhəmiyyətini
dərindən anlamaqdan
irəli gəlir.
Vətəndaş cəmiyyətinin
inkişafı üçün
çalışan, insanların psixoloji
sağlamlığına xidmət göstərən "Loqos" PNİM və Psixoloji
Xidmət və Tədqiqatlar Mərkəzi İctimai
Birliyi də digər özəl qurumlar kimi Azərbaycan
dövlətinin başçısı İlham
Əliyevin insanların həyat şəraitinin yaxşılaşmasına, resbublikamızın hərtərəfli
inkişafına yönələn bütün
çağrışlarını, o
cümlədən, korporativ sosial məsuliyyətlə bağlı onun tərəfindən irəli sürülən
proqram və göstərişləri dəstəkləyir
- həm də sözdə yox,
gündəlik vicdanlı işi, ümumən
götürüldükdə isə vətənə, onun insanlarına məhəbbəti, dövlət
rəhbərinin apardığı siyasətin daha
möhtəşəm uğurlar gətirəcəyinə
dərin inamı ilə.
Təranə
MƏMMƏDOVA
"Loqos"
Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,
"Psixoloji Xidmət və Tədqiqatlar" İctimai
Birliyinin sədri
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.11.