"İmadəddin Nəsimi - 40 qəzəl"
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsilə "Kitab Evi" İctimai Birliyinin "İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri" adlı layihəsi əsasında "İmadəddin Nəsimi - 40 qəzəl" adlı kitab nəşr olunub.
Kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, bədii redaktor və ön sözün müəllifi tarix elmləri doktoru, professor Şahin Fazil (Fərzəliyev), qəzəlləri toplayan BAU-nın filologiya fakültəsinin tələbəsi, şair Ümid Nəccari, fars dilindən bədii və sətri tərcümə edən ədəbi tənqidçi, şair, tərcüməçi Dalğa Xatınoğlu, üz qapağındakı şəklin müəllifi şair, rəssam Sehran Allahverdidir.
Kitab "Qanun Nəşriyyatı"nda 250 tirajla nəşr olunub. Kitab "Nəsimi ili"nə böyük töhfə, Dövlət tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyət sayılmaqla, eyni zamanda, ictimai əhəmiyyət daşıyır. Belə ki, son dövrlərdə ölkəmizdə tolerantlıq və multikulturalizm şəraitində bütün dinlərə münasibət eynidir və bu dövlət tərəfindən tənzimlənir. Bu baxımdan, müasir dövrün ictimai proseslərinin fonunda Nəsiminin dini-fəlsəfi baxışlarının, ideyalarının (inamı, dini qanunları fərqli olan xalqların, millətlərin eyni fikir və əqidə altında birləşməsi ideyası) dərindən öyrənilməsi, cəmiyyətə düzgün və daha çox təbliğ edilməsi dövlətçiliyimizin ideoloji ənənələrin qorunmasının göstəricisidir.
İ.Nəsimi
yaradıcılığının əsas mövzuları
insanın, kainatın və Allahın dərkidir. O, sufizm fəlsəfi cərəyanının hürufi qolunu inkişaf etdirməklə insanın dünya və kainatla vəhdətini
göstərir, insan ruhunun
kamilləşməsinə aparan yolu izah edir.
Nəsimi yaradıcılığının ana
xətti insanın Allahla eyniləşdirilməsi
və ilahiliyi ideyasından keçir. Şairin fars dilindən tərcümə edilmiş bu şeirləri
Azərbaycan oxucusu üçün
yenidir.
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.13.