"Füzuli düşünür" kitabı
işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Füzulişünaslıq sektoru tərəfindən
"Füzuli düşünür"
kitabı nəşr edilib.
Kitab akademik Məmməd Cəfər Cəfərovun
110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının
Prezidendinin 15 aprel
2019-cu il Sərəncamına uyğun
olaraq işıq üzü görüb. Toplu İnstitutun Elmi Şurasının 28 fevral 2019-cu il
tarixli qərarı ilə çap olunub.
Füzuli kitabxanası (kitablar seriyası) III kitab olan nəşrin elmi məsləhətçisi
və ön sözün müəllifi
AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəylidir.
Tərtibçi və elmi redaktor
filologiya elmləri doktoru Ataəmi Mirzəyev, məsul katib filologiya üzrə fəlsəfə
doktoru, dosent Sevinc Ağayevadır.
"Elm və təhsil"
nəşriyyatında işıq
üzü görən
kitabda akademik Məmməd Cəfər Cəfərovun Məhəmməd
Füzuliyə həsr
olunmuş ədəbi-tənqidi
məqalələri toplanıb. Alimin bir-birinin məntiqi davamı sayılan "Füzuli sevir", "Füzuli düşünür",
"Füzuli yaşayır"
kimi tədqiqatlarında
Füzulinin dünyagörüşü
və elmi-fəlsəfi
fikirləri araşdırılıb.
Kitaba Məmməd Cəfər Cəfərovun
"Azərbaycanın dahi
şairi və filosofu", "Füzulinin
sənəti və görüşləri haqqında"
və "Füzuli
500 illiyini gözləyir"
məqalələri də
daxil edilib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.12.