"Milli Musiqi xəzinəmizdən" ilk nəşrlər təqdim edilib
Oktyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında
"Milli Musiqi xəzinəmizdən" adlı
layihənin ilk nəşrləri
- görkəmli Azərbaycan
bəstəkarı Fikrət
Əmirovun və
professor Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən
ibarət not məcmuələrinin
təqdimatı keçirilib.
Təqdimat mərasimi Mədəniyyət
Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə reallaşıb.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov çıxış edərək
layihə haqqında məlumat verib. Vurğulayıb
ki, Milli Kitabxana sözügedən
layihəni Mədəniyyət
Nazirliyi ilə birlikdə üç il müddətində
ərsəyə gətirib.
Rəhbəri olduğu qurumun bu yöndə gördüyü işlər
haqqında danışan
K.Tahirov deyib ki, hazırda layihə çərçivəsində
500-dək musiqi əsəri
toplanaraq kitabxananın
elektron portalında yer alır. Ümumilikdə kitabxananın not məcmuələrinin
toplanması və çap edilməsi istiqamətində görülən
işlərin davam edəcəyini qeyd edən qurumun rəhbəri belə təqdimatların gələcəkdə
də reallaşdırılacağını
qeyd edib.
"Bu gün demək
olar ki, müxtəlif musiqi janrı haqqında kitabxananın saytından məlumat əldə etmək mümkündür. Bu sahədə
tədqiqat işlərinin
aparılması, müəyyən
faktların toplanması
üçün müvafiq
elektron portaldan istifadə etmək mümkündür", - deyə
K.Tahirov vurğulayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək
not məcmuələrin ərsəyə
gəlməsini və
onların kitabxananın
elektron portalında yerləşdirilməsini yüksək
qiymətləndirib, bu
sahədə zəhməti
olan hər kəsə təşəkkür
edib: "Biz bu layihənin təqdimatını
Azərbaycan Bəstəkarlar
İttifaqının qurultayı
çərçivəsində keçirməyi qərara
aldıq. Bu günədək
Azərbaycan mədəniyyətinin,
musiqisinin təbliği
istiqamətində bir
sıra önəmli tədbirlər həyata keçirilib. Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının
xaricdə təbliğ
olunmasına həsr olunmuş təqdimatlar gerçəkləşib. Son 10 ildə 676 adda müxtəlif kitabların
nəşrinə nail olmuşuq".
Nazir qeyd edib ki,
Azərbaycan musiqisinin
dünyada təbliğ
olunması üçün
fəal iş aparılmalıdır: "Bunun
üçün müasir
vasitələrdən geniş
istifadə olunmalıdır.
Ölkəmizin zəngin musiqi
ənənələri, bəstəkarlarımızın
əsərləri bu vasitələrdən istifadə
edilərək təbliğ
edilməli, həmçinin
musiqi sahəsində tədris prosesi müasirləşdirilməli, müasir
formalardan istifadə olunmalıdır".
Azərbaycan Milli Konservatoriyasının
rektoru, Xalq artisti Siyavuş Kərimi deyib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın göstərdiyi bu təşəbbüs təqdirəlayiqdir:
"Bu işin ərsəyə
gəlməsi o deməkdir
ki, bizim bu sahədə olan biliyimiz zənginləşəcək. Belə layihələrlə
Azərbaycan musiqi mədəniyyəti geniş
auditoriyaya çatdırılır.
Düşünürəm ki, görülən iş bütün musiqi məktəbləri üçün çox gözəl ərməğandır".
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, Xalq artisti Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və bir sıra musiqi
məktəbinin rəhbərləri
çıxış edərək
layihənin önəmini
vurğulayıb, bu işdə zəhməti olan hər kəsə
təşəkkür ediblər.
Tədbir müzakirələrlə davam etdirilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.12.