"Poetika.izm"
jurnalının yeni sayı
çıxıb
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
"Poetika.izm" elmi jurnalının
2019-cu ildə birinci sayı nəşr olunub.
Jurnal
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
Elmi Şurasının
04 dekabr 2013-cü il tarixli 7 saylı qərarı ilə Ədliyyə Nazirliyindən
verilmiş 26 noyabr
2013-cü il tarixli,
3821 saylı şəhadətnamə
əsasında təsis
edilmişdir.
"Poetika.izm"
elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəylidir. Jurnalın baş
redaktor müavini
professor Tahirə Məmməd,
məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.
"Elm və təhsil"
nəşriyyatında çap
olunan jurnalın bu sayı "Ədəbi təhlil. Mətn poetikası",
"Janr, struktura,
forma", "İzm", "İntertekustallıq və
multidisplinar əlaqələr"
bölmələrindən ibarətdir.
"Poetika.izm"in redaksiya heyətinə
Azərbaycan, İtaliya, Latviya,
Yaponiya, Bosniya və Hersoqovina,
Türkiyə və Polşanın alimləri daxildir.
525-ci qəzet.- 2019.- 26 oktyabr.- S.13.